17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Putin və Şolts telefonda müzakirə aparıblar - Yenilənib
Tarix: 13-05-2022 16:03 | Bölmə: Xəbərlər
Putin və Şolts telefonda müzakirə aparıblar

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şolts telefonda Moskva və Kiyev arasındakı danışıqların gedişatını müzakirə ediblər.

TASS-ın verdiyi xəbərə görə, Rusiya lideri danışıqların prosesinin Ukrayna tərəfindən dondurulmasına diqqət çəkib.

Liderlər Ukraynadakı vəziyyətin humanitar aspektlərinə, o cümlədən “Azovstal”da təxliyə məsələsinə də toxunublar.

Rusiya prezidenti və Almaniya kansleri qaldırılan məsələlərin digər kanallar vasitəsilə davam etdirilməsi barədə razılığa gəliblər.

Kansler Şolts isə Twitter"dəki paylaşımında bildirib ki, bu gün Putinlə uzun telefon danışığıda üç əsas mövzunu müzakirə edib:

1. Ukraynada mümkün qədər tez atəşkəs olmalıdır;

2. Orada nasistlərin hakimiyyətdə olması iddiası yalandır;

3. Mən qlobal ərzaq vəziyyətinə görə ona Rusiyanın məsuliyyətini xatırlatdım”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}