İsrailli nazir: “İran adlı ahtapotun başı kəsilməlidir”
Tarix: 21-02-2020 18:23 | Bölmə: Xəbərlər
İsrailli nazir: “İran adlı ahtapotun başı kəsilməlidir”

İsrailin müdafiə naziri Naftali Bennett ölkəsinin Suriyada İranı hədəfə aldığını və 8 illik Suriya böhranında müdafiə mövqeyində olan İsrailin indi İrana təcavüzkar bir yanaşma etdiyini bildirib.

Reyting.az
“Ynet News”-a istinadla xəbər verir ki, Naftali Bennett əlavə edib: "İranın Suriyada heç bir işi yoxdur".

Nazir ölkəsinin digər ölkələrə, xüsusən İrana təzyiqlərini artırdığını əlavə edib.

"İran ahtapotunun (səkkizayaq) immuniteti" olduğunu deyən Bennett ölkəsinin İrana təzyiq göstərmək üçün çox enerji, güc və milli təhlükəsizliyindən istifadə etdiyini vurğulayıb.

İsrail naziri deyib: "İsrail müdafiə konsepsiyasından təcavüzkar konsepsiyaya keçir və ahtapot zəiflədilib başı kəsilməlidir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}