20:13 / 15-07-2025
Sabir Rüstəmxanlı: "Tüpürüm sənin menecerinə də..."
18:44 / 15-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
18:03 / 15-07-2025
Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
17:57 / 15-07-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilib - (Yenilənib)
17:48 / 15-07-2025
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
17:37 / 15-07-2025
Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib
17:35 / 15-07-2025
Bakda Avropa Kuboku keçiriləcək
16:53 / 15-07-2025
Ukraynanın baş naziri istefa verib
16:33 / 15-07-2025
Avropanı genişmiqyaslı müharibəyə hazırlaşmağa çağırırlar
16:19 / 15-07-2025
"Neftçi” Venesuela millisinin yarımmüdafiəçisi ilə anlaşıb
16:18 / 15-07-2025
İki dövlət qurumu Şamaxıda birgə konfrans keçirir - Foto
15:44 / 15-07-2025
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
15:25 / 15-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
15:13 / 15-07-2025
Şəxsi məlumatları xarici kiberbunkerlərə ötürən dələduz haker saxlanılıb
14:49 / 15-07-2025
Kamran Əliyev daha iki prokurorla bağlı əmr imzalayıb
14:21 / 15-07-2025
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
14:20 / 15-07-2025
Avropa Rusiyanın 245 milyard dollarını Ukrayna üçün xərcləmək istəyir
14:16 / 15-07-2025
Afaq Bəşirqızı: "Xalq artisti adını sənə bibin, dayın, əmin verdirə bilər, amma..."
13:52 / 15-07-2025
Kamran Əliyevi iki prokuror təyin edib
13:47 / 15-07-2025
Rusiyanın NATO-ya hücum planı var
13:46 / 15-07-2025
Sabahın hava proqnozu açıqlanıb
13:34 / 15-07-2025
Medvedev: Avropa məyus olsa da, Rusiyanın vecinə deyil
13:28 / 15-07-2025
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqlənib
13:18 / 15-07-2025
Bolqarıstan Avrozonaya qəbul olunub
13:04 / 15-07-2025
İsrail ordusu xüsusi təyinatlıların düşərgələrinə hücum edib
12:41 / 15-07-2025
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olunub
12:35 / 15-07-2025
Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir - Fotolar
12:29 / 15-07-2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
12:17 / 15-07-2025
Suriya hökuməti hərbi əməliyyatlara başlayır
00:11 / 11-07-2025

14:26 / 14-07-2025

13:38 / 11-07-2025

12:27 / 12-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

22:28 / 10-07-2025

06:13 / 13-07-2025

08:34 / 11-07-2025

14:30 / 14-07-2025

Anlamaq problemi olanlar...
Tarix: 23-08-2019 11:56 | Bölmə: Nadir QOCABƏYLİ

Mən haçan demişəm ki, biz əla yaşayırıq, ölkəmiz durmadan inkişaf edir, super dövlətik və sair? Heç vaxt! Amma nədənsə bəziləri belə başa düşür...
Çünki yazdıqlarımı diqqətlə oxumur, ya da anlamaqda çətinlik çəkirlər. Çünki qara və ağdan başqa heç bir rəng tanımırlar. Hər şeyi öz qafalarına görə müəyyən edirlər...
Bu adamlar üçün təkcə şər-şeytan mövcuddur, bir də xeyir-mələk. Şər-şeytan hakimiyyətdir, xeyir-mələk isə müxalifət. Ona görə də dediklərimi başa düşə bilmirlər...
Mən həmişə optimal, real variantlar təklif edir, insanları yanılmamağa, düzgün nəticə çıxarmağa dəvət edirəm. Tutaq ki, mən indi işsizəm. İşsizəmsə, deməli, həm də narazıyam. İşsiz, pulsuz, istədiklərini edə bilməyən insan necə razı ola bilər? Həm də gözünün qabağında məmurlar, onların qohum-əqrəbasının kef etdiyi, ətraf haqsızlıq, ədalətsizliklə dolu olduğu halda.
Amma bu o demək deyil ki, dərhal gedib höküməti söyən Əli Kərimliyə və digərlərinə qoşulmalı, birbaşa İlham Əliyevi günahlandırmalı, tənqid, hətta təhqir etməliyəm. Məhsul stadionuna mitinqə gedib, "Azadlıq!", "İstefa!" qışqırmalıyam. Mən ağıllı adamam, odur ki, bunları etməzdən qabaq papağımı qarşıma qoyub fikirləşirəm. Bunlar mənə nə verəcək? Mitinqə getməklə problemlər həll oluncaqmı? Mən axı indiyə qədər yüzlərlə mitinqdə olmuşam, mitinqin ən möhtəşəmlərini görmüşəm, icazəsizlərinə getmişəm. Nəticəsi nə olub axı? Onların mənə bir qəpiklik xeyri olub? Olmayıb. Əli Kərimlinin partiyasına yazılsam, yaxud onu müdafiə etsəm, işim-gücüm olacaqmı, kimsə mənə ailəmi dolandırmaq üçün nəsə verəcəkmi? Əlbəttə, verməyəcək. Mən bu işlərin hamısını təcrübədə də görmüşəm, nəzəriyyəsini də əla bilirəm. Mitinqin də, hakimiyyəti söyməyin də, müxalifətçi olmağın da kimlərə xidmət etdiyini, kimin cibini doldurduğunu, hansı məqsədlər güddüyünü beş barmağım kimi bilirəm. Bu haqda daim yazır, danışıram. Mən bu məsələlərin anatomiyasını bilən adamam. İndi siz məni başa düşmürsünüzsə, neyləyim?
Mən deyirəm ki, gəlin gücümüz çatan işlərin qulpundan yapışaq, real, faydalı işlərlə məşğul olaq. Hökümətin, ayrı-ayrı strukturların işini tənqid edək, qüsurlarını göstərək, ortaya faktlar qoyaq, amma bunu savadlı, obyektiv, konstruktiv şəkildə edək, söyüşə, təhqirə keçməyək, düşmənçilik etməyək, körpüləri yandırmayaq. Təkcə pisləri yox, yaxşıları da görək və eyni zamanda, düşünək: kimsə daha yaxşısını etməyə qadirdirmi? Şəraiti ağıllı şəkildə, analiz edərək qiymətləndirək. Bəli, ölkədə korrupsiya var, qohumbazlıq var, amma bunun yanında sabitlik də var, quruculuq işləri də gedir. İndi gəlin görək, rüşvətə və qohumbazlığa görə yalnız hakimiyyətmi günahkardır? Xeyr! Çünki biz hamımız, bütün azərbaycanlılar rüşvətə meyilli, qohumcanlı insanlarıq. Hansımıza bir balaca vəzifə verilsə, dərhal büdcədən necə “qapazlamaq” yolları arayır, yadları işdən uzaqlaşdırır, qohumları, dostları, sinif və qrup yoldaşlarımızı yanımıza çəkirik. Məgər bunu həll etməyin yolu, Məhsul stadionuna çıxıb “İlham Əlyev istefa versin”,- qışqırmaqdır? Əsla! Bunun yolu islahatlar aparmaqdır və bu islahatlar İlham Əliyevsiz mümkün deyil.
Tutaq ki, İlham Əliyevi devirdik. Siz mənə deyin görüm bugünkü sabitliyi qoruya biləcəyik? Bunu bacaracağıq? Bacaracağıqsa, hansı yolla edəcəyik? Əminəm ki, elə İlham Əliyevin etdiyi yolla. Çünki bizdə hələ ki, başqa yolla mümkün deyil. Və belə olacaqsa, İlham Əliyevi dəyişməyin nə mənası var? Elə oturub da. Həm də mən əminəm ki, hazırkı siyasi qüvvələr arasında bu işi ən yaxşı bacaran da elə bunlardır. Nə Əli Kərimlinin, nə də digərlərinin bu ölkəni lazımi şəkildə, sabit, “ÇP”-lər olmadan idarə etmək qabiliyyəti və potensialı yoxdur.
Digər tərəfdən, İlham Əliyevi devirməyə gücümüz varmı? Birmənalı deyirəm: YOXDUR! Nə daxildə bu güc yoxdur, nə də xaricdə. Xaricdə olsa belə, bu bizə lazım deyil, ona görə yox ki, biz çox vətənpərvərik-filan, sadəcə ona görə ki, bunun bizə heç bir xeyri olmayacaq. Vətənpərvərlik də elə vətənin yaşamaq üçün ən xeyirli və faydalı məkan olmasından qaynaqlanır. Xeyirsiz vətəni kim sevər!
Daxildə bu güc ona görə yoxdur ki, vəziyyət xalqın küçələrə töküləcəyi qədər dəhşətli deyil. Xalq yaxşı-pis, pensiya ilə, müavinətlə, qohumluqla, hamballıqla, xırda ticarətlə, fəhləliklə, kənd təsərrüfatı məhsulları əkib-becrməklə və s. ilə dolanır, aclıq çəkmir. Çətinlik yarananda hakimiyyət müəyyən addımlar atır, kredit faizlərini bağışlayır, maaşları, pensiyaları artırır, müəyyən yardımlar edir... Belə bir vəziyyətdə 2-3 min adam Məhsul stadionuna çıxıb, "İstefa!" qışqırsa yox e, lap "xarikiri" eləsə də, bu xalq küçələrə tökülüb inqilab etməz. Hakimiyyət çox ağıllıdır, ehtiyatlıdır, sərhesabdır, güclü analitik qrupları var, hər şeyi hesablayır, ölçüb-biçir və özünə sərf edən ağıllı qərarlar verir. İndi mənə deyin görüm, özündən qat-qat ağıllı, güclü, tədbirli rəqibin üzərinə getmək, onu devirmək xülyası ilə yaşamağın adı nədir? Əlbəttə ki, axmaqlıq və səfehlik. Mən özümü daha axmaq rolunda görmürəm, kim görürsə, getsin Məhsul stadionuna.
İlham Əliyev hakimiyyətinin xarici əlaqələri, xaricdəki dostları, xariclə işləmək taktikası daha güclüdür. Odur ki, indiki məqamda kiminsə xarici dəstəyə, "demokratik" dünyaya və dəyərlərə arxalanması da ağılsızlıqdır. Boş şeydir.
Yeganə yol hakimiyyətin başladığı islahatlara qoşulmaq, onlarda iştirak etmək, dəyişikliklərə dəstək verməkdir. Bu çox incə, səbr, ağıl, dözüm, taktika tələb edən məsələdir. Kimin əsəbləri zəifdirsə, buna davam gətirə bilməz. Əsəbləri zəiflərin yeri Məhsul stadionunda bağırıb özünü boşaltmaqdır ki, ağıllı və tədbirli hökümətimiz buna da şərait yaradıb.
Bizə yumşaq mübarizə aparmaq lazımdır. Məsələn, yaxın günlərdə bələdiyyə seçkiləri olacaq. AXCP-nin ölkənin bütün regionlarında təmsil olunduğunu söyləyən Əli Kərimli inqilab çağırışları etməkdənsə, partiyasını bələdiyyə seçkilərinə səfərbər etməsi daha ağıllı addım olardı. Əgər daha yaxşı idarə edə, xaqlın rəğbətini qazana bilərlərsə, əvvəcə bunu yerlərdə etsinlər. Amma bacarmırlar, mən o partiyada 10 il olmuşam, əksəriyyəti boşboğazlardan və avaralardan ibarətdir. İş görmək potensialları sıfır.
Gələn il parlament seçkiləridir. Gücünüz varsa, çıxın ortalığa. Mən seçkidə qalib gəlməyin resepti haqqında bir neçə dəfə yazmışam. Tapın oxuyun. Müxalifət seçkiyə 2-3 faiz seçici cəlb edə bilir. İşləyin və 20-30 faiz gətirin, onda nəticəni görəcəksiniz.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?