Millimiz Yunanıstan komandasını məğlub edib
Tarix: 11-10-2022 23:32 | Bölmə: İdman / Xəbərlər
Millimiz Yunanıstan komandasını məğlub edib

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti qələbəsini qazanıb.

Reyting.az
xəbər verir ki, milli komandamız VI qrupun ikinci turunda Yunanıstan seçməsinin qonağı olub. Afinadakı “Teodoros-Putos” idman zalındakı qarşılaşmada Azərbaycan yığması rəqibini 7:0 hesabı ilə məğlub edib.

Millimizin heyətində Xətayi Bağırov və Qallo dubl ediblər. Rafael Vilela, Tyaqo Bolinya və Conatas Felipe hərəyə bir dəfə fərqləniblər.

Hesabında 6 xal olan Azərbaycan millisi qrupda birinci pillədə yer alıb.

İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}