12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
15:45 / 04-07-2025
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib
15:25 / 04-07-2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verəcək
15:08 / 04-07-2025
Üzərinə həbs qoyulan əmlakın satışı qaydası dəyişib
17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:15 / 30-06-2025

07:52 / 01-07-2025

14:40 / 03-07-2025

12:21 / 30-06-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

KİVDF ilə bağlı istintaqa kimlər cəlb oluna bilər?
Tarix: 16-09-2020 13:44 | Bölmə: Nadir QOCABƏYLİ

Son zamanlar Prezidentin keçmiş köməkçisi Əli Həsənova qarşı həyata keçirilən qarayaxma kampaniyası çərçivəsində bir çox satellit saytlar mühacir jurnalistlərdən birinə istinadla KİVDF-də həyata keçirilən audit yoxlamasının nəticələri ilə bağlı Baş Prokurorluqda başlanmış cinayət işi ilə əlaqədar keçmiş administrasiya rəsmisinin istintaqa cəlb edilməsi və sorğulanması ilə bağlı rəsmi mənbəyi bəlli olmayan “məlumatlar” yayıblar. Məlumatda iddia olunur ki, guya “KİVDF ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov təqsirləndirilən şəxs qismində cəlb edilib və guya “istintaq orqanları Türkiyədə müalicə alan Əli Həsənovla əlaqə saxlayaraq, onun tezliklə Bakıya qayıtmasını və istintaqa izahat verməsini tələb ediblər”.
Baş Prokurorluğun mətbuat xidmətinin növbəti gün bu məsələ ilə bağlı jurnalistlərin sorğusuna verdiyi cavabda “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin açılması və hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirlərinin davam etdirilməsi” təsdiqlənsə də, Əli Həsənovun bu istintaqa hansısa formada cəlb edilməsi ilə bağlı heç bir məlumat verilməyib.
Mövcud şaiyə və prokurorluq orqanının həmin şaiyəyə münasibəti açıqlanandan dərhal sonra özünün FB səhifəsində xüsusi bəyanat yayan Prezidentin keçmiş köməkçisi “KİVDF ilə bağlı qaldırılan cinayət işi üzrə prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi onunla maraqlanmaları və yaxud hansısa axtarış tədbirləri həyata keçirmələri haqqında”kı məlumatları təkzib edib və qeyd edib ki, “on gündür ki, Türkiyədə müalicə keçir və yəqin ki, hər şey yaxşı keçsə on-on beş günə Azərbaycana qayıdacaqdır”.
Göründüyü kimi, mühacir jurnalistin adından yayılan məlumatlala bağlı Baş Prokurorluqdan jurnalistlərin sorğusuna verilən cavabda ilk növbədə, başlanmış iş haqqında ümumi bir məlumat verilir və qeyd olunur ki, KİVDF-nin vəzifəli şəxsləri tərəfindən yol verilən əməllərə görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və hazırda həmin cinayət işi üzrə hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Maraqlı hal odur ki, prokurorluğun açıqlamasında konkret olaraq Əli Həsənivun adı çəkilməyib, mövcud cinayət işinin təqsirləndirilən şəxs, yaxud şahid kimi ona hər hansı bir aidiyyatının olub-olmaması haqqında, istintaqa dəvət olunub-olunmaması ilə bağlı heç br məlumat da verilməyib. Sadəcə, ümumi formada qeyd edilib ki, hazırda həmin iş üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edim ki, Respublika Prokurorluğunun adından yayılmış məlumatdakı qeyri- konkretlik Azərbaycan cəmiyyətində, o cümlədən də məndə müəyyən suallar yaratdı. Odur ki, bir çox hüquqşunaslarla məsləhətləşmək qərarına gəldim. Hüquqşunsların qənaətincə, 30 il müddətində kifayət qədər yüksək bir məsul vəzifədə dövlət idarəçiliyini həyata keçirmiş və dövlət qulluğunda çalışmış bir məmur olaraq başlanmış müvafiq iş üzrə Əli Həsənovun malik olduğu hər hansı bir vacib məlumat istintaqa kömək edə bilər, araşdırma prosesində alınmış bəzi ifadələr, toplanmış materiallar əsasında hansısa bir şəxsin şübhəli şəxs və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsinə yardım göstərə bilər. Lakin Əli Həsənovun rəsmi olaraq kurasiya etdiyi sahələrdən birində, konkret olaraq KİVDF-də aşkarlanan müəyyən neqativlər, son 20 ildə Prezident Administrasiyasından birbaşa kurasıya olunan digər mərkəzi və yerli icra strukturlarında aşkarlanan çoxsaylı səs-küylü cinayət faktları və korrupsiya halları ilə müqayisədə kifayət qədər kiçik bir olaydır. Məsələn, 2005-ci ildə Səhiyyə və İqtisadi İnkişaf nazirliyi sistemində, onun ardınca dövlət əmlakının özəlləşdirilməsi və çek hərracları ilə bağlı, bir qədər sonra Hacı Məmmmədov olayları ətrafında Daxili İşlər nazirliyi sistemində yaşanan hadisələr fonunda başlanan cinayət işləri, Səfər Əbiyevin idarəçiliyinin son illərində Müdafiə nazirliyində, eləcə də həmin dövrdə Azərbaycan Nəqliyyat departamenti və Dəmir Yolu idarəsində, sonrakı dövrdə Milli Təhlükəsizlik nazirliyi sistemində, Maliyyə nazirliyi sistemində - Beynəlxalq Bankdakı bir neçə milyard manat dövlət vəsaitinin talan edilməsi ilə bağlı qaldırılmış cinayət işi, yaxud “Azərenerji” sistemindəki son beş ildir ki, təhqiqatı aparılan yeyintilər, Bayraq Meydanının tikintisi ətrafındakı biabırçılıqlar, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi sistemindəki korrupsiya hadisələri, yenə Müdafiə nazirliyinin Siyəzən hərbi sursat anbarlarındakı partlayış hadisələri ilə bağlı başlanmış cinayət işləri, son dövrlərdə Mədəniyyət və Xarici işlər nazirlikləri sistemində, çoxsaylı rayon və şəhər icra hakimiyyəti orqanlarında baş verən kifayət qədər səs-küylü, milyardlarla manat dövlət və ictimai vəsaitin talanması ilə müşaiyyət olunan cinayət işləri və s. barədə çoxsaylı cinayət işləri başlanıb, cənab Prezidentin xüsusi nəzarəti altında istintaqı aparılıb, günahkarlara hökmlər oxunub. Diqqətli jurnalistlər və araşdırmaçılar bir az təfsilatına varsalar görəcəklər ki, KİVDF-də aparılan yoxlama nəticəsində auditin aşkarladığı və mətbuatda xüsusi şişirdilərək cəmiyyətə təqdim edilən neqativlər, illərdir ki, dövlətimizə və millətimizə on qat, yüz qat artıq ziyan bahasına başa gələn yuxarıda sadaladığım hadisələrlə müaqyisədə çox kiçikdir.
Hazırda diqqəti çəkən hal və ortaya çıxan əsaslı sual ondan ibarətdir ki, bütün bu işlərlə bağlı, Prezident Administrasiyasındakı hansısa kurator (siyahıdan göründüyü kimi ölkə Prezidentinin əksər köməkçilərinin və bütün şöbə müdirlərinin kuratoru olduğu sahələrdə belə neqativ hallar mövcud olmuşdur) nə vaxtsa istintaqa cəlb edilibmi, prokurorluqda, yaxud digər istintaq orqanlarında sorğulanıbmı, haqlarında hər hansı bir ciddi ölçü götürülübmü? Yox, əlbəttə!
Hüquqşünaslar qeyd edir ki, “Azərbaycan qanunvericiliyinə əsaslansaq bu belə də olmalıdır. Çünki qanunvericiliyin tələblərinə görə yuxarıda adı keçən bütün sahələrdəki hallara görə cavabdeh olan konkret məsul şəxslər mövcuddur. KİVDF-yə və jurnalistlərin binasının tikintisinə ayrılan vəsait kimi, həmin strukturlara da məlum vəsaitləri ya ölkə Prezidenti, ya da müvafiq olaraq Nazirlər Kabineti ayırıb. İstifadəyə verilən mühüm obyektlərin hər birinin açılışında cənab Prezident şəxsən iştirak edib, xərclənən vəsaitlər barədə mövcud qurumların rəhbərləri tərəfindən məlumatlandırılıb... Görülən işlər və inşa olunan obyektlərlə bağlı müvafiq layihələr hazırlanıb, həmin layihələrə qiymət qoyulub və müvafiq ekspertizadan keçib, tələb olunan tenderlər həyata keçirilib, qaliblər müəyyən edilib və müqavilələr bağlanaraq işlərə başlanılıb. Adı keçən bütün bu işlərə nəzarət edən müvafiq dövlət qurumları mövcuddur ki, onlar da hər bir şeyə görə cavabdehdirlər. Belə olan halda ölkə Pezidentinin köməkçiləri və administrasiyanın şöbə müdirləri bu proseslərdə heç bir konkret hüquqi məsuliyyət daşımırlar”.
Hüquqşünasların fikrinə görə, “Azərbaycan qanunvericiliyində mərkəzi və yerli icra strukturlarındakı idarəçilik və baş verən bütün hallarla bağlı, o cümlədən də hər hansı qeyri-qanuni əməllərə görə kuratorlar heç bir hüquqi məsuliyyət daşımırlar. Bu şəxslər yalnız o halda məsuliyyət daşıya bilərlər ki, öz səlahiyyətlərinin çərçivəsini aşaraq mövcud işlərlə qeyri-qanuni müdaxiləyə yol verə və icra prosesinə aid hər hansı bir qanunsuz göstərişlər verələr. Onların belə qanunsuz müdaxiləsi barədə konkret faktlar və sənədlər olmalıdır. Hüquqi prosesdurlar belədir ki, yuxarıda adı keçən bütün strukturların rəhbərliyini ölkə Prezidenti təyin edir. Onların heç birinin birbaşa Prezidentin köməkçilərinə, yaxud Administrasiyasının şöbə müdirlərinə hüquqi tabeliyi yoxdur. Administrasiyadakı şəxslər yalnız siyasi kuratorlardır və müvafiq olaraq heç bir hüquqi məsuliyyət daşımırlar. Azərbaycanın dövlət idarəçiliyində qeyri-rəsmi kurasiya sistemi var, hətta hər bir regionun və rayonun da öz kuratoru var. Bu, hökumətin özünün daxilində olan siyasi bir məsələdir. Qanunlara görə, ölkə Prezidentinin təyin etdiyi bir rəhbər şəxsin onun təyin etdiyi başqa bir rəhbər şəxsə hüquqi tabeliyi yoxdur. Odur ki, indiyə qədər yuxarıda sadalanan əksər strukturlardakı bəhs olunan neqativlərlə bağlı həyata keçirilən istintaq və məhkəmə prosesləri zamanı hər hansı bir kurator- köməkçi, yaxud şöbə müdiri nə sorğulanıb, nə də ki, hansısa formada məsuliyyətə cəlb edilib”.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?