Paşinyan: "Yeni hökumətə özüm başçılıq edəcəyəm"
Tarix: 21-06-2021 10:27 | Bölmə: Xəbərlər
Paşinyan: "Yeni hökumətə özüm başçılıq edəcəyəm"

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

Reyting.az
xəbər verir ki, bunu “Vətəndaş Razılaşması” Partiyasının sədri, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan tvitterdə yazıb.

O, “Vətəndaş Razılaşması” Partiyasının təkbaşına hökumət formalaşdıracağını və yeni hökumətə özünün başçılıq edəcəyini bildirib.

“Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı ilkin məlumatlara görə, “Vətəndaş Razılaşması” Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq”.

Qeyd edək ki, Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.

Artıq səslərin sayılması başa çatıb. “Vətəndaş Razılaşması” Partiyası 53,92 % səs toplayıb. Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku 21,04 səs yığıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}