13:47 / 30-01-2026
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
13:35 / 30-01-2026
Tramp Çinə görə Britaniyanı təhdid edir
13:26 / 30-01-2026
Yeni ilin ilk “Ulduz”u çap olunub - Foto
13:22 / 30-01-2026
"Bandotdel”dən əməliyyat: saxlanılanlar var - Foto
13:20 / 30-01-2026
Zelenski Moskvada Putinlə görüşü istisna edib
13:06 / 30-01-2026
ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərir
12:53 / 30-01-2026
Ukrayna ordusunda fərarilərin sayı artır
12:45 / 30-01-2026
Qumar oyunları: 428 internet resursuna giriş məhdudlaşdırılıb
12:42 / 30-01-2026
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
12:36 / 30-01-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:29 / 30-01-2026
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları gedib
12:20 / 30-01-2026
Nazirliyin əməkdaşı 18 kq qızılla tutulub
12:09 / 30-01-2026
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
11:34 / 30-01-2026
Azərbaycan UEFA reytinqində irəliləyib
11:21 / 30-01-2026
Sahibə Qafarovaya ağır itki üz verib
11:01 / 30-01-2026
Tanınmış iş adamı həbs olunub - Səbəb
10:57 / 30-01-2026
Ağ ev münaqişəni sona çatdırmağa tələsir
10:47 / 30-01-2026
Bakıda binanın birinci mərtəbəsində blok çöküb
10:37 / 30-01-2026
Bayden Ağ evdən cəmi iki hədiyyəsini aparıb
10:23 / 30-01-2026
Agentlik sədrinin müavini vəzifədən azad edilib
10:22 / 30-01-2026
İndoneziyada Semeru vulkanı püskürüb
10:13 / 30-01-2026
Tramp sülhün əldə olunacağına əmindir
10:12 / 30-01-2026
Abşeronun prokuroru vəzifəsindən azad olunub
10:05 / 30-01-2026
Vəzifəli şəxslər saxlanılıb - Foto
09:55 / 30-01-2026
Rusiya BMT-dən nəyi xahiş edir?
09:46 / 30-01-2026
Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
07:31 / 30-01-2026
Kvant kompüterində "zaman kristalı" yaradılıb
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
16:16 / 26-01-2026
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
16:54 / 27-01-2026
Prezident iki nazir müavini təyin edib - Fotolar
11:08 / 27-01-2026
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
17:21 / 26-01-2026
Nazir müavinlərinin sayı artırılıb
15:06 / 27-01-2026
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
11:59 / 26-01-2026
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
14:42 / 26-01-2026
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Məkrli plan - Nadir Qocabəyli yazır
Tarix: 19-10-2019 00:56 | Bölmə: Nadir QOCABƏYLİ

Oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edən, əhalini Bakının mərkəzi küşələrinə, icazəsiz, hökumətlə razılaşdırılmamış mitinqə səsləyən və bununla hakimiyyətə meydan oxuyan, hüquq-mühafizə orqanları ilə əhali arasında qarşıdurmaya rəvac verən, ehtimal olunan təxribatlar üçün münbit şərait yaratmağa can atan Əli Kərimli, bir yandan da bütün çıxışlarında etirazların dinc xarakterini xüsusi vurğulamağa çalışır. Saxta bəyanatlar verərək, polislə qarşıdırmadan çəkinməyə çağırır, nəzərdə tutulan meydana girməyin məqsəd olmadığını bildirir. Adama deyərlər: əgər dinclik, sülh, əmin-amanlıq, anlaşma tərəfdarısansa, elə göstərilən yerə get və mitinqini keçir də. Özün bəyan elədiyin kimi, mitinqləri minlərlə, on minlərlə adam dəstəkləyirsə, niyə ikicə kilometr kənara çıxmaq istəmirsən?
O, həm də aksiya zamanı hər hansı təxribatın, qarşıdurmanın, toqquşmanın, döyülməyin, əzilməyin mümkünlüyündən danışaraq, tərəfdarlarını qorxmamağa, çəkinməməyə, “mübariz olmağa” çağırır. Deməli, insanları dolayısı ilə qandan belə qorxmamağa, çəkinməməyə təhrik edir. Hər şeyə görə hakimiyyətin məsuliyyət daşıyacağını söyləyir.
