15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Prezidentdən mühüm mesajlar, yaxud savadlı yaşamağı öyrənək
Tarix: 17-10-2019 18:06 | Bölmə: Nadir QOCABƏYLİ

Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə Azərbaycan xalqına və ölkəmizlə yaxından-uzaqdan maraqlananlara son dərəcə önəmli mesajlar ünvanlayaraq, son doqquz ayın sosial-iqtisadi göstəricilərinə dair rəqəmlər və faktlar açıqladı. O, eyni zamanda qüsurları və çatışmazlıqları da göstərərək kəskin tənqid etdi, çıxış yolları göstərdi, vəzifəsini vicdanla yerinə yetirməyən dövlət məmurlarına ciddi xəbərdarlıq etdi, həm məmurlara, həm vətəndaşlara dəyərli tövsiyələrini verdi.
Hörmətli cənab Prezidentin bu tarixi nitqi, mən deyərdim ki, həm də ölkədə aparılan siyasəti, islahatları ağına-bozuna baxmadan, ümumi sözlərlə, qeyri-obyektiv tənqid edənlərə, qarayaxma və böhtan kampaniyası aparanlara tutarlı cavab oldu. Prezident son illər, aylar ərzində əldə olunan nailiyyətləri sadalamaqla yanaşı, problemlərdən də danışdı, qanunları pozanlara, korrupsiya ilə məşğul olanlara, vergidən yayınanlara, büdcəni talayanlara, islahatlara mane olanlara, mütərəqqi addımları, yeni müsbət təyinatları gözdən salmağa çalışanlara qarşı ciddi ölçülər götürüldüyünü və bundan sonra da götürələcəyini konkret şəkildə bəyan etdi. Prezident əslində demək istədi ki, bəsdir boş-boş danışdınız, məsələləri xalqa təhrif olunmuş formada təqdim etdiniz! Siz danışırsınız, mənsə iş görürəm. Ölkədə ciddi müsbət irəliləyişlər var, islahatlar davam edir, əhalinin həyat səviyyəsi getdikcə yüksəlir. O, bütün bu məsələləri müqayisəli təhlil əsasında ortaya qoydu, hər şeyin ideal olmamasından, narazılıqların haradan qaynaqlandığından, ölkədəki nailiyyətlərdən bütün vətəndaşların hər zaman faydalana bilməməsindən xəbərdar olduğunu diqqətə çatdırdı, səbəbləri göstərdi.
Prezident haqlıdır. Ölkədəki inkişafı, nailiyyətləri adi gözlə də görmək mümkündür, ancaq problemlərin olduğunu da dana bilmərik və danmırıq da. Bəzi məmurlar qanunları kobud şəkildə pozmaqla, haqsız, ədalətsiz əməlləri ilə Prezidentin apardığı siyasətə kölgə salır, görülən böyük işlərdən xalqın hər bir nümayəndəsinin faydalanmasına maneçilik törədirlər. Bunu bilərəkdən, qəsdən edənlər də var, səriştəsizlikdən, bacarıqsızlıqdan, idarəetmə mədəniyyətini, innovativ idarəçiliyi bilməməkdən edənlər də. Prezident məmurlara demək istəyir ki, bu ölkəni, xalqı sevmək, onun problemlərinə həssas, ehtiyatla, ehmalca, vicdanla yanaşmaq lazımdır. Opponentləri də çətinliklərdən, əyintilərdən danışarkən, yaxşı işləri də gözardı etməməyə, müxalifətçilik xatirinə müxaliflik etməməyə, obyektiv olmağa dəvət edir. Vətəndaşları hər şeyi dövlətdən, Prezidentdən ummamağa, islahatların sürətlənməsində fəal iştirak etməyə, ictimai baxımdan fəal olmağa, vətəndaş mövqeyi ortaya qoymağa səsləyir.
Prezidentin çıxışı haqqında uzun-uzadı danışmaq, yazmaq olar və əminəm bu tarixi çıxış hələ uzun zaman gündəmdən düşməyəcək, əziz oxucular. Hesab edirəm ki, ölkəmizin həyatı, ictimai-siyasi problemləri ilə maraqlanan hər bir vətəndaş bu çıxışı dönə-dönə dinləməli, oxumalı, düşünməli və nəticələr çıxarmalıdır. Bu çıxışdakı mesajlar, tezislər, məlumatlar, faktlar və rəqəmlər hər bir vətəndaşın bəsirət gözünü açır, onu hər şeyi ümumiləşdirən məsuliyyətsiz bəyanatların zərərli təsirinə düşməkdən qoruyur, ona problemlərinin həllində özünün də fəal iştirak etməsi üçün aydın və düzgün yol göstərir.
Gəlin hörmətli cənab Prezidentin tarixi çıxışından bəzi nümunələrə bir daha nəzər salaq və düzgün nəticələr çıxararaq, düzgün qərarlar verək. Savadlı yaşamağı öyrənək.

“Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur”.
“Qeyri-neft sənayemiz 15 faizdən çox artıb”.
“Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
“Son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur.
Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.
“Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik”.
“İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı”.
“Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür”.
“Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”.
“Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var”.
“Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.
“Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır”.
“İndi hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin sayı artmalıdır, qarşıya belə vəzifə qoyulub”.

“Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə Azərbaycan dünyada 18-ci yerdədir”.
“Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə Azərbaycan 30-cu yerdədir”.
“Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir”.
“Hökumətin, yəni, dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu yerdədir. Yəni, bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir”.
“Rəhbərliyin dəyişikliklərə, yəni, islahatlara meyillilik səviyyəsinə görə biz dünyada 5-ci yerdəyik. Nəqliyyat infrastrukturuna görə 31-ci yerdəyik. Yol infrastrukturuna görə 27-ci yerdəyik. Biz keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə 34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə biz dünyada ikinci yerdəyik”.
“Son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi, bax, bizi dünya miqyasında ikinci yerə gətirib çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə görə 19-cu yerdəyik. Bu, xalqımızın istedadını və mütərəqqi meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və bu rəqəmlər əlbəttə ki, həqiqəti əks etdirir. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq maliyyə qurumlarından biridir və çox mötəbər forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti müntəzəm olaraq forumun iclaslarında iştirak edir”.
“Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.
“Hazırda gələn ilin büdcəsi hazırlanır və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas sənədlərindən biridir. Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik?”
“Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük. Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin”.
“Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır. Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.
“Gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək