Səudiyyə qadınlarına müjdə: artıq iznsiz səyahət edə bilərlər
Tarix: 21-08-2019 11:18 | Bölmə: Dünya
Səudiyyə qadınlarına müjdə: artıq iznsiz səyahət edə bilərlər

Səudiyyə qadınları artıq rəsmi izn almadan xarici səyahətlər edə bilər.

Reyting.az
“Saudi PA”-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi Pasport və Mülki Vəziyyət İdarələri və qurumun bu ölkədəki şöbələrinə yeni qaydaların tətbiq olunduğunu bildirib.

Rəsmi qəzetdə dərc olunan fərmanda qadınlara ata, ər, qardaş və hətta oğullar kimi kişi qəyyumlarının icazəsi olmadan pasport vermək və xaricə getmək üçün kişilərlə eyni hüquqların verilməsi nəzərdə tutulur.

Bu tənzimləmələrdən əvvəl qadınlar (yaş qrupundan asılı olmayaraq) və 21 yaşdan kiçik kişilər xaricə gedərkən qəyyumlarından icazə almalı idilər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}