15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Yolkəsənlər - Nadir Qocabəyli yazır
Tarix: 26-10-2019 23:16 | Bölmə: Nadir QOCABƏYLİ

Bəzi azərbaycanlılarda xeyli müddətdir axmaq bir vərdiş müşahidə edirəm. Xüsusilə də, qaçqın və məcburi köçkün kateqoriyasından olan vətəndaşlarımızda. Hər hansı bir problemin həllinə nail olmaq üçün şəhərlərin mərkəzi küçələrindən, yaxud ölkənin magistral yollarından birini bağlayaraq, əhalinin digər kateqoriyasına mane olur, bununla hökumətin, medianın diqqətini çəkməyə çalışır, tələblər irəli sürürlər.
Tutaq ki, məcburi köçkün qardaş-bacılarımızın mənzil şəraiti pisdir, yaxud müvafiq yardımlarını vaxtlı-vaxtında ala bilmir və bununla bağlı əlaqədar qurumlardan narazıdırlar. Bu məsələlərin həllinə nail olmaq üçün digər vətəndaşlara problem yaratmaq ədalətli yanaşmadırmı? O kəsdiyiniz yolla, küçə ilə yüzlərlə, minlərlə sizin kimi insan, qardaş-bacılarınız, həmvətənləriniz öz dərd-sərinin, probleminin ardınca harasa gedir. Öz problemini həll etmək, həll etmək də yox ey, sadəcə, diqqət cəlb etmək üçün bu insanlara problem yaratmaq nə dərəcədə doğrudur? Tutaq ki, qaçqın qardaşım, sənin uşağının hər hansı xəstəliyi var, onu müalicə etdirmək üçün dövlətdən yardım istəyirsən, amma ala bilmirsən. Belə olduğu halda xəstə uşağını müalicəyə, həkimə, xəstəxanaya aparan sənin kimi başqa bir zavallının yolunu kəsməkdə, onu ləngitməkdə, mənzil başına vaxtında çatmasına mane olmaqda haqlısanmı? Axı sənin kəsdiyin yolla təcili olaraq xəstəxanaya, doğum evinə çatdırılmalı insanlar ola bilər, hansısa gənc ilk dəfə işə gedə bilər, uzun müddətdən bəri iş axtaran bir soydaşımız, nəhayət ki, tapıb vədələşdiyi yerə tələsə bilər, hansısa gənc oğlan gənc bir qızın görüşünə tələsər. Axı bu insanlar gecikdikləri halda faciə, fəlakət baş verə bilər, kimsə ölə, kimsə ağır zərbə ala bilər, kimsə işini itirər, kimsə etibardan, kimsə gözdən düşə bilər. Kimlərinsə arasında inamsızlıq yarana bilər. Sən heç bunları düşündümü, etirazçı qardaşım, üsyankar, hikkəli bacım? Yoxsa ancaq elə öz dərdinin hayındasan, başqalarını vecinə də almırsan?
Bəlkə belə şeylər etməzdən qabaq bir az düşünəsən, bunun özünəməxsus bir terror hərəkəti olduğunu biləsən. Axı sənin terrorçudan nə fərqin var?! Terroçu da öz siyasi probleminə, yaxud iqtisadi tələbinə diqqət çəkmək üçün öldürür, girov götürür, dolaysı ilə sən də. Nə fərqi var, günahsız insanları metroda, avtobusda, təyyarədə bomba ilə partladıb öldürdün, girov saxladın, ya saatlarca tıxacda saxlayıb, ürəyini partlatdın, xəstəxanaya, həkimə vaxtında yetişməsinin qarşısını alaraq həyatına son qoydun? Prinsipial fərq varmı? Yoxdur! Nəticə etibarilə ikisi də eyni şeydir və hər ikisində cəzalandırma üsulu, metodu oxşardır.
