00:53 / 02-12-2025
Hikmət Hacıyev: Azərbaycanın məqsədi regionda sabitlik, inkişaf və rifahdır
23:31 / 01-12-2025
Vidadi Mustafayev Yekaterinburqda saxlanılıb
21:29 / 01-12-2025
Belarusa yeni sanksiyalar tətbiq olunacaq
20:27 / 01-12-2025
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:46 / 01-12-2025
Raket sistemləri hazırlayan şirkətin avtomobili partlayıb
19:31 / 01-12-2025
Tibb Xidmətinin sabiq rəisinə hökm oxunub
19:27 / 01-12-2025
Ruslar “Şahed” dronlarına raket quraşdırır
18:56 / 01-12-2025
Sabunçuda 11 il əvvəl törədilmiş cinayətin üstü açılıb
18:24 / 01-12-2025
Rus ordusu Ukraynanın üç bölgəsində irəliləyib
18:03 / 01-12-2025
AXCP ləğv oluna bilər
17:55 / 01-12-2025
Siyavuş Novruzov: "Mehdiyev və Kərimli ilə bağlı atılan addımlar..."
17:40 / 01-12-2025
Çox qol vuran futbolçuların siyahısı yayılıb
17:37 / 01-12-2025
Rübensin itmiş əsəri 3 milyon avroya satılıb
17:30 / 01-12-2025
Əli Əsədov Bona Dea Beynəlxalq Xəstəxanası barədə qərar imzalayıb
17:21 / 01-12-2025
Neft treyderi problemlə üzləşib
17:09 / 01-12-2025
Nazirlik əmək pensiyalarının təyinatı ilə bağlı yeni qaydaya şərh verib
16:56 / 01-12-2025
Əli İnsanovdan Əli Kərimlinin həbsinə reakisya: "Mehdiyevin ifadəsi ilə..."
16:50 / 01-12-2025
Kəmaləddin Heydərovun oğluna qarşı iddia qaldırılıb
16:48 / 01-12-2025
Fırça ilə qurulan dostluq körpüsü - Fotolar
16:38 / 01-12-2025
Daha 33 maşın hərraca çıxarılıb
16:32 / 01-12-2025
ADPU-da süni intellekt və kitabxanalar mövzusunda tədbir keçirilib - Fotolar
16:27 / 01-12-2025
İlham Əliyev Ruanda ilə əməkdaşlıq sazişini təsdiqləyib
16:12 / 01-12-2025
Özəl bağçalara elektron portal üzərindən qeydiyyat başlayıb
16:06 / 01-12-2025
Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edilib
16:03 / 01-12-2025
Güclü qar 50 avtomobilin toqquşmasına səbəb olub - Foto
15:56 / 01-12-2025
Dünya gözəlinin cəsədini meşədə tapıblar
15:49 / 01-12-2025
Kallas: Həftə Ukrayna üçün həlledici ola bilər
15:42 / 01-12-2025
Bu gündən ov qadağan olunur
15:37 / 01-12-2025
Bakıda beynəlxalq konfrans keçiriləcək
15:33 / 01-12-2025
Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı artır
13:58 / 27-11-2025
Böyük Qayıdış davam etdirilir - (Yenilənib)
14:47 / 29-11-2025
AXCP sədri Əli Kərimlinin evində axtarış aparılıb - (Yenilənib)
19:34 / 27-11-2025
Türk dünyasını birləşdirən güc: Azərbaycan
14:05 / 28-11-2025
Zəngilana növbəti karvan gedib - (Yenilənib)
13:09 / 28-11-2025
ABŞ-ın sülh sənədinə nə Rusiya, nə də Ukrayna imza atacaq - Ekspert
13:48 / 27-11-2025
Putin Bişkekdə qopuz çalıb - Video
14:10 / 28-11-2025
Daha 16 ailə Qırmızı Bazara köçürülüb
13:34 / 27-11-2025
İngiltərədə 2000-dən çox uşaq itkin düşüb
08:16 / 27-11-2025
Yeni film üçün Təpəgöz yaradıblar - Fotolar
12:35 / 27-11-2025
Prezident zavodun açılışında iştirak edib - Fotolar
00:03 / 30-11-2025
Əli Kərimli və Məmməd İbrahim DTX-da dindiriliblər - (Yenilənib)
19:16 / 28-11-2025
Azərbaycan və Ermənistan nümayəndə heyətləri Qəbələdə görüşüblər - Fotolar
Nərmini kim öldürüb? - Foto
Tarix: 25-01-2020 17:19 | Bölmə: Nadir QOCABƏYLİ

Nərmin cinayəti ilə bağlı sosial mediada və bəzi saytlarda irəli sürülən mülahizələr artıq əsəblərimə toxunur. Neçə vaxtdır susmağa çalışıram, ancaq artıq bıçaq sümüyə dirənib.
Çox sayda insan İlkin Süleymanovun günahsız olduğunu, cinayəti başqa adamın törətdiyini, İlkinin işgəncə altında ifadə verdiyini, qətlin onun boynuna döyülərək qoyulduğunu iddia edir. Onlara bəzi media orqanları, müxalifət funksionerləri dəstək verir, bu məsələni ictimai rəyə "yedirtməyə" çalışırlar və mən deyərdim ki, buna müəyyən qədər nail də olublar…
Çünki bizim ictimai rəyin önəmli bir qismi nağıllara, əfsanələrə, xülyalara, yuxulara inanmağa meyillidir. Savad və bilik, mütaliə sarıdan kasaddır, odur ki, primitiv, bəsit analogiyalara üstünlük verir, mürəkkəb gedişlərdən, konstruksiyalardan baş açmır. Onun bu mənəvi-intellektual kasıblığından heç də daha səviyyəli olmayan mediamız, sözün həqiqi mənasında “bic” və “gic” müxalifətimiz öz xeyirlərinə istifadə etməyə çalışırlar.
Media guya sensasiya yaradaraq oxucu, izləyici ovlayır, müxalifət isə polisin, həm də onun tabe olduğu siyasi hakimiyyətin yarıtmazlığını, şərbazlığını, işgəncədən başqa üsul tanımadığını isbatlamağa çalışır. Bu da o deməkdir ki, istefa verməlidir və biz gəlməliyik. Ondan sonra hər şey əla olacaq, qurd quzu ilə otlayacaq, polislər italyan detektivlərində olduğu kimi, böyük vəsaitlər hesabına intellektual təhqiqatlar aparacaq, canilərdən onları qucaqlayıb-öpərək ifadə alacaqlar. Yeri gəlmişkən, şanlı müxalifətimiz sonuncuları açıq demir, onlar yalnız hakimiyyətin bütün işlərini yamanlamaqla “avam ictimai rəydə” özləri haqqında belə təəssürat yaratmağa çalışırlar, öz planları haqda danışmağa tənbəllik və xəsislik edirlər.
İctimai rəyin müəyyən qismi niyə İlkini günahkar saymır? Onun hansı arqumentləri var?
Birincisi, İlkin görünüşcə yazıq və bədbəxt adamdır, onun əlindən belə iş gəlməz.
İkincisi, bizim polis adətən insanları şərləyir, cinayətləri onların boynuna işgəncə ilə qoyur (burada müxalifətin öz “siyasi məhbus”larına dolayısı ilə bəraət qazandırmaq cəhdi var).
Üçüncüsü, ictimai rəyin öz avam və savadsız təsəvvüründə yaratdığı manyak cani obrazı şəkillərdə arıq, boynu armud sapalağına bənzəyən, yazıq və zavallı İlkinlə qətiyyən uyğun gəlmir. Xalqımız onu ən azı Çikatilo kimi eybəcər, aqressiv, qorxunc cizgilərə malik təsəvvür edir.
Dördüncüsü, İlkinin fizika müəllimi olan atası mətbuata açıqlama verərək, onun “impotent” olduğunu söylədi və bunu əsaslandırmaq üçün bu yaşa qədər evlənmədiyini, bacılarının onu evləndirmək cəhdlərinin boşa çıxdığını bildirdi.
Beşincisi, necə olub ki, İlkinin ailə üzvləri iki aya yaxın müəddət ərzində heç nədən şübhələnməyibər?
Altıncısı, Nərmini 45 günə tapa bilməyən polis, necə oldu ki, qətlin üstünü bir neçə gündə açdı?
Həm də ən maraqlısı odur ki, İlkini günahkar saymayanların heç birinin alternativ versiyası, variantı mövcud deyil. Onların heç ehtimalları, gümanları da yoxdur. Yaxşı, qatil İlkin deyilsə, bəs kimdir? Polis o xəyali qatili tutmaqda niyə maraqlı deyil? Əsl cinayətkarı gizlətməkdə məqsəd nədən ibarətdir? Bu məsələ ilə ən yüksək, yəni ölkə Prezidenti səviyyəsində məşğul olan hakimiyyətin cinayətkarı gizlətməkdə hansı korporativ, yaxud siyasi maraqları ola bilər? Qatilin başqa adam olmasıyla bağlı hansı tutarlı dəlillər var?
Bunlar heç biri yoxdur və İlkini qatil saymayanların heç biri bu suallara cavab vermir, vermək istəmir. Onların gözündə İlkin məsum qurban, polis və hakimiyyət isə günahkar və qəddar cinayətkardır. Vəssalam. Sübuta, məntiqə-zada ehtiyac yoxdur.
İndisə gəlin mənim əks arqumentlərimi oxuyaq. İlkinin manyak və qatil olması nəzəri cəhətdən tamamilə mümkündür. Niyə?

Əvvəla, atalar “suyun lal axanı, adamın yerə baxanı” deyiblər.
İkincisi, onun “impotent” olması, bu yaşına qədər evlənməməsi haqqında atasının dedikləri oğlunu ittihamlardan, özünü və ailəsini məsuliyyətdən qorumaq cəhdi ola bilər. Normal intim, cinsi münasibətlər qurmağa qadir olmayan, psixoloji pozuntusu olan adamlar öz tələbatlarını məhz anormal yollarla ödəməyə çalışırlar. İlkinin “impotent” olması və bu yaşa qədər evlənməməsi onun manyak və qatil olma ehtimalını azaldan yox, artıran amildir. Sadəcə, qoca atası fizika müəllimi olsa da, bu psixoloji həqiqəti bilməyə bilər. Çünki təkcə fizik olmaq və həyatda yetmiş il yaşamaq intellektual, ağıllı və məntiqli olmaq üçün yetərli deyil. O, əslində bu açıqlamanı verməklə oğlunun günahkar olma ehtimalını bir qədər də artırıb.
Üçüncüsü, qırx və daha yaşlı kişilərin 9-12 yaşında qızlara meyil etməsi yeni şey deyil. Tarixən bizdə bu yaşda qızları ərə veriblər. Döşəkçəni atıblar, uşaq yıxılmadısa, deməli, ərə vermək olar. Cəlil Məmmədquluzadə “Ölülər” əsərində bu haqda bəhs edib. Qərb ədəbiyyatında isə Vladimir Nabokovun “Lolita” adlı romanı dünyada məşhurdur. Əsərin 40 yaşlı qəhrəmanı Humbert Humbert məhkəməyə verdiyi ifadəsində məhz Nərmin yaşda olan Lolita ilə eşq macərasını xatırlayır. İlkin də Nərmini qaçırdığını və böyüdüb özünə arvad edəcəyini düşünə bilərdi. Çünki 44 yaşı olsa da, o “subay oğlan”, Nərmin isə “subay qız”dır. Ailə üzvləri də bu cür düşünə, bu avantüraya uya, yaxud problemi bilə-bilə onun həllində acizlik göstərə bilərlər. Ancaq həm İlkinin, həm də ailəsinin düşüncə, bütpərəstlik dövründən qalma gerilik problemələri olduğundan gələcəyi görə, çıxış yolu tapa bilməyiblər. Daha doğrusu, onu Nərmindən canlarını qurtarmaqda tapıblar. Qızcığaz qısa müddətdən sonra evlərinə qayıtmaq istəyib, qışqırıb, ağlayıb və daş zərbəsi ilə susdurulub. Ola bilər ki, Nərmin əvvəlcə öz ailəsindəki durumdan narazı olub, onun ata-anasının hansı mənəvi-əxlaqi keyfiyyətlərə malik olduğunu hamımız gördük. İlkin qıza gedək bizdə qal, sənə yaxşı baxacağam, qəşəng paltarlar alacağam, səni Bakıya oxumağa göndərəcəyəm deyərək, aldada bilər. O, bəlkə də öz aləmində Nərmini sadəcə qız qaçırırmış kimi qaçırdıb. Amma məsələ ictimailəşdikdən, hətta televizora çıxdıqdan və fərqli yöndən qiymətləndirildikdən sonra o ayılıb və ciddi səhvə, rüsvayçılığa yol verdiyini anlayıb. Nərmini oxutmaq istədiyini İlkin özü də ifadəsində etiraf edib.
Keçək polisin fəaliyyətinin qısa təhlilinə: bəli, bizim polis bəzi hallarda işinə məsuliyyətsiz yanaşır, dərin təhqiqatlar aparmağı xoşlamır, qısa və “asan” yolla gedir, arabir şərləmə və yüngülvari işgəncə (şillə-təpik) üsullarından istifadə edir. Ancaq bütün ölkəyə səs salmış 9 yaşlı qızın faciəvi qətlində şübhəli bilinən biri ilə hansısa mitinq qəhrəmanını, yaxud kiminsə qohumu olan adi bir şantajçını, müxalifətçi adından istifadə edib narkotika alveri edənləri qarışdırmaq olmaz. Bizim polisin yuxarıda sadaladığım qanunsuz hərəkətləri olsa da, o, qırmızı xətti əsasən gözləyir. Onlar kimə neyləmək olar, ya olmaz məsələsini çox gözəl bilirlər. Buna dəfələrlə şəxsən şahid olmuşam. Əgər bütün ölkədə (hətta bəlkə xaricdə də) bu boyda səs-küyə səbəb olmuş cinayəti ölkə Prezidenti şəxsi nəzarətinə götürübsə, polis onu aldatmağa qətiyyən risk edə bilməz. Çünki Prezidentin həqiqəti öyrənmək üçün çoxlu alternativ üsulları və imkanları var, polis də bunu çox gözəl bilir, məsuliyyətini də anlayır. İlkinin cani olub-olmadığını hal-hazırda hamıdan yaxşı ölkə başçısı bilir, odur ki, polisə inanmamaq İlham Əliyevə etimad göstərməməyə bərabərdir. Bu isə məsələni siyasiləşdirmək cəhdidir ki, müxalifət və onlara “krışalıq” edənlər hazırda bu işlə məşğuldurlar.
İlkinin atasının, qardaşının, bacısının, digər qohumlarının hazırkı bütün səyləri hay-küy salaraq, özlərini sığortalamağa hesablanıb. Bu primitiv gedişi polis də bilməmiş deyil. Sadəcə, bütün ailəni həbs etməklə, çox güman ki, ictimai rəyi daha da qıcıqlandırmaq istəmirlər. Həm də yetərli dəlillər yoxdur. Yetmiş yaşlı fizika müəllimini, qadınları polisə aparıb dindirmək indiki şəraitdə ocağın üzərinə yağ tökmək olardı.
Bu səbəblərə görə, İlkinə də vəkili vasitəsilə cinayəti təzyiq altında boynuna aldığını söyləməyi öyrədiblər, çünki bunu etməklə bütün ailəni təhlükəyə atdığını anlamayıb. Ona yüngülvari fiziki qulaqburması verilməsi ehtimalı da ola bilər, ancaq bu, sadəcə, cinayətini etiraf etdirəcək dozada olub, etmədiyini boynuna qoyacaq dozada deyil. İndisə o, artıq arxasında ictimai rəyin dəstəyini hiss etdiyi üçün ürəklənib və apelyasiya şikayəti verib.
Nərmin işində müəmmalı, aşkara çıxmayan məqamlar var. Ancaq zənnimcə, bu məqamlar qatilin başqa adam olmasıyla bağlı deyil. Nərminin valideynlərinin də bu işdə suçu və məsuliyyəti olmamış deyil. Ancaq nələrdən ibarət olduğunu dəqiq söyləmək hələlik çətindir.
Hər halda istintaqın nəticəsini gözləmək lazımdır...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?
{sape_links}

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək