00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Rus kitabı - Nadir Qocabəyli yazır
Tarix: 10-10-2019 20:18 | Bölmə: Nadir QOCABƏYLİ
«Oxuyun və öyrənin. Ciddi kitablar oxuyun. Qalanını həyat edəcək.»
F. M. Dostoyevski
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul etməsi, Rusiya Dövlət Dumasının komitə sədri Leonid Kalaşnikovun Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının diqqətlə izlənildiyini və bu çıxışın böyük təəssüratlar doğurduğunu diqqətə çatdırması, bu səfər çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Rus Kitab Evinin 10 illiyinin qeyd olunacağını bildirməsi və bu Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə etməsi ictimaiyyət tərəfindən maraqla qarşılandı.
Bu gün, yəni oktyabrın 10-da Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olundu. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyinin əlamətdar hadisə, bu mədəniyyət ocağının postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağaza olduğunu, fəaliyyətdə olduğu illər ərzində həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycan ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkana çevrildiyini bildirdi.
Son iki əsr ərzində olduğu kimi, ölkələrimizin və xalqlarımızın bu gün də dostluq və mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirdi ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Ən əsası odur ki, dövlət müstəqilliyi bərpa ediləndən sonra biz tarixən yaranmış ənənələri qoruyub saxlamağa və artırmağa, onları keyfiyyətcə yeni səviyyəyə çatdırmağa nail olmuşuq. Şübhəsiz, bunda həm strateji əməkdaşlığın təməlini qoymuş ümummilli lider Heydər Əliyevin, həm də dövlətlərimizin indiki rəhbərləri cənab İlham Əliyevin və cənab Vladimir Putinin çox böyük xidmətləri olub.
Kitab haqqında çox danışmaq, yazmaq olar. Çox danışmış və yazmışıq da. Bizə qədər də çox deyilib, yazılıb və biz də öz növbəmizdə nələrsə yazaraq, bəşəriyyətin bu əvəzolunmaz mədəni-mənəvi sərvətinin mahiyyətini, önəmini, faydalarını bir daha təkrarlamağa çalışırıq.
Həqiqətən də, kitab böyük mədəniyyətdir. Kitabsız millət, toplum, kitab oxumayan cəmiyyət cahilliyə və nadanlığa, sonra da məhvə, tarixdən silinməyə məhkumdur. Kitab olmayanda onun yerini şit əyləncələr, zərərli vərdişlər, xurafat, şarlatanlıq, mövhumat, qumar, əyyaşlıq, narkomaniya və s. bəlalar tutur. Elə bu səbəbdən də hər bir kitab evinin, kitabxananın, kitab mağazasının, oxu evinin açılışı, böyüməsi, inkişafı millət üçün toy-bayram olmalıdır.
Bir vaxtlar Azərbaycanın ən ucqar dağ kəndlərində belə müstəqil kitabxanalar, kitab mağazaları fəaliyyət göstərirdi. Kitabxanalar kənd, rayon klublarında da vardı. İnsanımız bu əvəzsiz xəzinələrdən həm pulsuz faydalanır, həm də imkanı olanda sevdiyi kitabları satın alaraq, şəxsi kitabxanasını formalaşdırırdı.
Yadımdadır, şagird yaşımıza təsadüf edən o illərdə həm rayon mərkəzi kitabxanasına, həm dəmiryolçular klubunda fəaliyyət göstərən kitabxanaya, həm uşaq kitabxanasına, həm də məktəb kitabxanasına abunə olardıq. Bu kitabxanalardan Azərbaycan, rus, türk və dünya ədəbiyyatına aid nə qədər kitablar alıb oxuyardıq. “Koroğlu” dastanından tutmuş, Arkadi Qaydarın əsərlərinə qədər, “Azərbaycan nağılları”ndan tutmuş Puşkinin “Yevgeni Onegin”inə qədər, S. Rəhimovun “Mehman” povestindən tutmuş M. Servantesin “Don Kixot”una qədər. Yadımdadır, evdən mənə verilən yemək pulunu xərcləməyib, rayon mərkəzindəki birmərtəbəli, yastı-yapalaq, tövləyə oxşayan, ancaq içərisi cürbəcür cildlərlə dolu zəngin mağazadan Çingiz Aytmatovun, Əlibala Hacızadənin, Səbahəddin Əlinin, Qaraosmanoğlunun, Orxan Kamalın, İvan Turgenevin, Anton Çexovun, Teodor Drayzerin, Cek Londonun və digər müəlliflərin kitablarını alıb sevincək evə gəlir, birnəfəsə oxuyub qurtarmağa çalışırdım. 70-ci illərin ortalarında rayonumuzda yeni ikimərtəbəli və oxu zalı olan kitab mağazası inşa olundu. Bu vaxta qədər Azərbaycan dilində nəşr olunan kitabların çoxunu, demək olar ki, oxumuş və rusca kitablara maraq göstərməyə başlamışdım.
Ancaq Azərbaycan bölməsində oxuduğumdan, rusca kitabları tam anlaya bilmir, indiyəcən kitabxanamda saxladığım 3 cildlik “Rusca-Azərbaycanca lüğət”dən istifadə edirdim. Bəzən cümlələri şifahi tərcümə etməklə anlaya bilmir, yazırdım. Tərcüməçiliyim də elə onda başladı.
Rusca oxumağa başlayandan sonra gördüm ki, bu dildə o qədər kitab var, onları oxuyub qurtarmağa nəinki bir, heç on ömür də bəs eləməz. O vaxtdan arzuladım ki, kaş bizim dilimizdə də bu qədər kitab olaydı və oxuduqca qurtarmayaydı.
Ali məktəbdə oxuyanlar rusdilli elmi və bədii ədəbiyyat olmadan keçinməyin mümkünsüzlüyünü yaxşı bilirlər. Ən azından o vaxt beləydi. İndi bəlkə də, müəyyən alternativlər var, gənc nəsil ingilis, alman, fransız dillərinin imkanlarından istifadə edirlər. Ancaq elə şeylər var ki, onları məhz rusca oxumaqda, yaxud birbaşa rus dilindən tərcümə etməkdə fayda var: məsələn, rus ədiblərini, riyaziyyat, kimya, şahmat haqqında kitabları...
Ötən əsrin 90-cı illərinin əvvəllərində əksər sahələr kimi, kitab təsərrüfatımızda da kəskin böhran yarandı. Kitabxanalar, kitab mağazaları bir-birinin ardınca sıradan çıxdılar, bağlandılar, öz yerlərini ərzaq, geyim, mebel mağazalarına, restoranlara, kafelərə verdilər. Kitab nəşri acınacaqlı hala düşdü, kitab oxuyan zümrə yoxa çıxdı, tirajlar azaldı, kitaba olan həvəs öldü. Yeni iqtisadi münasibətlər bütün mədəniyyət sahələri kimi, kitaba da böyük zərbə vurdu, onu kapitaldan asılı vəziyyətə saldı. Yeni müstəqillik qazanmış dövlətimizin, onun səriştəsiz rəhbərlərinin yaranmış mədəni böhrandan çıxmaq imkanları yox idi. İttifaq dövlətinin dağılması bir sıra obyektiv problemlər də yaratmış, iqtisadiyyatla bərabər, mədəni əlaqələri də zəiflətmişdi. İqtisadi böhranın yoxsullaşdırdığı insanlarda mütaliəyə, kitaba maraq azalmış və bu səbəbdən Rusiyadan kitab idxalında da zəifləmə müşahidə olunurdu. Dağıdılmış kitabxanalardan çıxarılan azərbaycanca və rusca qiymətli cildləri “bukinistlərdə”, küçələrdə “su qiymətinə” satırdılar. Ehtiyac ucundan şəxsi kitabxanasını bazara çıxarıb, dəyər-dəyməzinə, hətta makulatura kimi satanlar da az deyildi.
Ancaq şükürlər olsun ki, bu proses çox davam etmədi. Müstəqilliyimiz möhkəmləndikcə, ölkəmiz iqtisadi cəhətdən gücləndikcə, dövlətimiz, ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı hörmətli cənab Prezident İlham Əliyev ümumi mədəniyyətimiz və ədəbiyyatımızın inkişafı fonunda kitab, kitabçılıq sahəsinə də diqqət ayırdılar. Sovet dövründə Kiril əlifbası ilə nəşr olunan kitabların latın qrafikasına keçirilməsi, 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasının Azərbaycan dilinə tərcüməsi haqqında fərmanlar və digər bir çox tədbirlər bunun bariz nümunəsidir.
Son zamanlar bir-birinin ardınca nəşriyyatların yaranması, kitab nəşri sahəsindəki canlanma, Bakının mərkəzi yerlərində, respublikamızın digər şəhər və rayonlarında müasir kitab mağazalarının, kitabxanaların açılması təqdirə layiqdir. Bu proses öz bərabərində təbii olaraq kitab tərcüməsini, tərcümə ədəbiyyatının inkişafını, milli müəlliflərin yeni kitablarının işıq üzü görməsinə də təkan verir.
Ömrünün təxminən yarısını kitab tərcüməsinə sərf etmiş bir insan olaraq qeyd etməliyəm ki, bu keşməkeşli və ağır dövr ərzində, bütün çətinliklərə baxmayaraq, fədakar tərcüməçilərimiz, ədəbiyyat təəssübkeşləri dilimizə xeyli kitab tərcümə ediblər. Burada ən çox diqqət çəkən məqamlardan biri də odur ki, kitabların əksəriyyəti dilimizə məhz rus dilindən və ya rus dili vasitəsilə çevrilib. Bu da təbii haldır. Çünki dövlətimiz gənc olduğundan hələ dünyanın digər dillərində olan mürəkkəb əsərləri, zəruri ədəbiyyatı çevirə biləcək mütəxəssislərimiz yetərincə deyil. Bu proses gedir, ancaq biz ispan, portuqal, yapon, norveç və ya çin dilindəki maraqlı, vacib, mürəkkəb bir kitabı tərcümə etmək, oxumaq üçün oturub mütəxəssis yetişməsini gözləyə bilmərik. Odur ki, rus dili və rus dilində olan zəngin kitab xəzinəsi bu işdə bizə yardım əlini uzatdı. Rusdilli Azərbaycan oxucuları dilimizdə olmayan kitabları rus dilində, azəbaycandillilər də rus dilindən və rus dili vasitəsilə edilən tərcümələrdən oxuyaraq, dünyadakı elmi, ədəbi, mədəni, texnoloji proseslərlə ayaqlaşırlar.
Bu proses bu gün də davam etməkdədir və yəqin ki, gələcəkdə də davam edəcək. Çünki Rusiya böyük, güclü dövlətdir, əbədi qonşumuzdur, rus dili isə zəngin, dünyadakı proseslərə çevik, dinamik reaksiya verən bir vasitədir. Bu dilin bizim dünyadakı elmi, mədəni, texnoloji proseslərə çıxışımızdakı rolu olduqca önəmlidir.
Bu baxımdan Bakıda Rus Kitab Evinin olması, oxucuları, tərcüməçiləri daim yeni kitablarla təmin etməsi sevindiricidir. Bu kitab ocağı iki xalq arasındakı ədəbi-mədəni əlaqələrin qorunması və möhkəmlənməsi üçün son dərəcə vacibdir. Rus dilində olan çoxsaylı elmi, bədii, fəlsəfi, texnoloji ədəbiyyat milli mədəniyyətimizi zənginləşdirmək üçün bu gün də bizə lazımdır.
Rusca kitablar, Bakıdakı Rus Kitab Evi qiymətli, faydalı bir ədəbiyyat, elm, mədəniyyət ocağıdır. Onun fəaliyyəti tarixi ənənələrə malik iki qonşu xalq arasındakı mədəni, mənəvi-intellektual körpünü daim sağlam saxlamağa və möhkəmləndirməyə kömək edəcək.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?