İkinci dozanı ala bilməyənlərə 56 gün şans verilir
Tarix: 10-06-2021 15:20 | Bölmə: Xəbərlər
İkinci dozanı ala bilməyənlərə 56 gün şans verilir

"İgG analizi verərək COVID-19 pasportu almaq olmaz. Yalnız PCR analizi nəticəsində təsdiqlənən şəxslər üçün pasport verilir”.

Bu fikirləri Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova deyib.

Onun sözlərinə görə, bu gün üçün Azərbaycanda südverən analar, hamilə və 18 yaşına çatmayan şəxslər vaksinasiyadan azaddır: “Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hazırda bu istiqamətdə tədqiqatlar aparırlar. Hələlik bununla bağlı hansısa qərar qəbul edilməyib”/Report.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda istifadə olunan bütün vaksinlərin hamısı iki dozalıdır.

O qeyd edib ki, 28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir: “Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar. Bu müddətdə ikinci dozanı ala bilərlər. Yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdura bilməzlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}