15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Sentimental siyasət, yaxud ziyanın yarısı
Tarix: 20-10-2019 17:02 | Bölmə: Nadir QOCABƏYLİ

Sentimental siyasəti buraxmaq lazımdır. Yazıq, zavallı görkəm almağı, məsum qılafa bürünməyi də. Tutaq ki, insanların sizə yazığı gəldi, dəsmallarını çıxarıb o ki var ağladılar, bunun nə xeyri var. Bu sizi dahamı güclü edəcək, mitinqlərinizə daha çoxmu insan cəlb edəcək? Sanmıram. Hətta əksi baş verə bilər və verəcək də.
Siyasət sərt peşədir və realist olmağı tələb edir. Siyasətçi onu qarşıda nələr gözlədiyini yüksək faizlə hesablaya bilməlidir. Təhlükələri də görməlidir, uğurları da. Siyasətçi hansısa bəsit analogiyalar üzərində strategiya qurmamalı, “SSRİ-nin də dağılacağına heç kəs inanmırdı, amma gördünüz axırı necə oldu” tipli səthi, bazar alverçilərinə, yaxud restoran xidmətçilərinə hesablanmış bəyanatlar verməməlidir. Versə belə, özünü buna inandırmamalı, qapdırmamalıdır. O bilməlidir ki, böyürdən biri çıxıb, SSRİ-nin dağılmasını şərtləndirən amilləri ən xırda detallarına qədər şərh edə və bu amillərin Azərbaycanın indiki durumuna qətiyyən uyğun olmadığını əsaslandıra bilər. Siyasətçi Avropa “demokratiyasının” zahiri effektləri üzərində qurulmuş populist bəyanatlardan mümkün qədər çəkinməli, onlardan rəqibinə qarşı müvəqqəti təzyiq mexanizmi kimi istifadə etməməlidir. Ən azı ona görə ki, hamı axmaq deyil və bu günün sabahı da var, bunun hesabı hökmən səndən sorulacaq. Ancaq özü də bunlara inanırsa, bu artıq faciədir. Ən nəhayət, siyasətçi öz ölkəsini, onun insanlarını yaxşı tanımalı, kütlənin xarakterini bilməli, real situasiyanı, beynəlxalq durumu, qüvvələr nisbətini çılpaqlığına qədər dəyərləndirməyi bacarmalıdır.
Bir də hər şey göründüyü kimi deyil. Həyatın qanunauyğunluqları var. Atalar deyib ki, arığın qoruqda nə işi ki, vurub qol-qıçını qırsınlar. Atalar ayıdan qorxanın meşəyə getməməsini də tövsiyə ediblər. Döyülüb ağlayacaqsansa, icazəsiz mitinqdə nə işin var?! Danışmaq və döyüşmək fərqli qabiliyyətlərdir. Dil pəhləvanlığı meydan qəhrəmanlığı deyil. Bunlar ayrı-ayrı qabiliyyətlərdir. Hərənin öz işi var. Hər kəs nəyə qadir olduğunu özü də bilməlidir.
Əli Kərimlinin dünən küçəyə, meydana çıxmasına ilk növbədə gərək onun tərəfdarları, yaxın ətrafı mane olaydılar. Ancaq video-süjetlərdən, fotolardan gördüyümüz kimi, onlar onun qolundan tutub sanki zorla prosesin ortasına itələyir, ondan güclə küçə döyüşü qəhrəmanı düzəltmək istəyirdilər. Düşüncənin, şüurun primitivliyinə diqqət edirsinizmi, əziz oxucular. Bu adamlar dövlət idarə edə bilərmi? Əgər lider hesab etdiyiniz adamı qoruya bilməyəcəkdinizsə, onu niyə küçəyə çıxarırdınız? Əgər onu bir göz qırpımında əlinizdən alıb aparacaqdılarsa, bu biabırçılığa getməyə dəyərdimi? Siz burnunuzun ucundan uzağı görməyi bacarmırsınızsa, müasir dünyanın uzaq perspektivlərini, təhlükələrini necə görəcəksiniz? Elə vaxtilə torpaqları da bu miskin düşüncənizlə qapdırdınız ermənilərə…
Həyat israrlı olanları da sevmir. Mümkün olanı etmək, dayanmağı, etiraf etməyi bacarmaq lazımdır. Dünyanın ən böyük hökmdarı, məğlubolmaz sərkərdəsi Çingiz Xan deyirdi ki, özündən güclü düşmənlə döyüşə girmə. Amma siz neynirsiniz? Nə öz gücünüzü hesablaya bilirsiniz, nə də rəqibinizin. Amma iddianız, maşallah olmasın, dağ boyda. Niyə Əli Kərimli elə hesab edir ki, o hökmən lider, prezident olmalıdır? Bunu da onun boynuna ətrafında olan Don Kixot təfəkkürlü ağılsız “ağıllılar” qoyublar. Məncə, ondan yaxşı müəllim, hüquq professoru, lektor olardı. Niyə adamı bədbəxt etdiniz? Amma hələ də gec deyil, Əli Kərimli bu haqda düşünməlidir. Dünənki hadisədən sonra daşı ətəyindən tökməli, meydanı tərk etməlidir. Azərbaycan onsuz batmaz.
Bir neçə min nəfər 10 milyonluq xalqın, 5 milyondan artıq seçicinin əvəzindən qərar verə bilməz. Xalq küçələrə çıxmırsa, etirazlara qoşulmursa, bununla hesablaşmaq lazımdır. Xalqı yerli-yersiz qınamaqdansa, ictimai rəyi yaxşı öyrənmək, araşdırmalar aparmaq, səbəbləri aşkara çıxarmaq, elmi nəticələrə əsaslanan fəaliyyət ortaya qoymaq lazımdır. Tələsməklə heç nə əldə edə bilməzsiniz. Xəstə tələsər, amma armud vaxtında yetişər. Ola bilər ki, xəstənin o armuddan yeməyə ömrü çatmasın. Amma neyləmək olar, qismət beləymiş. Qismətdən artığını yemək isə kimsəyə nəsib olmayıb.
Dünən baş verənlər Əli Kərimlinin lider üçün zəruri keyfiyyətlərə malik olmadığını bir daha göstərdi. O kənardan çox hiyləgər, ağıllı, savadlı siyasətçi təsiri bağışlasa da, hisslərinin qurbanına çevirdi özünü. Cəsarət nümayiş etdirmək istədi, daha rüsvayçı duruma düşdü. Axı nə vacib idi. İmkan yoxdursa, çıxma. Özünü yetərincə təmkinli aparacağına əmin deyilsənsə, getmə. Çörçil nə demişdi: "Siyasi istedad vəd verib, sonra onu niyə yerinə yetirmədiyini əsaslandırmaq qabiliyyətidir". Amma Əli Kərimli neylədi? “Niyə özün də mitinqə çıxmırsan” deyənlərin fitinə uydu, fitvasına getdi. Yanında bir adam da tapılmadı ki, onu bu avantüradan çəkindirsin. Mən əminəm ki, mitinqdən qabaq ona bu haqda ciddi xəbərdarlıq da olunub. Onun küçədə gedərkən necə qorxduğu, ora-bura boylanması, üzündəki isterik ifadə də bunu aydın göstərirdi.
Bəzi məlumatlara görə, Əli Kərimlini buna vadar edən xaricdəki və daxildəki hansısa mafioz qüvvələrin verdiyi vəd olub. Ancaq lider olacaq adamı hər kəs uşaq kimi aldadacaqsa, bu adam dövlətin başında olsa nələr baş verəcək?
Həyatda ilahi bir ədalət də var. Əli Kərimli və onun kimilər çox adamların döyülməsinə, tutulmasına, hətta ölümünə bais olublar. Odur ki, dünən bir-iki təpik də özünə dəyibsə, bundan faciə qayırmaq lazım deyil. Qoy aldadırlaraq yalın əllə tank qabağına göndərilənləri, mitinqlərdə döyülənləri, gəncliyini həbsdə çürüdənləri xatırlasın.
Sosial şəbəkələrdə onun alnı plastırlı şəklini paylaşıb çox sevdiyini bildirən, ona acıdığını bəyan edən, sentimental, melanxolik, kədərli cümlələr quran adamlar görürəm. Olsun. Hamımız insanıq, duyğularımız, emosiyalarımız var, kiməsə acıya da bilərik, rəhm də edə, nəvaziş, mərhəmət göstərə də. Ancaq bir şey bilmək lazımdır ki, Əli Kərimlidən bu xalqa nicat yoxdur. Olmayacaq da. Bir neçə min nəfər marginalın onun ətrafına yığılıb hakimiyyət davası döyməsi, hansısa düşük analogiyalar aparması, Avropadan, ordan-burdan kömək umması avantürizm və utopiyadır. Özünüzü və Əli Kərimlini bədbəxt etməyin. Nə qədər ki gec deyil, ayılın. Ziyanın yarısından qayıtmaq da qənimətdir, amma Qənimət Zayılov deyil.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək