00:01 / 25-11-2024
Bu gün Kəlbəcər Şəhəri Günüdür
18:07 / 24-11-2024
İlham Əliyev: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
10:57 / 24-11-2024
Hikmət Hacıyev: “COP29 uğurla başa çatdı”
10:42 / 24-11-2024
Kursk vilayətinin 40 faizdən çoxuna ruslar nəzarət edir
08:40 / 24-11-2024
Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilib - (Yenilənib+Video)
00:03 / 24-11-2024
Qurban Qurbanov: "Mənə bir də bu barədə sual verməyin"
22:18 / 23-11-2024
Daşkəsəndə 4 nəfər qazdan zəhərlənib
20:11 / 23-11-2024
Kiyevə nüvə silahının verilməsi müzakirə olunur
20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
19:22 / 23-11-2024
Məşhur idmançı 250 min avro cərimələnib - Foto
18:55 / 23-11-2024
Qəzzaya son hücumlarda 120 fələstinli öldürülüb
18:48 / 23-11-2024
NATO-nun baş katibi Trampla danışıqlar aparıb
18:40 / 23-11-2024
Avropa yeni enerji böhranı ilə üz-üzədir
18:08 / 23-11-2024
Novella Cəfəroğlu: "İndi normal pensiya alıram, məbləği açıqlamaq istəmirəm"
17:57 / 23-11-2024
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
17:50 / 23-11-2024
“Azərenerji” və “Azərişıq”a yeni səlahiyyət verilib - Fərman
17:25 / 23-11-2024
Müğənni Nadir Qafarzadə: "Torpaq alıb neyləyəcəm ki?!"
17:04 / 23-11-2024
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
16:47 / 23-11-2024
Keçmiş icra başçısı vəfat edib
16:39 / 23-11-2024
Agentlik sədrinin birinci müavini təyin olunan Xəyyam Məmmədov kimdir?
16:11 / 23-11-2024
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
16:05 / 23-11-2024
Prezident bir qrup şəxsi təltif edib - Siyahı
16:02 / 23-11-2024
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
15:57 / 23-11-2024
Türkiyədə 3 ton saxta spirtli içki ələ keçirilib
15:45 / 23-11-2024
Nazirlər Kabineti daha bir qərar verib
15:28 / 23-11-2024
Agentlik sədrinə yeni müavinlər təyin olunub - Sərəncam
15:08 / 23-11-2024
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
14:31 / 23-11-2024
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
13:04 / 21-11-2024
Kino şirkəti Batmobil avtomobili istehsal edir
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Əli Həsənov ilə üç aylıq tanışlıq - Nadir Qocabəyli yazır
Tarix: 30-11-2019 15:06 | Bölmə: Nadir QOCABƏYLİ
Yazı-pozu adamları ilə siyasətçilər arasında ta qədim zamanlardan üzvi bir münasibət olub. Tarixdə buna aid xeyli misal var. Elə bir görkəmli şair, yazıçı, filosof, mütəfəkkir tapmaq mümkün deyil ki, “saray” ilə əlaqəsi olmasın. Firdovsidən Nizamiyə, Nizamidən Füzuliyə, Füzulidən Vaqifə, Vaqifdən Nazim Hikmətə, Səməd Vurğuna qədər – bütün söz nəhənglərinin hökmdarlar, vəzirlər, dövlət başçıları və əyanları ilə münasibətləri olub. Eyni sözləri Dante, Şekspir, Bayron, Drayzer, Qorki, Bulqakov və digər Qərb yazarları haqda da söyləmək olar. Biz qələm əhlini nə qədər xalqa bağlamaq istəsək də, “xalq şairi”, “xalq yazıçısı” adlarına önəm versək də, “saray şairi” epitetini qəbul etmək istəməsək də, bu bir acı həqiqətdir ki, xalq demək olar ki, heç vaxt söz sənətkarlarını yaşatmayıb, onlara dəstək olmayıb. Yalnız onların sözlərindən zövq alıb ki, o da yenə dövlətin, hakimiyyətin təbliğatı sayəsində və çox zaman da öləndən sonra olub.
Qələm əhli ilə dövlət arasındakı münasibətlər onların qarşılıqlı marağına, dövlət adamları ilə yazarların təfəkkür yaxınlığına əsaslanır. Dövlətin hər zaman sözün qüdrətinə ehtiyacı var, söz adamının da dövlətin dəstəyinə. Bu həqiqəti hətta ədəbiyyatın xəlqiliyini təbliğ edən, onu hər vəchlə xalqa bağlamağa çalışan, “xalq şairi”, “xalq yazıçısı” adları təsis edən sovet ideologiyası da qeyri-rəsmi qəbul edir, söz adamlarını öz orbitində saxlamağa çalışırdı.
Bu mənada məşhur rus yazıçısı Mixail Bulqakov ilə İosif Stalin arasında baş vermiş bir hadisə olduqca maraqlı və ibrətamizdir. Bütün söz adamlarının həyatında olduğu kimi, Bulqakov da xeyli müddətdir işsiz idi. Onu çap etmirdilər. Ölkədən getməyə qərar vermişdi. Ancaq getməzdən qabaq Stalinə müraciət etməyi də sınaqdan keçirmək istəyir və görüşə nail olur. Stalin ona iş üçün MBAT-a (Moskva Bədii Akademik Teatrı) müraciət etməyi məsləhət bilir. Bulqakov deyir ki, yoldaş Stalin, məni ora heç süpürgəçi də götürməzlər. Rəhbər qayıdır ki, sən bir də yoxla, bəlkə, götürdülər. Bizim onlarla müəyyən münasibətlərimiz var, xahiş edərik, nəzərə alsınlar...
Bəli, Bulqakovu teatra işə götürür, əsərlərini də çap edirlər və kimin nə deməsindən asılı olmayaraq, rus və dünya ədəbiyyatı bu sayədə gözəl əsərlər qazanır...
Mən özümü yuxarıda adlarını çəkdiyim sənətkarların heç birinə tay tutmuram, amma beş-on tərcüməm, hekayəm, povestim, memuarım, məqaləm, essem var. Ancaq onları oxuyan və oxumayan xalqımdan elə bir dəstək görməmişəm. Xalqımız Nadir Qafarzadəni Nadir Qocabəylidən daha yüksək qiymətləndirməyə meyilli olduğundan, biz də dövlətimizə sığınmağa meyil etmişik. Amma dövlətin himayəsinə nail olmaq da elə asan məsələ deyil, rəqabət böyük, meyarlar sərt, iyerarxiya mürəkkəb, labirintlidir. Haradan başlayacağını bilmirsən. Çünki bir çox hallarda bu səndən zərrə qədər asılı olmur, gərək səndən əvvəl atan, baban başlayaydı, ancaq o rəhmətliklər də bizi dünyaya gətirməkdən və güc-bəla ilə böyütməkdən başqa bir şey edə bilməyiblər...
Odur ki, əbədi və ədəbi işsizlik həyatı yaşayan yazı-pozu adamlarından biri olaraq yenə iş axtarışında ikən bir dostum mənə dövlətimizə müraciət etməyi məsləhət gördü. Dedim, axı bunun yolu uzundur. Hansısa birliyin, ittifaqın üzvü olmalısan, orada adamın olmalıdır, səni kimlərəsə tapşırmalıdır və s. Mənə isə kəsə yol, iş, çörək lazımdır. Prezidentimizə və vitse-prezidentimizə müraciətlərimin ünvanına çatması real deyil, çünki əvvəla müraciət edən çoxdur, ikincisi də, çatdırmırlar. Dostum qayıtdı ki, sən xeyli müddətdir heç bir təmənna güdmədən mövcud hakimiyyətin siyasi xəttinə obyektiv münasibət bildirirsən, həqiqəti söyləyir və dəstək verirsən, ola bilməz ki, səni görməsinlər. Cavab verdim ki, bu mənim içimdən gələn bir mövqedir, düşündüklərimi yazıram, ancaq reallığı da bilirəm. Yazı pul gətirən sənət deyil, bazarı da yoxdur, ona görə dövlətdən nə umum?..
Dostum bir xeyli düşündükdən sonra dedi ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova müraciət elə. Sən onsuz da hakimiyyətin siyasətini müdafiə edən yazılar yazırsan, qoy saytlar dərc eləsin və müəyyən qonorar ödəsinlər. Açığı, Əli Həsənovun mənə iş verəcəyinə qətiyyən inamım yox idi. Onu qiyabi tanıyırdım, bilirdim ki, hakimiyyətin ən fəal məmurlarındandır, fəaliyyətini izləyirdim və sosial şəbəkələrdə haqqında bir neçə dəfə yazmışdım. Doğrusu, tənqid də etmişdim, təqdir də. Amma heç birinə reaksiya verən olmamışdı.
Dostum dedi, sən onun adına bir məktub yaz, özün haqda məlumat ver, işsiz olduğunu qeyd elə, mən də çalışım məktubu ona çatdırsınlar. Könülsüz razılaşdım. Ancaq məktubu yazdım və göndərdim.
İnanın ki, heç bir həftə keçməmiş Stalin Bulqakova zəng vurduğu kimi, mənə də Prezident Administrasiyasından zəng gəldi. Yazılarımla tanış olduqlarını söylədilər və əlavə etdilər ki, Əli Həsənov vaxtı olan kimi məni qəbul edəcək. Bulqakov kimi, mən də sevindim, təbii.
Daha bir həftədən sonra yenidən zəng vuraraq, məni PA-ya dəvət etdilər və Prezidentin köməkçisi ilə görüşdüm. Onu quru və rəsmi adam hesab edirdim, odur ki, xarakterimə zidd də olsa, söhbət üçün rəsmi bir mətn hazırlayıb əzbərləmişdim. Ancaq ehtiyac olmadı. Əli müəllim məni elə səmimi, elə isti qarşıladı ki, elə bil əlli ilin dostuyuq. Masanın arxasından qalxıb çıxdı və biz uzun otağın ortasında əl tutuşub görüşdük. Sonra mənə jurnal stolunun arxasındakı yumşaq divanda yer göstərdi, özü soldakı kresloda əyləşdi. Mənimlə köhnə dostlar kimi söhbət etdi, hal-əhval tutdu, bəzi yazılarımı oxuduğunu, xoşuna gəldiyini bildirdi. Dedi ki, dərhal hiss olunur ki, adi jurnalist qələmi deyil. Cavab verdim ki, filoloqam. Dərhal sifəti işıqlandı, ədəbiyyatı çox sevdiyini söylədi. Sonra dedi ki, işlə bağlı mənə kömək etməyə çalışacaq, amma hələlik yazılarımı davam etdirim, saytlara təqdim edim. Duruxduğumu görüb, Stalin sayağı əlavə etdi ki, bizim müəyyən əlaqələrimiz var, xahiş edərik, sizə qonorar yazarlar. Hər hansı ideyalarınız, layihələriniz olsa, dəyərləndirərik. Sonda Əli Həsənov mənə dedi ki, bugündən özünü İlham Əliyev komandasının üzvü hesab elə, yazılarında bu siyasətin mahiyyətini cəmiyyətə izah etməyə çalış. Ona minnətdarlıq edərək çıxdım...
Mənim 52 yaşım, az-çox həyat təcrübəm, mütaliəm var. Ədəbiyyatı, tarixi, məntiqi və psixologiyanı az-maz bilirəm. Ölkədə və xaricdə, müxalifətdə və iqtidarda çoxlu tanınmış insanlarla təmaslarım, görüşlərim olub. Hazırkı Milli Məclisdə 10-dan artıq deputatla salam-əleykim olub, vaxtilə müxalifətdə olan, indisə iqtidarda vəzifə tutan tanışlarım var. Müxalifətin o zamankı və indiki liderləri, funksionerləri ilə münasibətlərim olub. Doğrusu, heç kəsdən Əli Həsənovdan gördüyüm diqqəti və hörməti görməmişəm. Demirəm, mənə hörmətsizlik ediblər, ancaq onun kimisi olmayıb. Ancaq hörmətsizlik edənləri, qəbul otağında bir saat gözlədib içəridə filmə baxanları, feysbukda dostluğumu qəbul etməyənləri, məktubuma, mesajıma, rəyimə cavab verməyənləri, məndən çuğulluq edənləri, çörəyimə bais olanları da olub və var. Halbuki özlərini cəmiyyətə daha demokratik, daha canıyanan, daha vətənpərvər, millətpərəst kimi təqdim edirlər. Əli Həsənovla görüşdükdən sonra bir daha anladım ki, insanlara uzaqdan qiymət vermək çox çətindir və çox zaman yanılırıq.
Əli müəllimlə görüşdən sonra onun haqqında bir yazı yazdım. O mənimlə əlaqə saxlayaraq təşəkkürünü bildirdi, ancaq dərhal da əlavə etdi ki, “mənim haqqımda yazmaq lazım deyil.” Yalnız İlham Əliyevin siyasi kursunu, islahatları dəstəkləyən, onlara mane olanlar haqqında yazılar yazmaq lazımdır. Sonradan ulu öndər Heydər Əliyevin dövlət dili siyasəti, Prezident İlham Əliyevin islahatlarla bağlı keçirdiyi müşavirə haqqında yazdığım yazıları bəyəndiyini mənə yazdı və təşəkkürünü bildirdi.
Əli Həsənovla üç ay bundan qabaq başlayan tanışlığım həyatımın ən işıqlı dövrlərindən biri kimi hər zaman xatirimdə qalacaq. O mənim yaddaşıma xeyirxah və gözəl insan, ağıllı və müdrik, ideya və prinsilərinə sadiq bir dövlət adamı kimi həkk olunub.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?