Paradoksal görünür, elə deyilmi? Amma həm də görünmür. Çünki sakitliyə, sülhə, dincliyə çağırış yalnız aysberqin görünən tərəfidir, Əli Kərimlinin özünü sığortalamaq cəhdidir. Əslində isə, onun məqsədi yalnız və yalnız qan tökülməsinə nail olmaq, bundan istifadə edib, əhalini ən azından dəfn mərasimi məqsədilə küçələrə tökmək, təxribat nəticəsində ölənlərə yalandan yas tutmaq, “qana bais olmuş hakimiyyətə” qarşı daha kütləvi etiraz təşkil etmək və onu istefaya məcbur etməkdir.
Bundan sonra necə olacağı, hakimiyyətə kimin yiyələnəcəyi, ölkədə hansı proseslərin gedəcəyi, Qarabağ cəbhəsində nələrin baş verəcəyi önəmli deyil. Əsas odur ki, “bunlar” getsin, bu hakimiyyətdən qisas alınsın, korrupsioner məmurların yığdığı sərvətdən Əli Kərimliyə və yanındakılara pay düşsün.
Bu məkrli, qana susayan, qana hesablanan çağırış və plan məni istər-istəməz yaxın tarixi keçmişimizə qısa ekskurs etməyə vadar edir.
AXC bu ölkədə iki dəfə hakimiyyəti devirib. 1990-cı ildə Azərbaycan KP MK-nın birinci katibi, ölkənin faktiki rəhbəri Əbdürrəhman Vəzirovu qaçmağa məcbur ediblər, 1992-ci ildə prezident Ayaz Mütəllibovu zorla istefaya göndəriblər. Bundan sonrakı prosesləri əksəriyyət bildiyi üçün başağrısı vermək istəmirəm.
Əsas məqsədim AXC-nin Azərbaycanın iki rəhbərini, iki dövlət başçısını hakimiyyətdən necə uzaqlaşdırması proseduruna diqqət çəkməkdir. Çünki hal-hazırda Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP, “Milli Şura” və bu qurumlar ətrafında cəmlənmiş adamlar məhz 1990 və 1992-ci illərdə sınaqdan keçirilmiş ssenaridən istifadə etməyə çalışırlar. Ərz etdiyim kimi, ölkədə icazəsiz mitinq və nümayişlər vasitəsilə xaos, qarmaqarışıqlıq, vətəndaş itaətsizliyi yaradılır, hökumət istər-istəməz qayda-qanun yaratmağa çalışır, bu zaman güc tətbiq edir, qan tökülür, insanlar ölür və bundan sonra bu “qəhrəmanlar” öz kahalarından çıxaraq, dəfn mərasimlərində, daha izdihamlı mitinqlərdə alovlu çıxışlar edirlər. Onlar fürsətdən istifadə edərək, hüquq-mühafizə orqanlarını, daxili qoşun və ordu birləşmələrini də öz tərəflərinə çəkir, hakimiyyəti istefa faktı qarşısında qoyurlar.
Bu, cəhbəçi güruhun Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi əsas metoddur. Bunlar bundan başqa heç bir üsul tanımırlar. Bunlarda nizam-intizam əsasında təşkilatlanmaq, seçki keçirmək, insanları seçkiyə cəlb etmək, səsləri halallıqla saymaq, protokol tərtib etmək bacarığı sıfırdır. Haqqında tez-tez danışdıqları demokratik, ədalətli, azad seçkinin balaca bir örnəyini belə öz təşkilatlarında indiyəcən ortaya qoya bilməyiblər.
1990 və 1992-ci ildə baş verən həmin proseslərdə mən də sıravi bir vətəndaş, gənc tələbə, ictimai fəal olaraq iştirak etmişəm. Odur ki, bəzi xatirələrimi və təssüratlarımı növbəti dəfə bölüşmək istərdim. Ona görə növbəti dəfə deyirəm ki, əvvəllər də bu mövzuda bir qədər fərqli formada yazılarım olub.
Əbdürrəhman Vəzirov o zaman AXC-yə çox yalvardı ki, gəlin əl-ələ verib işləyək. Bunlara əməkdaşlıq, konsensus, iş təklif etdi. Amma bunlar onu lağa qoydular, indiki kimi hökumətlə işbirliyinə gedənlərə satqın dedilər. Ölkədə dəhşətli bir başıpozuqluq, qarşıdurma, xaos yaratdılar və bununla millətimizin düşməni olan Qorbaçovun, Yazovun və digərlərinin əlinə Bakıya qoşun yeritmək üçün əsas verdilər.

Hər kəsdən məni düzgün başa düşməsini xahiş edirəm. Mən qətiyyən 1990-cı il 20 Yanvar faciəsini törədən rus ordusunun, onu bura göndərənlərin, ona rəhbərlik edənlərin cinayətini danmıram. Onlar birmənalı olaraq bu cinayətin törədilməsində günahkardırlar, bu cinayətin siyasi qiyməti də ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Hüquqi qiymətin veriləcəyinə və cinayətkarların cəzalarına çatacağına da şübhə etmirəm. Mən o vaxtkı respublika rəhbərliyinin, konkret olaraq Vəzirovun da günahsız olduğunu iddia etmirəm. O da siyasi, hüquqi və mənəvi məsuliyyət daşıyır. Ancaq ölkədə qarşıdurma, hərcmərclik, itaətsizlik, xaos yaradan məhz AXC və onun rəhbərliyi idi. Tam məsuliyyətimlə deyirəm ki, onlar qan tökülməsində son dərəcə maraqlı idilər və buna nail oldular.
Fikrimi bir neçə faktla əsaslandırmağa çalışacağam. Yanvarın 19-u günü şəhərdə şayiə yaymışdılar ki, sovet ordusu xalqa atəş açmaz, güllələr “xolostoy”, yəni boş olacaq. Axşamüstü “Elmlər Akademiyası” metrosunun qarşısında Əli Kərimlinin yaxın ətrafından olan, “Yurd” birliyinin bir üzvünə rast gəldim. Onun adını çəkmək istəmirəm. O, BDU-nun yataqxanalarına sarı gedirdi. Mənə dedi ki, hamı Mərkəzi Komitənin (indiki Prezident Aparatı) qarşısına toplaşacaq, sən get, mən də gəlirəm. Soruşdum ki, sən bilən, ordu atəş açar insanlara? Cavab verdi ki, yox, güllələr “xolostoy” olacaq. Mən yanımdakı qrup yoldaşımla birlikdə MK-nın qarşısına getdim və saat 7-dən 12-dək orada olsaq da, AXC universitet şöbəsindən və ümumiyyətlə AXC üzvlərindən orada kimsəni görmədik. Elə bil yerə girmişdilər. Təkcə professor Vəkil Hacıyev tribunadan “mücahidlər” deyə müraciət edərək, avtobuslarla insanları postlara göndərir, şəhərimizi qorumağa, barrikadalar qurmağa səsləyirdi. Biz də dostumla bir avtobusa minib “Qurd Qapısına” getdik. Ancaq bizi oradan geri qaytardılar ki, burada adam çoxdur, başqa postlara gedin. Əsasən Salyan Kazarmasını məsləhət görürdülər. Qayıtdıq MK-nın qarşısına. Salyan Kazarmasına gedəcək avtobusa minib, onun dolmasını gözləməyə başladıq. Saat 12 olardı. Hava çox soyuq idi. Dostum dedi ki, mən üşüyürəm. Gedək evə, bir stəkan çay içək, sonra qayıdarıq. Ona qulaq asmaq istəməsəm də, israrı qarşısında sonda təslim oldum. Metro bütün gecəni işləyirdi. “İnşaatçılar” metrostansiyası yaxınlığında kirayə qalan dostlarımızın evinə gəldik. Çay içməyə başlamışdıq ki, gurultu qopdu. Tez geyinib küçəyə çıxdıq. Şərifzadə küçəsi ilə Respublika xəstəxanası tərəfdən bir neçə tank və PDM (piyadaların döyüş maşını) gəlirdi. Onların üzərində oturan əsgərlər avtomat silahlardan saga-sola atəş açırdılar. Mən dedim ki, qorxmayın, güllələr “xolostoydur”. Onları aydın görmək üçün metroya sarı getdik. Maşınlarla aramızdakı məsafə təxminən 500 metr olanda birdən dostlarımdan biri dedi: “Ayə nə “xolostoy”, bunlar “trassiriyuşi” güllələrdir, əsgərlikdə görmüşəm. Tez qaçıb özümüzü yaxınlıqdakı hasarın dalına verdik. Güllələr başımız üzərindən uçub, arxamızdakı həyət evinin divarına dəydilər. Qaçarkən bir nəfərin də yüyürə-yüyürə küçəni keçdiyini gördük. Döyüş maşınları atəş aça-aça Yasamal bazarına tərəf getdilər. Biz gizləndiyimiz yerdən çıxanda qaçaraq yolu keçən adamın səkinin kənarındakı kollardan birinin dibinə yıxılıb qaldığını gördük. Yaxınlaşdıq. Amma o artıq ölmüşdü. Güllə onun başını deşmiş və içəridə qalmışdı…
Ertəsi gün böyük faciə baş verdiyini öyrəndik. Hamı AXC rəhbərliyindən niyə heç kəsin ölmədiyi haqda danışırdı. Vəzirov qaçmışdı. Ölkə yiyəsiz idi…
Mən 20 Yanvarın xain bir təxribat olduğunu və AXC-nin bu təxribatın əsas iştirakçılarından biri olduğunu sonralar anladım. Düşünürəm ki, o zaman AXC rəhbərliyində, hətta Əli Kərimlinin və “Yurd”çu dostlarının təmsil olunduğu ikinci eşelonda da hər kəsin faciə baş verəcəyindən xəbəri var idi, amma onlar xalqa yalan söyləyir, mənim kimi sadəlövh gəncləri güllə qabağına göndərirdilər. Ancaq bu qətiyyən o gecə şəhid olmuş gənclərin, insanların qəhrəmanlığına kölgə salmır. Doğrudur, onlar ordunun öz vətəndaşlarına atəş açacağına inanmırdılar, bununla belə, azadlıq, müstəqillik yolunda ölümdən qorxmurdular. Sadəcə, şəhid olan qəhrəmanlarımız da, elə biz də, belə olacağını bilsəydik, heç olmasa müəyyən qədər silahlanar, əlimizə daşdan, butulkadan, ov tüfəngindən nəsə götürərdik. Daha sinəmizi qabağa verərək, tankın üzərinə yürüməzdik. Ancaq o gecə qaçıb gizlənən xain AXC rəhbərlərindən fərqli olaraq, yalın əllə tankların qarşısından qaçmayan oğullarımız da olmuşdu.

AXC Ayaz Mütəllibovun devrilməsində də qandan yararlandı. Bu dəfə onların köməyinə “Xocalı faciəsi” gəldi. Mən Xocalı qətliamında AXC-nin hər hansı rolu haqda danışa bilmərəm, çünki əlimdə fakt yoxdur. Amma yararlanmaları barədə çox danışmaq olar. Faciənin ertəsi günü biz universitetdə dərsdə idik. Kimsə gəlib dedi ki, Xocalıda ermənilərin öldürdüyü uşaqları Şəhidlər Xiyabanına gətiriblər. Biz ora çatanda üzəri qara parçayla örtülmüş iki balaca tabut gördük. Professor Xalid Əlimirzəyev tabutların yanında dayanıb, Ayaz Mütəllibovun əleyhinə danışırdı. Deyirdi ki, o bunları görmür, niyə belə şeylərə yol verir. AXC Xocalı qətliamından öz siyasi məqsədi üçün yararlanaraq cəmi 10 gündən sonra Ayaz Mütəllibovu istefaya göndərdi. AXC-nin siyasi oyunları nəticəsində mayın 8-də Şuşa əlimizdən getdi. Bundan sonra Ali Sovet Ayaz Mütəllibovun istefası haqda qərarını ləğv etdi və onu mayın 14-də vəzifəsinə qaytardı. Lakin AXC cəbhə bölgəsindən paytaxta gətirilən ordu hissələrinin gücündən istifadə edərək, eyni zamanda Ali Sovet binasına doğru izdihamlı yürüş təşkil edərək, təzyiq altında Ayaz Mütəllibovu yenidən istefası barədə sənədi imzalamağa məcbur etdi.
Onu da qeyd etmək lazımdır ki, 1992-ci il mayın 8-də Şuşanın, 18-də isə Laçının işğal olunmasının əsas səbəblərindən biri də ordunun cəbhə bölgəsindən paytaxta gətirilməsi və siyasi oyunlarda istifadə edilməsidir.
14 May yürüşündə mən də iştirak edirdim. Sözün doğrusu, o zaman biz gənclər nə baş verdiyini dərindən dərk etmirdik. Bizi sadəcə, hansısa gözəgörünməz bir əl idarə edirdi. Əli Kərimli və Sabir Rüstəmxanlı ilə eyni cərgədə addımlayırdım. Fəxri Xiyabanı yenicə keçmişdik ki, dəhşətli atışma başladı. Şəhərdəki atışmaya şahidlik edənlər avtomat atəşlərinin hündür binalar arasında necə əks-səda verdiyini, dəhşətli səs, gurultu çıxardığını bilir. Qeyri-ixtiyari Əli Kərimliyə baxdım, onun rəngi ağappaq olmuşdu. Bir anda hamı pərən-pərən oldu. Əli Kərimli və AXC universitet şöbəsinin digər üzvləri tez qaçıb özlərini indi Mərkəzi Klinik Xəstəxananın yerləşdiyi ərazinin hasarından içəri atdılar. Onların 2 metrlik hasarı necə məharətlə aşmaları hələ də gözümün qabağındadır…
Mən və dostum sadəcə yerə uzandıq, bir siqaret yandırıb ona dedim ki, heç olmasa “ölümqabağı” ləzzətlə çəkim.
Amma ölmədik. “Moskva” mehmanxanasından Ali Sovetin divarındakı gerbə qumbaraatandan atəş açdılar, bununla atəş dayandı və biz qalxıb Ali Sovetə doğru yüyürdük. Orada Mütəllibovun istefa verdiyini eşidib sevindik, bir-birimizi qucaqlayıb öpdük…
Cəbhəçi dostum məni qucaqlayıb öpəndə, inanın ki, beynimdən çox sürətli bir fikir keçdi: “Biz nəyə sevinirik?” Amma bu “xəyanətkar” fikri tez də başımdan qovdum.
Həqiqətən tezliklə məlum oldu ki, boş yerə sevinirmişik. Ölkədə iqtisadi vəziyyət daha da pisləşdi, çörək növbələri yarandı. AXC-nin yaratdığı bələdiyyə polisi atamı, keçmiş milis işçisini çörək növbəsində döydü. İcra başçısı mənim şikayətimə əsasən polislərə sadəcə ağızucu acıqlandı və onlar öz işlərində qaldılar. AXC hakimiyyətinin kiçik müəssisələrə verdiyi kommersiya kreditlərindən mən xahiş minnətlə cəmi 300 min manat (3 dəstə Məmmədəmin) ala bildim. Amma gözümün qabağında AXC-yə heç bir dəxli olmayan işbazlar, fırıldaqçılar, icra başçısının qohum-əqrəbası 50 faiz rüşvətlə kisə-kisə, baqaj-baqaj pullar çıxartılar dövlət bankından. Axırda o pulları heç qaytarmadılar da. Qaytaranlar da inflyasiya fərqi ilə qəpik-quruş ödədilər. İndi Əli Kərimli utanmadan korrupsiyadan danışır. Guya o haqq-hesablardan heç xəbəri yox imiş.
Belə başıpozuq, korrupsioner, dövlətin pulunu 50 faizə satan cinayətkar hakimiyyətin ömrü, təbii ki, çox ola bilməzdi…
Bu adamlar yenə Bakıda iğtişaş, qarşıdurma, xaos olmasının, qan tökülməsinin həsrətindərlər. Hər an cəbhədə uğursuzluq, qan-qada olmasını arzulayırlar ki, hakimiyyətə təzyiq üçün əllərində əsas olsun və bundan istifadə edib, müvəqqəti də olsa, hakimiyyətə gəlsinlər və dövlətin pullarını banklardan kisələrlə oğurlayıb, qohumlarının, dostlarının maşınlarının yük yerlərində evlərinə daşısınlar. Əli Kərimlinin bütün planları, hesabları da buna yönəlikdir.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər