19:08 / 21-02-2026
Azərbaycan millisi Belarus yığmasına qalib gəlib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
15:20 / 21-02-2026
Ötən ay Azərbaycanda 18 milyon tondan çox yük daşınıb
11:21 / 21-02-2026
Sumqayıt-Laçın avtobus reysi təşkil ediləcək
11:00 / 21-02-2026
Narkotikin təsiri altında olan sürücü saxlanılıb
10:52 / 21-02-2026
Azərbaycanda işsizlərin sayı artıb
10:44 / 21-02-2026
Yanan avtomobili söndürən FHN əməkdaşlarını maşın vurub, ölən var
23:14 / 20-02-2026
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
20:53 / 20-02-2026
İlk dəfə 3D çapı ilə beton hazırlanıb
20:41 / 20-02-2026
Rusiyalı ekspert: Avropa buzqıran donanması Arktika üçün yetərli deyil
20:23 / 20-02-2026
Misirdə qızılla örtülmüş mumiya tapılıb
19:30 / 20-02-2026
Azərbaycandan Ukraynaya növbəti yardım göndərirlər
18:52 / 20-02-2026
Səfirlik: "Prezidentin avtomobilinə hücum aktları həyata keçiriblər"
18:45 / 20-02-2026
Elçibəyin keçmiş köməkçisi partiya sədrindən pulunu istəyir
18:31 / 20-02-2026
Bayraktar: Ermənistan Türkiyə-Azərbaycan enerji əməkdaşlığına qoşula bilər
17:33 / 20-02-2026
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni qurum yaradılır - Fərman
17:28 / 20-02-2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
17:24 / 20-02-2026
Holdinqin Müşahidə Şurasına yeni üzvlər təyin edilib
16:57 / 20-02-2026
STM MEDİA-ya birləşdirilir, BMTM yenidən təşkil olunur
16:50 / 20-02-2026
ABŞ 2026-cı ildə Ukraynada sülhə nail ola bilməyəcək
16:34 / 20-02-2026
Azərbaycan əhalisinin sayı açıqlanıb
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
15:38 / 20-02-2026
Netanyahu: Ayətullahlara təsəvvür etmədikləri cavabı verəcəyik
15:27 / 20-02-2026
Xocavəndə ilk köç karvanları gedib - (Yenilənib)
15:27 / 20-02-2026
İrana hücum zamanı ilk hədəflər müəyyən olunub
15:19 / 20-02-2026
İdman federasiyalarından birinin adı dəyişdirilib
15:02 / 20-02-2026
Qərbi Azərbaycan İcması Səməd Vəkilovu təltif edib - Foto
14:51 / 20-02-2026
Sem Altman: Süni intellekt fəlakətə səbəb ola bilər
14:37 / 20-02-2026
Müğənni Fərəh Samirəqızı saxlanılıb
09:44 / 17-02-2026
Rəssam Ayla İnsanovanın əsərləri Parisdə sərgilənib - Fotolar
16:16 / 20-02-2026
Qadınları xaricə apararaq cinsi istismara məruz qoyan mütəşəkkil dəstə aşkarlanıb - Video
14:42 / 18-02-2026
Avropa ABŞ-dan asılılığı azaltmaq istəyir: müstəqil nüvə çətiri qurmağa çalışırlar
16:31 / 19-02-2026
ASC rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb - (Yenilənib)
10:26 / 20-02-2026
Şovinist ermənilər Azərbaycanın anti-milli qüvvələrini dəstəkləyir
16:57 / 18-02-2026
İcra başçısı sabiq deputatdan polisə şikayət edib
15:31 / 21-02-2026
İctimai vəkillik layihəsi çərçivəsində tədbirlər keçirilib - Foto
16:19 / 18-02-2026
Əli Mustafa: Azərbaycanda Rusiyanın nüfuz dairəsində olan mərkəzlər zəiflədilməlidir
08:56 / 17-02-2026
ABŞ-da tələbələr kütləvi şəkildə ixtisaslarını dəyişirlər
17:02 / 18-02-2026
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
10:55 / 18-02-2026
Daha 17 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
İki baxış bucağı - Nadir Qocabəyli yazır
Tarix: 08-07-2020 12:31 | Bölmə: Nadir QOCABƏYLİ

Feysbukda bir cəhətə fikir vermişəm. Çox adam çox şeyi tez öyrənmək istəyir. Tanınmış insanlarla polemikaya girərək, özünü təsdiqləməyə can atır. Belə baxanda, normal bir şeydir. Ancaq bir şərtlə. Gərək etik normanı aşmayasan, hövsələli olasan və təhqirə keçməyəsən...
Sürət məsələsində gəldikdə isə, vaxtından qabaq öyrənə bilməyəcəksiniz. Bunun üçün çox oxumaq və çoxlu düşünmək, analiz etmək lazımdır. Amma yenə də vaxt keçməlidir. Potensialınızdan, fitri qabiliyyətinizdən yuxarı qalxa bilməyəcəksiniz. Ancaq çox çalışmağın da böyük əhəmiyyəti var. Bıçaq işləndikcə itiləşir...
Özümdən bir misal gətirim. Mənə Heydər Əliyevi dərk etmək üçün uzun illər lazım olub. Tam dərk etdiyimi indi də deyə bilmərəm. Amma əvvəllər nə qədər yanlış düşüncələrim olduğunu xatırlayıram. Bu düçüncələrə kənar insanlar, amillər də güclü təsir edir. Əlbəttə, nəhəng bir informasiya seli bir adamı təbliğ edirsə, sən də ona rəğbət bəsləməyə başlayırsan. Başqa birini qaralayırsa, sən də sevmir, xoşlamır, rəğbət bəsləmirsən.
Bir məsəni də qeyd edim ki, təbliğatın düzgün qurulmasından da çox şey asılıdır. Məsələn, "demiokratiya" nə qədər saxta anlayış olsa da, güclü təbliğ olunur. Ən əsası da odur ki, bəsit və sadəlövh insanların beyninə hesablanıb. Ancaq onun da zəif tərəfləri var....
Həmin bu demokratik hay-küyün ortasında arada qulağın bir cümlə eşidir. Sən əvvəlcə o cümlə ilə razılaşmırsan, ancaq yadından da çıxarmırsan. Onu unuda bilmirsən. Çünki o cümlədə dərin hikmət, həqiqət olur və bu səni rahat buraxmır.
Məsələn, bizə təlqin edirdilər ki, Əbülfəz Elçibəy millətini çox sevir, təmiz adamdır və s. Deyirdilər ki, Ermənistanın o vaxtkı prezidenti Ter-Petrosyan ona əl uzadanda deyib ki, sənin əlin mənim xalqımın qanına bulaşıb, mən qanlı əlləri sıxa bilmərəm. Bu hadisə bizə ləzzət edir, qanımızı cuşa gətirirdi. Belə bir liderlə fəxr edirdik. Amma heç düşünmürdük ki, ya düşünə bilmirdik ki, Elçibəyin bu hərəkətinin və sözünün çox ağır nəticələri ola bilər. Və oldu da. Həm onun özü, həm də xalqı üçün. Amma o siyasətçi idi. Siyasətçi isə özünü dəli-dolu şair kimi aparmamalıdır. Bu, ən azından ziyanlıdır....
Amma biz hələ siyasətçi ilə dəli-dolu şairi birbirindən ayıra bilmirdik. Demokratiya təbliğatçıları isə avam və saf sovet adamının zəif yerini bilirdilər. Xüsusilə də, romantik və sadəlövh gənclərin...
Sonra bizə təlqin edirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlmək üçün Gəncəyə gedib Surət Hüseynovun anasının əlindən öpdü. Yəni Surətə yaltaqlandı. İlk baxışda belə görünür və bu bizdə rəğbət oyatmırdı. Ancaq gəlin məsələyə bir qədər dərindən, ağıllı yanaşaq.
Heydər Əliyevin qəbahəti, yaxud səhvi nədədir? Ölkədə qiyam, silahlı üsyan baş verib. İnsanlar ölür, qardaş-qardaşa güllə atır. Heydər Əliyev hadisələrlə daha yaxından tanış olmaq, qiyama rəhbərlik edən insanlarla danışmaq üçün Gəncə şəhərinə gedir. Özü də mövcud hökumətin vasitəçilik təklifindən sonra bu qərara gəlir. Burda pis nə var? O, ağsaqqal və nüfuzlu bir şəxs kimi narazı xalqla görüşə gedir. Orada gözlənildiyi kimi çox yaxşı qarşılanır. Bu, çox güclü, həm də riskli siyasi gediş idi. Eyni zamanda çox faydalı idi. Orada xalqın nümayəndələri ilə görüşür. Onlardan biri də Surət Hüseynovun anası olur. Qadın Heydər Əliyevi çox mehriban qarşılayır, Heydər Əliyev də bir ana kimi onun əlindən öpür. Burada bir qəbahət və yanlış varmı? Bir qadının, ananın əlini öpmək niyə qəbahət olsun ki? Xüsusilə də, bu hərəkət vətəndaş müharibəsinin dayanmasına, qan tökülməsinin qarşısının alınmasına müsbət təsir edirsə.
Amma bizə ayrı cür təqdim olunurdu, biz də gənc olduğumuzdan dərinə gedə bilmirdik...
Amma bir dəfə məndən bir neçə yaş böyük, məndən daha imnkanlı bir ailədən olan dostumla söhbət edərkən, çox ehtiyatlı şəkildə dedi ki, siyasətçi Elçibəy kimi yox, Heydər Əliyev kimi olmalıdır. Yəni yeri gələndə qürurunu yenməyi, məqsədinə çatmaq üçün güzəştə getməyi bacarmalıdır. Mən onunla razılaşmadım. Eynilə indiki gənclər kimi. Ancaq bu sözü unutmadım...
Baxın, o haqlı idi, amma məndən ehtiyat edirdi...
İndi də eyni şeylər baş verir. Populistlər təriflənir, təbliğ olunur. Doğru söz deyənlər, həqiqəti söyləyənlər təhqir etdirilir, söydürülür. Doğrular, yanlışlardan ehtiyat edir...
Bunu kim təşkil edir? Əlbəttə, yenə də Qərbdən idarə olunan müxalifət, vətəndaş cəmiyyəti institutları, media. Onlara züy tutan ağılsızlar. (Axmaqlar böyük qüvvədir, kim onları özünə işlədə bilirsə, ciddi nəticələr əldə edir.) Məqsəd isə bu ölkəni nəzarətdə saxlamaq, həqiqətən müstəqil olmağa qoymamaq, sərvətlərini talamaq, torpağında at oynatmaqdır. Qərb yönümlü müxlifət liderlərinin hamısı alətdir. Onlar bu xalqa yox, Avropa və ABŞ-dakı ağalara xidmət edir, xalqa ancaq yalan danışır, onun başını tovlayırlar. Doğrudur, bəziləri hesab edir ki, guya Qərbi aldada, yaxud ondan istifadə edə bilər. Ancaq bu sadəcə illüziyadır. Onlar işlərini çox etibarlı tuturlar. Müxalifət liderliyinə yalnız haqqında ciddi kompromat materialları olmayan, onları öz xalqından qat-qat yüksək qiymətləndirməyən şəxsləri yaxın buraxırlar.
Bütün qüsurlarına baxmayaraq, yeganə istinad nöqtəmiz yenə də indiki iqtidarda təmsil olunanlar (əlbəttə, hamısı yox), onun konstruktiv müxalifətidir (yenə hamısı yox). Nə qədər xoşunuza gəlməsə də, sümüyünüzə düşməsə də, İlham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Əli Həsənov, Fazil Mustafa, Mir Şahin və digərləri daha düzgün yoldadırlar. Onların qüsurları da bir xalq olaraq özümüzdən qaynaqlanır. Hələ ki, elita olaraq bu qədərini ortaya çıxara bilmişik. Amma yaxşı ki, heç olmasa onları yetişdirə bilmişik, yoxsa bu Qərb əlaltılarının ümidinə qalsaydıq, vəziyyətimiz çox ağır olardı...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək