Gün ərzində 228 mindən çox insanda koronavirus aşkarlanıb
Tarix: 11-07-2020 09:23 | Bölmə: Dünya
Gün ərzində 228 mindən çox insanda koronavirus aşkarlanıb

Dünyada son bir gündə 228 mindən çox insanın COVID-19-a yoluxması halı qeydə alınıb.

“RİA Novosti”-nin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bunun pandemiyanın başlanmasından bəri rekord göstərici olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl təsdiqlənmiş virusa yoluxma hallarının ən çox sayı iyulun 4-də qeydə alınıb - 211 mindən çox.

Hazırda koronavirusa yoluxan xəstələrin ümumi sayı 12 milyondan çoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}