Bir də görürsən ki, bir müxalifətçi sosial şəbəkədə polisin etirazçılara kobud davranmasından, divan tutmasından yazıb, video, şəkil paylaşıb. Açıb baxırsan və görürsən ki, on-on beş nəfər adam şəhərin gediş-gəlişli küçələrindən birini bağlayıb, maşınlar qalıb siqnal verə-verə. Şəhərin nizamı pozulub, həyat alt-üst olub, insanlar əsəbləşib. Polis neyləməlidir? Bu insanların, asayişi pozanların başını sığallayıb, alnından öpməlidir? Polis, təbii ki, əvvəlcə onları yolu boşaltmağa dəvət edir, qanuni tələbinin yerinə yetirilmədiyini gördükdə isə qanun çərçivəsində müvafiq güc tətbiq edir. Polis başqa cür davrana bilməz, çünki onun borcu asayişi, insanların, əhalinin təhlükəsizliyini təmin etməkdir. Polis bütün ölkənin əmin-amanlığına, dincliyinə cavabdehlik daşıyır, ona görə də, çoxluğun rahatlığı, həyat və fəaliyyətinin normal olması üçün az sayda insanı qanuna dəvət etməyə borcludur.
Hazırda ölkəmizdə mühüm beynəlxalq tədbir keçirildiyi bir vaxtda bu cür terror mahiyyətli aksiyalar təşkil etməyin məsuliyyəti ikiqat ağırdır. Çünki indiki halda bu, həm də dövlətə qarşı aşkar, qərəzli təxribat və sabotajdır.
Etiraz aksiyaları keçirməyin yolu birmənalı şəkildə bu barədə dövlət orqanlarını qabaqcadan xəbərdar etməkdən keçir. Hansı aksiya olursa-olsun, bu aksiyanı kim keçirirsə-keçirsin, hökmən müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, etirazını razılaşdırılmış yerdə və saatda, razılaşdırılmış şüarlar və tələblərdən kənara çıxmadan etməlidir. Bütün sivil dünya bu yolla gedir və qanunları pozanlar hər yerdə ciddi şəkildə cəzalandırılır. İstər cərimələrlə, istərsə də inzibati cəzalar və azadlıqdan məhrum edilməklə. Savadlı, qanunlar çərçivəsində etiraz etməyi hər kəs, kimliyindən asılı olmayaraq bütün vətəndaşlar öyrənməlidir.
Qaçqınların, məcburi köçkünlərin, qazilərin, əlillərin, müharibə veteranlarının dövlət, xalq qarşısında müəyyən qanuni imtiyazları var və olmalıdır. Ancaq dövlət heç bir vətəndaşa başqa vətəndaşlara problem, onların həyatına təhlükə yaratmaq, dincliyini, əmin-amanlığını pozmaq imtiyazı vermir və verə bilməz.
Başqalarının yolunu kəsmək terror mahiyyətli, haqsız, ədalətsiz etiraz üsulu olmaqla yanaşı, həm də son dərəcə primitiv bir aksiyadır. Dünyanın heç bir mədəni ölkəsində bu cür ibtidai metoddan istifadə olunmur. Ən azından mən görməmiş və eşitməmişəm. Problemlərin həlli həm də bir çox hallarda insanların savadlanmasından, məsələlərə yaradıcı, istedadlı, necə deyərlər, kreativ yanaşmasından asılı olur. Bilikli, məntiqli, qanunları öyrənən, haqqını savadlı şəkildə tələb edən insanları əzmək, onlara qarşı ədalətsizlik etmək elə də asan deyil. Ancaq yol kəsməklə, terrorla, zorla çox şey əldə etmək olmur. Heç kəs terrorçu ilə danışığa getmir, ona güzəşt etmir. Bunu bilmək və anlamaq lazımdır.
Təəssüf ki, özünü siyasi müxalifət sayan radikallar da bu cür aksiyalara dəstək verir, onları çıxış yolu kimi göstərir, avam insanları maarifləndirməkdənsə, qanunsuz hərəkətlərə təhrik edir və özləri də razılaşdırılmamış qanunsuz aksiyalara cəhd göstərirlər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək