18:28 / 09-10-2025
İtkin şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib
18:19 / 09-10-2025
PKK/YPG atəşkəsi 10 dəfədən çox pozub
18:01 / 09-10-2025
Keçmiş arvadını öldürmək istəyən 56 yaşlı şəxsə ağır cəza verilib
17:58 / 09-10-2025
Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü keçirilib - (Yenilənib) - Video, Fotolar
17:54 / 09-10-2025
Millimiz Özbəkistanla heç-heçə edib
17:50 / 09-10-2025
Bəzi ölkələrdən Azərbaycana quş ətinin idxalına məhdudiyyət qoyulub
17:26 / 09-10-2025
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
17:20 / 09-10-2025
Azərbaycanlı tiktoker ABŞ-da faciəvi şəkildə ölüb
17:13 / 09-10-2025
Putin Əliyevlə görüşdə: "Müttəfiqlik davam edəcək"
17:13 / 09-10-2025
Rusiyada 2875 nəfərin vətəndaşlığı ləğv edilib
16:58 / 09-10-2025
Orta ixtisas təhsili üzrə qeydiyyat müddəti uzadılıb
16:53 / 09-10-2025
Kiyevdə müharibəyə qarşı daimi sığınacaqlar tikilir
16:12 / 09-10-2025
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
16:08 / 09-10-2025
Güclü külək olacaq - Xəbərdarlıq
16:05 / 09-10-2025
Putin: "Təyyarə qəzasının səbəblərinin araşdırılmasına hər cür yardım göstərilir"
16:01 / 09-10-2025
Zelenski: Putinin böyük müharibəyə başlama riski var
15:43 / 09-10-2025
Zəngin ailə media nəhəngindəki payını 537 milyon dollara satır
15:40 / 09-10-2025
AFFA bəzi klub və futbolçuları cəzalandırıb - Siyahı
15:28 / 09-10-2025
Macarıstanın mövqeyi dəyişir, Slovakiya isə…
15:13 / 09-10-2025
Yazıçı Nobel mükafatına layiq görülüb
15:07 / 09-10-2025
NATO ölkələri Rusiyanın təxribatlarına silahlı cavab vermək imkanını müzakirə edir
14:59 / 09-10-2025
Xalq artisti Əminə Yusifqızı vəfat edib
14:43 / 09-10-2025
Çin ABŞ-a əsas təzyiq rıçaqlarını işə salır
14:30 / 09-10-2025
Rusiyanın mühüm infrastrukturuna zərbələr endirilib
14:25 / 09-10-2025
Keçmiş MTN generalının yarım milyonluq evi hərraca çıxarılıb
14:18 / 09-10-2025
Ermənistan vətəndaşları hakim qarşısına çıxarılıblar
14:15 / 09-10-2025
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir - (Yenilənib) - Fotolar
14:08 / 09-10-2025
Ağdərənin Vəngli kəndinə növbəti köç olub - (Yenilənib) - Fotolar
14:03 / 09-10-2025
Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub
19:30 / 05-10-2025

23:50 / 04-10-2025

13:32 / 06-10-2025

20:49 / 06-10-2025

12:16 / 07-10-2025

13:14 / 05-10-2025

18:25 / 06-10-2025

12:19 / 07-10-2025

10:19 / 05-10-2025

23:48 / 06-10-2025

13:06 / 08-10-2025

Usta Arzuman - Nadir Qocabəyli yazır
Tarix: 25-07-2020 17:10 | Bölmə: Nadir QOCABƏYLİ

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
Evimdə hərəsi 9 kv.m olan iki otağım var. Ev tikiləndən suvaqdadırlar. Suvağını da özüm çəkmişəm. Birini özümə iş otağı, o birini də kitabxana eləmək istəyirəm.
Divara kağız yapışdırmaq, tavanı ağartmaq, döşəməni rəngləmək əlimdən gəlsə də (iki otağı artıq özüm etmişəm), gəc yaxmağa risk etmirəm. Odur ki, bir həftə idi usta axtarırdım.
Dünən axır ki, birini tapdım. Adı Arzumandır. Əlli beş yaşında alçaqboy, dazbaş, dolubədənli, qarınlı bir kişidir. Əslən xızılı olduğunu dedi. Kvadrat metrəsini 2 manat yarıma razılaşdıq. İki otağın divarları və tavanları birlikdə cəmi 85 kvadrata yaxındır. Məbləğ 200 manatdan azca artıq edir. Dedim, işini gör, pulunu dərhal ödəyəcəyəm. Dedi, mənə gündəlik 20 manat da ver ki, evə çörəkpulu aparım. Dedim, xub.
Usta Arzuman dünən saat 11-də işə başladı. 2 saata pənəcərənin və qapının kənarlarına künc dəmirləri qoydu. Saat 1-də özümüz yemək yeyəcəkdik. Ona da təklif etdim. Cavab verdi ki, mənə 250 qramlıq araq, bir də balaca kola al. Dedim, iş vaxtı içmək olmaz, Arzuman. İşini qurtar, axşam evə gedəndə alaram, yeyib-içib gedərsən. Cavab verdi ki, günorta içməsə, işləyə bilmir. İçəndə isə daha yaxşı işləyir. Mən həqiqətən azacıq içdikdən sonra yaxşı işləyən adamlar haqqında eşitmiş və görmüşəm. Ona inanmasam da, israr etmədim, dedim, bir sınayım, bəlkə, düz deyir.
Arağı və kolanı aldım. Xanım günortaya küftə-bozbaş bişirmişdi. Dedim, gəl mətbəxdə əyləş, ora təmirli və təmizdir, yeməyini ye. Dedi yox, mənim yeməyimi bura gətir. Yenə israr etmədim. Yeməyini, arağını, salatını, çörəyini və sokunu sinidə apardım təmir gedən otağa. Gəlib öz yeməyimi yedim. Qalxıb ona baş çəkəndə gördüm ki, arağın və kolanın yarısını içib, yeməkdən də bir az dimdikləyib, siqaret çəkir. Dedim, niyə yarımçıq saxlamısan, Arzuman? Cavab verdi ki, bir siqaret çəkib davam edəcək. Bir söz demədim.
Yarım saatdan sonra səs gəldiyini eşidib, getdim otağına. Gördüm, başlayıb işləməyə. Baxdım ki, arağı və kolanı içib, yeməkdən isə qalıb. Küftələri yeyib, kartoflar, suyu və noxudu əsasən yerindədir. Niyə axıracan yeməmisən, Arzuman? - soruşdum. Cavab verdi ki, az yeyir, yeməyi elə budur...
Danışanda dili dolaşır, hərəkətləri qeyri-dəqiq təsir bağışlayırdı artıq, tər yuyub aparırdı Arzumanı...
Gəldim otağıma ki, işini sərbəst görsün və özüm də bir az işləyim. Heç iyirmi dəqiqə keçməmişdi ki, gurultu qopdu. Öz-özümə "yıxıldı Arzuman" deyib, cəld ayağa qalxdım və təmir gedən otağa yüyürdüm. Arzumanın tavana tor yapışdırmaq məqsədilə üzərinə çıxdığı "eşşək" və özü erməni meyiti kimi tir-tap döşəməyə uzanmışdılar. Dedim, nooldu sənə, Arzumancım, niyə yıxıldın, əzilməmisən ki? Dedi, yıxılmamışam, sadəcə kəc vedrəsini “eşşəyin” belinə qoyub, özüm də çıxmaq istəyəndə, “eşşək” qəfil soncuq atdı. Dedim, axı mən sənə daha etibarlı, möhkəm stol təklif etdim, özün bunu seçdin, mən də səni xəbərdar elədim ki, gərək ehtiyatlı olasan. Belə baxanda da mən özüm bu “eşşəyin” belində çox iş görmüşəm və heç vaxt soncuqlamayıb. Yəqin 250 qramdandı. Arzuman dedi yoo, birinci dəfə deyil ki, mən günorta yeməyində hər gün “vururam” və normal da işləyirəm.
Usta Arzumanı ayağa qaldırdım, qolunu-qıçını yoxladım, aqibət xeyir, sınığı-çıxığı yox idi. Həyətə düşüb əvvəldən təklif etdiyim möhkəm stolu gətirdik. Bir siqaret çəkib, xeyli boşboğazlıq edəndən sonra yavaş-yavaş stolun üstünə çıxdı, başladı tavandakı fənərlərin bitişmə yerlərinə xüsusi tor lent yapışdırmağa. Daha onun yanından aralanmadım ki, bir daha yıxılmasın Arzuman. Ləng və səliqəsiz işləyirdi. Əllərini, üst-başını, alətlərinin dəstəklərini büsbütün gəcə bulaşdırmışdı. Qan-tər içində bir az işlədi, mən də ona kömək etməyə çalışdım. Bir neçə metr yapışdırdı, ancaq son metr yarımda məlum oldu ki, sol qolu çiyin oynağından yuxarı qalxmır Arzumanın. Bir neçə dəfə cəhd etsə də, alınmadı. Məcburən stolun üstünə çıxıb, son metr yarımı özüm yapışdırmalı oldum.
Arzuman böyük əminliklə dedi ki, “sabaha düzələciyəm”. Dedim, çətin. Oynaq sənin düşündüyün qədər sadə məsələ deyil. Elə olub ki, mənim sağ qolum heç yıxılıb-eləmədən, sadəcə kompüterdə yazı yazmaqdan iki-üç il qalxmayıb, amma sonradan öz-özünə düzəlib. Dedi, yoo, narahat olma, məndə tez düzəlir. Ləyəndə qalan gəci sağ əlimlə aşağılara yaxım gedim evə, axşam özümü müalicə edəciyəm və sabah saat səkkizdə burdıyam. Sən mənə bir iyirmi manat ver, evə çörəkpulu aparım, sabah, Allah qoysa, saat səkkizdə burdıyam. Dedim, yaxşı, yuyun, üst başını təmizlə, get.
Əllərini elə vedrədəki suda yudu. Dedim, niyə hamamda kranda yuyunub üst-başını təmizləmirsən? Onu da deyim ki, özüylə iş paltarı gətirməmişdi Arzuman və gəldiyi geyimdə işləyirdi. Sir-sifəti, köynəyi, şalvarı, ayaqqabıları tamamilə kəcə bulaşmışdı. Cavab verdi ki, mən elə bu cür gəzirəm ki, yolda polis ilişməsin. Karantindi axı... Bəzən özümü hətta lallığa, dəliliyə vururam, işləri olmur meniynen...
Ancaq mənə elə gəldi ki, Arzumanın evə bu kökdə getməkdə məqsədi həm də arvad-uşağa məhz işdən gəldiyini sübut etməkdir ki, üzünə xoş baxsınlar, adam yerinə qoysunlar onu. Yəqin ki, 20 manatın yarısını gizlədəcək, ya da yolda arağa, siqaretə xərcləyəcək və evdəkiləri aldadacaq. Belə tiplər azərbaycanda itə tökdür, hamımızın qohum-əqrəbasında var... Dedi, bir oğlu və bir qızı var, arvadı bağçada müəllimədir... Ya Rəbb, sən özün bizi şeytanın şərindən, arzumanlardan qoru!
Usta Arzuman öz diliylə mənə fırıldaqçı olduğunu söyləyir, bir növ özünü ələ verir, qeyri-şüuri səmimiyyəti ilə inamımı, ümidlərimi puça çıxarırdı. Əllərini qurulamaq üçün dəsmal verdim, almadı. Onları şalvarına silib, telefonunu götürdü və sabah gəlməzdən qabaq zəng vurmaq üçün telefon nömrəmi yazdı. Mən də onunkunu. Şərtləşdik ki, səhər gəlməzdən qabaq mənə zəng vursun, qalxıb onu qarşılayım.
“Nokia” markalı mini telefonunda adımı nə özü qeyd edə bildi, nə də mən. Yenə son dərəcə böyük əminliklə dedi ki, nömrəmi yadda saxlayacaq. “Sonu otuz doqquzdu da, həri, yadımda qalacey...”
İyirmi manatı verib, yola saldım Arzumanı.
Bu gün səhər saat doqquza iyirmi dəqiqə qalmış, itin möhkəm hürməyə başladığını eşitdim. Hiss etdim ki, gəlib Arzuman. Qalxıb, həyətə düşdüm və qapını açanda küçədəki qaz borusunun üstündə oturduğunu gördüm Arzumanın. Dərhal durub mənə yaxınlaşdı. Salamlaşdıq. Dedim, niyə zəng vurmadın, Arzuman? Cavab verdi ki, vurmuşdum axı, dedün, gəl gözdiyirəm seni... Dedim, mənə zəng-filan gəlməyib. Əmin olmaq üçün telefonuma baxdım, hər hansı zəng daxil olmamışdı.
Dünəndən özümə söz vermişdim ki, bu gün Arzumanla daha ciddi, rəsmi olacaq, araq, kola, siqaret almayacaq, söhbət eləməyəcək, bir sözlə, ona üz verməyəcəyəm. Günorta istəsə mən yeyəndən bir boşqab yeyər, çaydan, sudan içər, istəməsə də, özü bilər. Bəlkə, yeni taktika daha səmərəli oldu. Arzuman dedi ki, qolu hələ də ağrıyır və qalxmır. Soruşdum, bəs necə işləyəcəksən? Arzuman yenə böyük əminliklə cavab verdi ki, sağ qolu normaldır və problem olmayacaq. Yenə də xub!
Arzumanı otağa salıb qapını örtdüm. Başladı işə. Arabir səs kəsilirdi. Hiss edirdim ki, dayanıb siqaret çəkir. Bir daha qət etdim ki, ona heç nə deməyəcəyəm, amma bu gün normal işləməsə, iyirmi manatı almayacaq. Nə vaxt işini qurtarar, pulunu da onda alar.
Təxminən bir saat işlədikdən sonra, məndən siqaret almaq üçün qonşu dükana getməyə icazə istədi. Bir anlıq taktikamın alındığı, Arzumanın ağıllandığı xülyasına qapıldım! Dedim, mağaza 10 metrlikdədir. Getdi. On dəqiqə keçdi, gördüm, gəlmir. Dalağım sancdı və cəld küçəyə çıxdım. Yox idi. Qayıdıb velosipedi mindim və kafelərin, dükanların çox olduğu dayanacağa sürdüm. Oralarda da yox idi Arzuman. Pivəxanada məni aldadan və qaçan keçmiş ustam Əlizaminin səhərin gözü açılar-açılmaz pivələndiyini gördüm.
Evə qayıdıb, darvazanın ağzında Arzumanı gözləməyə başladım. Bir azdan gördüm ki, əks tərəfdəki ara yolların birindən çıxdı Arzuman. Anladım ki, qonşu dükandan arağını, kolasını alıb və özünü verib ara küçələrin birinə.
Məni görən kimi, yerişi dəyişdi Arzumanın. Özünü düzəltməyə çalışdı. Gəlib çatan kimi dedi ki, bu dükanda istədiyi siqaretdən olmayıb, ona görə də, o yandakı mağazaya gedib. Rəngi pörtmüşdü. Əlindəki siqareti tez-tez ağzına qoyub, qullablayırdı Arzuman.
Ona dedim ki, məni aldatmaq mümkün deyil. Özünə nahaq əziyyət verir. “Noolub ki?”- cavab verdi Arzuman. “Sən ora araq içməyə getmişdin” – dedim. “Quran haqqı yox.” – Arzuman yalandan Qurana and içdi. Dedim, əgər belə edəcəksənsə, qapı açıqdır, gedə bilərsən, mənə sənin kimi usta lazım deyil.
“Xoşun gəlmirsə, cəmi 40 manatlıq iş görmüşəm, pulumun qalanını da ver, çıxım gedim. İyirmi manat dünən vermisən, iyirmi də ver, üzülüşək”, - Arzuman cavab verdi.
Arzumanın qırx manatlıq iş görməsiylə razılaşmadım və bunu ona dedim. Ancaq pulu verdim.
Gedərkən usta Arzuman məndən halallıq istədi. Mən ona heç nə demədim...
Artıq divara və tavana gəci də gərək özüm yaxam. Çünki bu ölkədə ustaların əksəriyyəti Arzumandır...
P. S. Usta Arzumandan mənə və sizə qalan isə bu hekayə oldu. Qonorar müqabilində dərc edən olsaydı, halallığı da haqq etmiş olardı Usta Arzuman...
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?