Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb
Tarix: 20-05-2022 16:57 | Bölmə: İqtisadiyyat
Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb

Xəzər dənizində bioloji resurslarının azalması ilə bağlı 9 ildən sonra ilk dəfə keçən il ekspedisiyalar keçirmişik.

Bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, bu ekspedisiyalar balıq ehtiyatlarının öyrənilməsinə imkan yaradıb:

“2005-ci ildən başlayaraq 2012-ci ilə qədər hər il tədqiqatlar aparırdıq. Keçənilki ekspedisiyalarla 10 il öncəki tədqiqatları müqayisə etdikdə bildik ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb. Burada bir neçə səbəb var. Bunun səbəblərindən biri iqlim dəyişiklikləridir. Xəzər dənizinin həm üst, həm də orta təbəqəsində suyun temperaturu 4-5 dərəcə artıb. Suda temperaturun bu cür qalxması zooplantları yandırır. Bir tərəfdən də yayda Günəşin şüalanması artır. Bu da qidalanan xırda balıqların populyasiyalarının azalmasına səbəb olub. Buna misal kilkələrdir. Kilkələr də Xəzər ixtiflorasının təxminən 60 %-ni təşkil edirlər. Bu da əsas qidalanan nərə, qızılbalıq, siyənəkkimilər dəstəsinə aid olan balıq ehtiyatlarının 10 dəfələrlə azalmasına səbəb olub”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər