17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Hansı Avropa ölkəsinin əhalisi daha yoxsuldur? - Hesabat
Tarix: 16-10-2019 17:33 | Bölmə: İqtisadiyyat
Hansı Avropa ölkəsinin əhalisi daha yoxsuldur? - Hesabat

Avropa İttifaqı (Aİ) ölkələri arasında yoxsulluq həddindən aşağı, yaxud sosial təcrid vəziyyəti ağır olan sakinlərin sayına görə 2018-ci ildə Bolqarıstan birinci olub.

Avropa İttifaqının statistika ofisi - Eurostat xəbər verir ki, kiçik gəlir, ciddi maddi çətinliklər, məşğulluq səviyyəsi aşağı olan ev təsərrüfatında yaşamaq kimi üç şərtdən azı birini ehtiva edən sözügedən meyara uyğun gələn əhali Bolqarıstanda 32,8 faiz, Rumıniyada 32,5 faiz, Yunanıstanda 31,8 faiz təşkil edib.

Digər tərəfdən, kasıblığın ən az olduğu Aİ ölkələri arasında Çex Respublikası (12,2 faiz), Sloveniya (16,2 faiz), Slovakiya (16,8 faiz) öncül mövqedədirlər.

Bütövlükdə 2018-ci ildə Aİ ölkələrində kasıb əhalinin sayı 109,2 milyon, yəni ümumi əhalinin 21,7 faizini təşkil edib. Bu da əvvəlki ilə nisbətən 3,7 faiz azdır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}