19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
Mitinqə niyə getmirik? - Nadir Qocabəyli yazır
Tarix: 30-09-2019 00:05 | Bölmə: Nadir QOCABƏYLİ

Müxalifət niyə mitinq keçirə bilmir? Buna səbəb nədir? Vaxtilə 1 milyonluq insan selinə şahidlik edən meydanlara niyə ən yaxşı halda 1-2 min adam toplaşır və onlar da əsasən partiya üzvləri, onların qohum-əqrəbası, dost-tanışı, necə deyərlər, “ştatlı” mitinqçilər olur? Niyə xalq mitinqlərə kütləvi maraq göstərmir?
Bundan ötrü hökmən mitinq tariximizə qısaca da olsa nəzər salmalı və hər birimiz ilk növbədə özümüzdən soruşmalıyıq: niyə mən mitinqə getmirəm?
İlk mitinqlər Azərbaycanda, daha doğrusu, paytaxtımız Bakı şəhərində 31 il əvvəl başlayıb. Onları canlı xatırlamaq üçün yaşımız ən azı 40-ın üzərində olmalıdır. Yəni ən azından gərək vaxtilə atamızın əlindən tutub Lenin (sonradan Azadlıq) meydanına getmiş olaydıq. Yaşca daha kiçik olanların həmin mitinqlər haqqında təsəvvürü mənim 1917-ci ildə baş vermiş Oktyabr inqilabı haqqında təsəvvürümdən çox ola bilməz.
Azadlıq meydanındakı mitinqlər başlayanda isə mənim artıq 21 yaşım vardı, universitetə yenicə daxil olmuşdum. Hesab edirdim ki, 17 yaşımda daxil olmalıydım, ancaq mənə qarşı ədalətsizlik edilib, odur ki, hökümətdən, haqsızlıqdan, rüşvətxorluqdan narazı idim. Bədnam Mixail Qorbaçovun gətirdiyi marginal “yenidənqurma”, “aşkarlıq” siyasəti artıq bu məsələlər haqqında necə və harada gəldi danışmağa icazə verirdi və kimin imkanı, az-maz cəsarəti vardısa, danışır, ən azından ürəyini boşaltmağa çalışırdı.
O vaxta qədər televiziyada, radioda və yazılı mətbuatda dövlətin siyasi-ideoloji xəttindən bir tük qədər kənara çıxa bilməzdin. Uzaq başı orda-burda dedi-qodu edər, küncdə-bucaqda nəsə tənqidi fikir söyləyə bilərdin. Bu baxımdan ən cəlbedici yerlərdən biri məhz mitinq və nümayişlər idi. İnsanlar həmin mitinqlərdə qulaqlarının heç vaxt eşitmədiyi, qatı açılmamış sözlər eşidirdilər, özü də bu sözlər xısın-xısın, pıçışltıyla deyil, ucadan, deklomativ, ultimativ şəkildə səslənir, vətəndaşların qanını coşdururdu.
Bakıdakı mitinqlərin alovlanmasında Qarabağ məsələsinin də böyük təsiri oldu. Sovet ideologiyası uzun illər “xalqlar dostluğu” siyasətini təbliğ etdiyindən, dərsliklərdə, kitablarda xain qonşularımızın tarixən bizə etdikləri xəyanətlər, pisliklər, qəddarlıqlar haqda heç nə yazılmadığından, mənim yaşımda, hətta məndən yaşca xeyli böyük insanlarda ermənilərə qarşı heç bir kompleks yox idi. Ancaq qəflətən eşidəndə ki, onlar Qarabağa iddia edirlər, Şuşanı istəyirlər, Topxana meşəsini qırırlar və bizdə də gerçək tarixi az-çox bilən adamlar onlara rəsmi KİV-dəkindən fərqli cavablar verirlər, gənc, informasiyasız azərbaycanlılarda istər-istəməz mitinqlərə böyük maraq yarandı və bu da onların kütləviliyinə ciddi təsir göstərdi.
Kütləvilik o dərəcədə güclü idi ki, yerli hakimiyyət onun qarşısını ala bilmirdi. Odur ki, mitinqlərə indiki kimi, icazə istənilmir, onların sadəcə vaxtı və yeri təyin olunurdu.
Mitinqlərdə nələr səslənmirdi: bütün Ermənistanın tarixi Azərbaycan torpaqları olması, onları geri almağımızın vaxtının çatması, SSRİ-nin Birinci dünya müharibəsində Bakı nefti hesabına qalib gəlməsi, neftimizi özümüz çıxarıb emal edəcəyimiz təqdirdə torpağımızın üstünə bir neçə santimetr qalınlıqda qızıldan örtük çəkə biləcəyimiz, Azərbaycanın Rusiya tərəfindən sümürülməsi, yeraltı-yerüstü sərvətlərimiz özümüzə qalacağı təqdirdə dünyanın ən varlı ölkələrindən birinə çevrilə biləcəyimiz, Kremlin bizə qarşı soyqırımı siyasəti aparması, millətimizi assimilyasiyaya uğratması, genofondumuzu məhv etməsi, təhsilimizi bərbad günə salması və s. həqiqətə uyğun olan və olmayan fikirlər, yarımhəqiqi bəyanatlar. Amma ən əsası bu idi ki, insanlar həmin fikirləri yalnız mitinqlərdə eşidir və həmin mirinqlərdə yavaş-yavaş əsası qoyulan müxalif mətbuatdan oxuyur, xoşhal olurdular. Çünki bu sözlərdə xalqın bəzən qeyri-real, bəzənsə hətta utopik olan arzuları ifadə olunurdu.

Həmin mitinqlərin nə qədər, haçanacan davam etdiyi, necə dağıdıldığı, nəylə nəticələndiyi, bizə nə verdiyi, bizdən nə aldığı haqda uzun danışmaq, yazmaq, dartışmaq olar. Ancaq bu, xeyli geniş, dərin, əhatəli bir söhbətdir və əsas mövzumuz deyil.
Mitinqlərin yeni dalğası müstəqillik dövrünə təsadüf edir. Bu dəfə onlar əvvəlki tək əsasən imperiyaya qarşı yox, yerli, milli hakimiyyətə, konkret olaraq Heydər Əliyev iqtidarına qarşı idi. Doğrudur, əvvəlki kütləvilik, Azadlıq meydanı yox idi, amma şəhərin mərkəzi yerlərində icazəli və ya icazəsiz xeyli kütləvi aksiyalar, ciddi etirazlar təşkil olunurdu.
Bu dəfə də insanlar mitinqlərə əvvəlki qədər olmasa da, nisbətən həvəs göstərirdilər. Niyə? Ona görə ki, müstəqillik əldə olunmuşdu, amma onun arzuolunan bəhrəsi yox idi. Yəni müəyyən kosmetik dəyişiklikləri çıxsaq, ciddi sosial-iqtisadi uğurlar gözə dəymirdi. Neftlə bağlı hələ ki ancaq söz-söhbət vardı. Qarabağda böyük itkilər vermişdik. Təhsil, səhiyyə əvvəlkindən daha acınacaqlı durumda idi. Və meydan qəhrəmanları bütün bunların günahını Heydər Əliyev hökumətinin üzərinə atmağa çalışırdılar. Onlara inananlar da vardı, inanmayanlar da. Mitinqə gələnlərin sayının yarıdan çox azalması da inanlarla inanmayaların sayına düz mütənasib idi. Yəni çoxluq artıq mitinq qəhrəmanlarına etibar etmirdi.
Nəticə yenə hamımıza məlumdur. Meydan qəhrəmanları keçirdikləri mitinqlərdən konkret siyasi, iqtisadi nəticələr ala bilmədilər. Onların çağırışına gələn, onlara inanan insanların ümidlərini, gözləntilərini doğrulda bilmədilər. Bir çox insan bu prosesdə həqiqəti, reallıqları dərk etdi, meydan qəhrəmanlarının siyasi fantaziyalarının “bir çürük qoza” dəymədiyini anladı. Yavaş-yavaş hərə öz işi ilə məşğul olmağa, necə deyərlər, kasıbçılığını etməyə getdi. İnsanlar anladılar ki, problemlərimizin obyektiv və sübyektiv səbəbləri var, onlar hamısı mövcud hakimiyyətdən qaynaqlanmır, müxalif liderlər heç də özlərini təqdim etdikləri kimi kristal, saf adamlar deyil, keyfiyyətcə nəinki iqtidar nümayəndələrindən üstündürlər, hətta bir çox hallarda zəif və bacarıqsız avantüristlərdir. Azərbaycan xalqının nicatı heç də Avropada, xəyali demokratiyada deyil, bir-birimizlə dil tapmağımızda, yola getməyimizdə, siyasi konsensusda, milli barışıqda, dövlətimizi yavaş-yavaş gücləndirməyimizdə, dirçəlməyimizdədir və s. Beləcə, bu 31 ildə 1 milyonluq mitinqlər enən xətt üzrə 1 minə düşdü.
Hazırda müxalifət, konkret olaraq, Əli Kərimlinin rəhbərlik etdi “Milli Şura” Qərbdəki müəyyən dairələrin dəstəyi, müxtəlif siyasi fəndlər, cığallıqlar, “siyasi məhbus” oyunları ilə mütinqlərin kütləviliyini nisbətən də olsa artırmağa çalışırlar. Onlar bu işdə daha çox yaxın tariximizdən bixəbər, o günləri görməyən, gerçək tarixi bilməyən, analiz etmək imkanları olmayan gənc nəsildən faydalanmaq istəyirlər. Ancaq yenə də alınmır.
Səbəblər çox sadədir. Hazırda hər bir vətəndaşın heç bir mitinqə-filana getmədən istənilən informasiyanı almaq imkanları yetərincə genişdir. Yəni Əli Kərimlini və tribunada onunla çiyin-çiyinə dayananları dinləmək istəyənlərin belə, bunun üçün özlərinə zəhmət verib harasa getmələrinə ehtiyac yoxdur. Digər tərəfədən, onlar dinlədikləri çıxışlardan sonra həmin adamlara uzaq başı virtual dəstək verir, real nəticələrə inanmadıqları üçün real dəstəyə də həvəs göstərmirlər.
Hazırkı mitinq müxalifətinin şüarlarına qulaq asanda görünür ki, onlar heç də 30 il əvvəlkilərdən ciddi şəkildə fərqlənmir. Mövzu yenə neft pullarının xərclənməsi ilə bağlı bayağı bəyanatlardan o yana getmir. Yenə korrupsiya ittihamları, Avropa demokratiyasının bizə xoşbəxtlik gətirəcəyi ilə bağlı bəsit, şit, əttökən bəyanatlar.
İndi informasiya əsridir, insanlar da axmaq deyil. Onlar bilir ki, müxalifətin dərdi nə korrupsiyadır, nə də demokratiya. Onlar sadəcə, qarın davası edirlər və xalq da haqlı olaraq bu məsələdə alət olmaq istəmir. Ağıllı adamlar çox gözəl başa düşürlər ki, korrupsiyasız, “demokratik prinsiplərlə idarə olunan” cəmiyyət bir gündə qurulmur. Bunun üçün daxili və xarici şərait, resurslar olmalı, toplumun özü yetişməli, mədəniləşməlidir. Buna vaxt lazımdır və proses də təbii axarı ilə gedir. Əqidə yoldaşına “dollarin üzərində YAP-ın şəklimi vardı?” sualını verən adam demokratiya və ya korrupsiya ilə bağlı yeni heç nə edə bilməz. Hətta prosesi ləngidə, hədəfi uzaqlaşdıra bilər.
Mitinqə gedən hər bir insan istər-istəməz özündən soruşur: mən ora nəyə gedirəm, mənim bunda hansı şəxsi, ictimai marağım var? Əgər bu suala məntiqli bir cavab tapa bilmirsə, təbii ki, getmir və vaxtını daha səmərəli, mənalı keçirir. Məsələn, hökumətdən müəyyən narazılığı, yaxud umacağı olan insan “istefa” şüarı ilə razı olmaya bilər və razı da deyil. Onu tutaq ki, vergi, gömrük, yaxud ərzaq təhlükəsizliyi məsələləri narahat edirsə, niyə gedib hansısa marginalların mücərrəd “azadlıq” bağırtılarını dinləməlidir? Uşaq pulu məsələsi ilə seçki islahatının eyni mitinqdə tələb edilməsi ümumiyyətlə absurddur. Uşaq pulunu hansısa siyasi qurumdansa, analar, yaxud çoxuşaqlı analar cəmiyyətinin tələb etməsi, mitinq, nümayiş keçirməsi daha məntiqli deyilmi?
Əsas məsələlərdən biri yeni cəmiyyətdə köhnə müxalifət, köhnə üsullar, köhnə şüarlar problemidir. Niyə müxalifət mitinq məsələsində bu qədər israrlıdır? Qardaşım, alınmır da sənin mitinqin, zordur məgər. Niyə seçkidə uğur əldə etmək üçün çalışmır, ən azından müəyyən dairələrdə güclü iş aparmır, hökmən Bakının mərkəzində mitinq keçirmək istəyirsiniz? Niyə səmərəsiz, lazımsız işə bu qədər enerji sərf edir, baş girələyirsiniz?
Hakimiyyətdən narazılığı olan insanlar və qruplar belə indiki müxalifətə, onun potensialına, uğuruna inanmırlar. Əsas səbəblərdən biri də budur. Elə adamlar var ki, sadəcə, Əli Kərimlinin, Gültəkinin, İbrahimlinin, Mirmahmudun, Arifin, İsanın, Yaqublunun, Qəhrəmanlının və s. bu tipli qəhrəmanların tribunada olduğu mitinqə getmək, onların üzünü görmək istəmirlər. Çünki onları görməkdən yorulublar. Kütlə ən azından maraqlı tamaşa istəyir, artıq sizin mahnılara qulaq asmaqdan yorulub.
Çox mühüm məsələlərdən biri əhalinin məşğul olmasıdır. Əksəriyyətin yaxşı-pis işi-gücü, məşğuliyyəti var. O yeknəsək, şablon, bayağı mitinqlərə görə, gəlirindən, işindən məhrum olmaq istəmir. Bu, ən azı vətəndaşa sərfəli deyil. Vətəndaş öz maraqlarını bu aksiyalarla uzlaşdıra bilmir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək