00:02 / 08-11-2024
Bu gün Zəfər Günüdür
Mərkəzi Bank: "COP29-da banklar normal iş rejimində fəaliyyət göstərəcək"
Tarix: 05-11-2024 12:05 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank: "COP29-da banklar normal iş rejimində fəaliyyət göstərəcək"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyyət göstərəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və “Azərpoçt”un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə xəbər veriləcək:

"COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər".




Bölməyə aid digər xəbərlər