14:30 / 05-07-2025
Sabah yağış yağacaq
İcra başçısını güllələyən şəxsin həbs müddəti uzadılıb
Tarix: 23-07-2019 09:29 | Bölmə: Xəbərlər
İcra başçısını güllələyən şəxsin həbs müddəti uzadılıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Elmar Vəliyevi və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazovu öldürməyə cəhddə təqsirləndirilən Yunis Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Yunis Səfərovun həbs müddəti gələn il fevralın 3-dək uzadılıb.(Yenisabah)




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib