00:04 / 16-09-2025
Qurban Qurbanov: “Benfika” ilə oyuna yaxşı hazırlaşa bilmədik”
23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Boliviyada “şeytan əməli” - Nadir Qocabəyli yazır
Tarix: 15-11-2019 23:16 | Bölmə: Nadir QOCABƏYLİ

2019-cu il noyabrın 10-da Boliviya prezidenti Evo Morales kütləvi etirazlar nəticəsində istefa verdi. Onu prezident seçkilərinin nəticələrini saxtalaşdırmaqda günahlandırırdılar. Morales bunu “dövlət çevrilişi” adlandırıb və ölkədə sabitliyin qorunması üçün istefaya getdiyini bəyan edib.
Evo Morales Boliviyanın tarixində ilk etnik hindu prezidentdir. O, bu il oktyabrın 20-də keçirilən sonuncu seçkilərdə qalib gəlmişdi.
Morales səslərin 47,1, onun əsas rəqibi, tarixçi, Boliviyanın keçmiş prezidenti Karlos Mesa isə 36,51 faizini toplamışdı. Birinci turda qalib gəlmək üçün səslərin 50 faizdən çoxunu, yaxud yaxın rəqibdən 10 faiz irəlidə olmaqla minimum 40 faizini toplamaq tələb olunur.
Moralesin rəqibləri hakimiyyəti seçkilərin nəticələrinə təsir etməyə cəhd göstərməkdə suçladılar. Bundan sonra ölkədə etiraz dalğası yüksəlməyə başladı.
Morales artıq 14 il idi ki, ölkəyə rəhbərlik edirdi. Tərəfdarları onu qiymətlərin yüksək olduğu tox illərdə ehtiyatlı iqtisadi siyasət apardığına, ölkədə yoxsulluğun kökünü tamamilə kəsdiyinə görə dəstəkləyir, əleyhdarları isə meşə yanğınlarına və demokratiyanın süqutuna görə günahlandırırlar.
Moralesin populyarlığı xalq arasında hələ də yüksəkdir, ancaq onu dördüncü dəfə prezident kürsüsündə görmək istəməyənlər də var. Bəzi iqtisadçılar onun iqtisadi modelinə şübhə ilə yanaşırlar.
2006-cı ildə hakimiyyətə gələn və hazırda 59 yaşında olan Morales ölkəyə iqtisadi-siyasi sabitlik gətirmişdi. Ona qədər beş il ərzində ölkədə beş prezident dəyişmişdi və onlardan biri də onun indiki rəqibi, tarixçi və jurnalist Karlos Mesa idi. O, 2003-2005-ci illərdə Boliviyanın prezidenti olmuşdu.
Evo Morales 14 il əvvəl hakimiyyətə gələrkən əhalinin ən yoxsul və unudulmuş təbəqələrinə kömək edəcəyini vəd etmiş və sözünə əməl etmişdi. O, konstitusiyaya ölkənin yerli əhalisinin hüquqlarının genişləndirilməsiylə bağlı maddələr əlavə etmişdi.
Boliviya iqtisadiyatının uğuru ölkədə hasil edilən və ixracatın əsasını təşkil edən xammalın, xüsusilə də təbii qazın qiymətlərinin artmasıyla izah olunur. 2006-cı ildə Morales hakimiyyətə gələndən sonra ölkədə gündəlik qazancı 2 dollar olan əhalinin sayı üç dəfə azaldı və Dünya Bankının məlumatlarına görə, 6 faizə düşdü. 2005-ci ildə 38 faiz olan yoxsulluq səviyyəsi 2019-cu ilədək 15 faizə qədər azaldı. Adam başına düşən ÜDM təxminən dörd dəfə artaraq 1000 dollardan 3600 dollara yüksəldi („Inter-American Development Bank”ın məlumatı).
Morales hakimiyyətə gəldikdən sonra neft-qaz sənayesini milliləşdirdi, təbii ehtiyatlar ixracatından əldə olunan gəlirləri yoxsullar arasında bölüşdürdü və “qara gün” üçün fondlarda topladı. Həyat səviyyəsi yüksəldi, ölkə iqtisadiyyatı isə stabil olaraq ildə 4 faiz böyüdü.
Morales qalstuk taxmır, ponço və parlaq ənənəvi kostyumlar geyinməyə üstünlük verir. O, Aymara qəbiləsindən olan kəndlidir, uşaq ikən lama və qoyun otarıb. Orduda xidmət edərkən truba çalıb. Sonra koka əkib-becərməklə məşğul olub və Kokaleros həmkarlar təşkilatlarının lideri səviyyəsinədək yüksəlib.
Əvvəlki prezidentlər koka yarpaqları yetişdirilən sahələri məhdudlaşdırmağa çalışırdılar, lakin Morales plantasiyaların sahəsini 12 hektardan 22 hektara qədər artırdı. Koka istehsalının genişləndirilməsinin qanunsuz narkotika ticarətinə kömək edəcəyini hesab edənlər buna etirazlarını bildirdilər. Lakin Boliviyada koka yarpaqları çeynəmək qanunla qadağan deyil, narkotik maddə istehsalı isə yasaqdır.
Evo Morales oktyabrın 20-də baş tutan son seçkilərdə bütün rəqiblərini geridə qoyaraq, 47,1 faiz səslə ölkə prezidenti seçilsə də, rəqibləri onu saxtakarlıqda günahlandıraraq, tərəfdarlarını küçələrə səslədilər. Seçkilərin nəticələrini Amerika Dövlətləri Təşkilatından (ADT) olan beynəlxalq müşahidəçilər də tənqid etdilər. Morales isə öz növbəsində bunu dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirdi.
Xaricdən qızışdırılan etirazlar getdikcə böyüyürdü. Oktyabrın 31-də Santa-Krus adlı əyalət şəhərində iki etirazçı öldürüldü, altısı yaralandı. Noyabrın 9-na doğru paytaxt da daxil olmaqla bir neçə şəhərdə polisin mitinqçilərin tərəfinə keçməsi barədə xəbərlər gəlməyə başladı. Morales müxalifət nümayəndələrini teledebatlara çağırdı, tərəfdarlarını isə xalqın səslərinin qorunması uğrunda birləşməyə dəvət etdi. Ancaq əsas rəqibi Karlos Mesa onu istefa verməyə çağırdı. Amerika Dövlətləri Təşkilatı bir daha seçkilərdə saxtakarlıq edildiyini bəyan etdi və həmin gün prezidentin bir neçə tərəfdarı öz vəzifəsindən istefa verdi. Lakin Morales məhz hərbçilər məsələyə müdaxilə etdikdən sonra istefa verməyə məcbur oldu.
Barselona universitetinin politologiya və ictimai elmlər fakültəsinin professoru, konstitusiya qanunvericiliyi üzrə mütəxəssis Pumpeu Fabra Abel Eskriba Fulx hesab edir ki, məhz silahlı qüvvələrin müdaxiləsi ölkədə dövlət çevrilişi, yaxud qiyam baş verdiyini söyləməyə imkan verir.
“Dövlət çevrilişi dövlət aparatının tərkibində olan hərbçilərin, yaxud digər silahlı qüvvələrin mövcud hakimiyyəti devirmək üçün qeyri-qanuni açıq hücuma keçməyə cəhd göstərməsi və ya hökuməti təhdid etməsidir”, – professor BBC-yə müsahibəsində söyləyib.
Rusiya, Kuba, Venesuela, Argentina və Nikaraqua Boliviyada baş verənləri dövlət çevrilişi kimi qiymətləndiriblər.
Braziliya, Kolumbiya, Peru və Qvatemala isə Boliviyanın müvəqqəti hökumətini mümkün qədər tez bir zamanda bütün beynəlxalq normalara əməl edərək növbədənkənar seçkilər keçirməyə çağırıblar. Avropa Birliyi, ABŞ və Kanada da eyni çağırışı ediblər. Bununla belə, qərb ölkələrindəki sol qüvvələr Evo Moralesə dəstəklərini ifadə ediblər.
Moralesin istefasından sonra ölkədə hakimiyyət boşluğu yaranıb. Boliviya konstitusiyasına görə, prezident istefa verdiyi təqdirdə dövlətə ya vitse-prezident, ya da Senatın sədri rəhbərlik etməlidir. Ancaq Moralesin ardınca onlar da istefa verdiklərindən rəhbərliyi Senat sədrinin müavinlərindən biri, sağ təmayüllü vitse-spiker Janin Anyes öz üzərinə götürüb. O, yeni seçkilərə qədər ölkəyə rəhbərlik edəcək.
52 yaşlı Janin Anyes Senata 2010-cu ildə seçilib. O, müxalifəti təmsil edir və Moralesin ünvanına dəfələrlə sərt tənqidlərlə çıxış edib.
Müşahidəçilərin fikrincə, Boliviyanın gələcəyi haqda nəsə demək çox çətindir və Moralesin özünü hesabdan silmək də tezdir. Morales yeni seçkilərdə iştirakı ilə bağlı heç bir söz söyləməyib. Ancaq onun əsas rəqibi Karlos Mesa, Moralesin namizədliyini verməməli olduğunu bəyan edib, onun sözlərinə görə, Amerika Dövlətləri Təşkilatı prezident seçkilərinin gedişində ciddi qanun pozuntuları aşkar edib.
Bir neçə kəlmə də Boliviyadakı prezident seçkilərində qanun pozuntularının olduğunu iddia edən Amerika Dövlətləri Təşkilatı haqqında. Bu təşkilat 1948-ci ildə Kolumbiyanın paytaxtı Boqotada, 1889-cu ildən fəaliyyət göstərən Panamerikan İttifaqının bazasında yaradılıb. Baş qərargahı Vaşinqtonda yerləşir! Bu gün onun tərkibində Şimali və Cənubi Amerikanın 34 dövləti birləşir. 1962-ci ildə sosialist inkişaf yoluna qədəm qoyan Kuba “Amerikanın kollektiv təhlükəsizlik sistemi ilə bir araya sığmayan siyasətinə görə” ADT-nin sıralarından kənarlaşdırılıb. 1964-cü ildə ADT Kubanı “Venesuelanın ərazi bütövlüyünü və demokratiyanı pozmaqda” ittiham edərək, bütün üzvləri qarşısına bu ölkə ilə diplomatik əlaqələri kəsmək öhdəliyi qoyub. Ancaq Meksika, Uruqvay və Çili bu qərarın əleyhinə səs veriblər. Boliviya isə bitərəf qalıb. 2000-ci ildən sonra Kuba dəfələrlə ADT-də üzvlüyünün bərpasını təklif etsə də, təklif yalnız 2009-cu ildə qəbul olunub, ancaq Kuba ADT-yə qayıtmaqdan imtina edib.
XXI yüzildə ABŞ-ın təmsil olunmadığı sırf Latın Amerikası ölkələrinin birləşdiyi yeni regional təşkilatların yaranması ADT-nin mövqeyini xeyli laxladıb. 2017-ci ilin sonunda Venesuela bu təşkilatdan çıxmaqla bağlı müraciət edib.
Təşkilat öz fəaliyyətində dörd prinsipi əsas götürdüyünü elan edir: demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf. Amma ADT-nin əsas missiyası Latın Amerikasını əsasən ABŞ-dan idarə olunan maliyyə kapitalının nəzarətində saxlamaqdır. Bu ilin əvvəlində Tramp hakimiyyətinin Venesuela prezidenti Nikolas Maduronu devirmək üçün başlatdığı hərəkata dəstək verən, rəhbəri Braziliyanın faşist prezidenti Bolsonaru olan Lima Qrupu da bu təşkilatdan çıxmışdır. Morales bu təşkilatın şərtlərini qəbul etsə də, ADT onun əleyhinə hökm verdi.
Evo Morales prezident səlahiyyətlərinin müxalifətçi Senat üzvü Janin Anyesə verilməsini “şeytan əməli” adlandırıb. O öz “Twitter” hesabında yazıb: “Boliviyaya tarixin ən məkrli və məşum zərbəsi endirilib. Bir qrup cinayət ortağı ilə əhatə olunan, xalqı əzən silahlı qüvvələrin və polisin dəstəklədiyi sağ senator yetərsay olmadan özünü Senatın sədri, sonra isə Boliviyanın müvəqqəti prezidenti elan edib”.
Venesuelada olduğu kimi, Boliviyada da hadisələrin ABŞ-ın müəyyən müdaxiləsi ilə müşayiət oldunduğuna şübhə yoxdur, çünki Birləşmiş Ştatlar situasiyanı öz susqunluğu ilə təqdir etməkdədir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?