15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
20 yanvar - Nadir Qocabəyli yazır
Tarix: 19-01-2020 14:11 | Bölmə: Nadir QOCABƏYLİ

(hekayə)
90-cı illərin ortalarında düz şəhərin mərkəzində, Fəvvarələr bağının ətrafında, QUM-un (Şəhər univermağı) üstündə Şamil adlı yaşlı bir kişinin evində kirayə qalırdım. İki otağından birini mənə vermişdi, qalan hər şey - hamam, mətbəx, dəhliz ümumi idi. Subay olduğum üçün Şamil ilə birlikdə qalmaq çətin deyildi. Nə o məni narahat edirdi, nə də mən onu. Qiymət də münasib idi...
Şamil kişi rusdilli idi. Azərbaycan dilində eynilə Çingiz Abdullayev kimi danışır və səsi də elə onunkuna oxşayırdı...
Bir neçə ay qaldım və hər şey qaydasında idi. Amma 20 Yanvar günü səhər-səhər evdən çıxarkən dəhlizdə Şamilə "sabahınız xeyir" deyəndə, qayıtdı ki, bu gün mənim bayramımdır. Sonra əlavə etdi ki, "bu gün vuracam..."
Elə pis oldum ki. Milli faciəmizin 5-ci ildönümüdür, mən Şəhidlər Xiyabanına getməyə hazırlaşıram, bu isə "mənim bayramımdır, bu gün vuracam", - deyir...
Dərhal ağlımdan yalnız bircə şey keçdi: "Bu adam mütləq erməni olmalıdır…"
Nə isə, bir söz deməyib evdən çıxdım. Dostlar və yoldaşlarla birlikdə Şəhidlər Xiyabanına getdik, şəhidləri ziyarət etdik. Sonra çay içdik, söhbətləşdik, müzakirələr apardıq...
Ancaq Şamilin sözləri yadımdan çıxmır, ürəyimi deşirdi...
Gəldim evə. Şamil artıq dəm idi, qapını açarla açıb içəri girəndə, dəhlizdə nəsə qurdalanırdı. Məni görən kimi, "aaa, nə yaxşı gəldün, bratişka, mən də bayaqdan tək vururam, amma tək getmir e, ətağa, gəl bir-iki rumka da səniynən vurağ..."
Adətən evdə, xüsusilə də Şamillə yeyib-içməzdim, həm də ondan bir az iyrənirdim. Təmizkar deyildi. Ancaq onu danışdırmaq üçün mətbəxə keçdim. Süfrəsini hələ yığışdırmamışdı, amma yarım litrlik konyakın yarısından çoxunu artıq boşaltmışdı.
- Burda bir şey qalmayıb ki, - məzəmmətlə dedim.
- Naraxat olma, - Şamil gülərək dedi. - У меня сколько угодно... Şkaf doludur. Я человек с припасами...
Şamillə iki qədəh içdik. O bir az da dəmləşdi və mən fürsətdən istifadə edib, soruşdum:
- Şamil, sən haralısan?
- А что? – o, gözlərini bərəldib mənə baxdı.
- Да просто так, - özümü laqeyd göstərməyə çalışdım.
- Mən bakılıyam, - o dedi və əlavə etdi: - Я здесь родился...
- Bəs əslin haralıdır?
Şamil yenə gözlərini bərəltdi, ancaq heç bir söz deməyib ayağa qalxdı və mətbəxdən çıxıb, otağına getdi. Elə bildim, içki gətirmək istəyir. Ancaq geri qayıdanda əlində iri və köhnə bir foto albomu vardı.
Stulunu çəkib yanımda oturdu və albomu açaraq məni bütün sülaləsi ilə tanış etməyə başladı:
- Bu, babam Həci Zülfüqardu, bu da nənəmdü, Məşədi Suğrabeyim, bu atamdu, Zeynalabdin, müharibəyə gedib gəlməyib, bu da anamdu Nargilə...
Şamil bütün albomu mənə göstərdi. Orada onun əmisinin, qardaşlarının, bacılarının, əmisi oğlanlarının, xalası qızlarının və digər başqa qohum-əqrəbasının köhnə şəkilləri vardı. Dedi ki, atası da, anası da Novxanı kəndindəndir.
Şamilin arvadı vəfat etmiş, oğlu da çoxdandır Riqada yaşayır və iki il olar ondan xəbər yoxdur. Yəqin başı arvad-uşağına qarışıb...
Şamilin erməni olmadığına əmin olub xeyli rahatlaşdım. Qaldı digər məsələni aydınlaşdırmaq. Bu gün onun üçün niyə bayramdır və nə bayramıdır?
- Şamil, bu gün niyə sənin bayramındır? - soruşdum.
- Bu gün mənim nəvəm Muradikin ad günüdür, amma üzünü də görməmişəm. İndi beş yaşı var, şəkli bax budur, - o, albomu vərəqləyib, səhifələrin arasından xüsusi ağ tənzifə bükülü rəngli fotonu tapdı və açıb mənə göstərdi. Şəkildən 2-3 yaşlarında qara qıvrım saçları olan qəşəng bir oğlan uşağı baxırdı.
- Görürsən necə simpatiçnidü mənim nəvəm! - o, səsi titrəyərək dedi və gözləri sulandı. - Ancaq gəlnim ərmənidür "suçka", oğlum Riqada institutda oxuyanda tapıb. Mən razı deyildim, özü evləndi. Ona görə də gəlnimin məni görməyə gözü yoxdu. Она ненавидит меня сучка, поэтому и внука не показывает... - Şamil salfet götürüb nəmlənmiş gözlərini sildi.
- Şamil, bu gün yanvarın 20-dir, eləmi?
- Да, а что?
- Bu gün başqa nə baş verib, yəni nə günüdür?
- Вроде ничего. Bu gün ancaq mənim nəvəmin günüdür, başqa heç bir şey yoxdur. Gəl onun sağlığına vuraq, - o, konyak şüşəsini götürdü, ancaq şüşə boş idi, odur ki, yenisini gətirmək üçün ayağa qalxmaq istəyəndə qolundan yapışdım.
- Şamil, bu gün bizim milli matəm günümüzdür, - ona aydın olsun deyə rusca əlavə etdim, - день национального траура. Yəni sənin bundan xəbərin yoxdur? Cəmi beş il qabaq rus ordusu gəlib bizi evimizin içində qırıb getdi, amma sən deyirsən ki, bu gün mənim bayramımdır. Ayıb deyil, bu qədər də olmaz axı! Nəvənin ad gününü sən bir-iki gün qabaq və ya sonra da qeyd edə bilərsən, amma bu gün olmaz. Çünki bu gün rus tankları Bakıya girərək elə sənin nəvən yaşda uşaqları, günahsız insanları güllələyiblər, tankın altında əziblər. Bu günü necə bayram etmək olar!
Şamil daha qalxmadı, mənsə onun qolunu buraxıb ayağa durdum və otaqdan çıxmaq istəyəndə o astaca dedi:
- Братишка, клянусь богом, я просто забыл. Да разве это было сегодня? – O, günahkarcasına üzümə baxdı. – Bilirsən, mən beş ildir heç yerə getmirəm, şəhərə çıxmıram, ancaq maqazinə gedirəm и всё.
- Televizora da baxmırsan, radioya da qulaq asmırsan?
- Только русские каналы, а они знаешь да, об этом молчат. Но я про это слышал, мне об этом рассказали, но забыл, именно в какой день это было, я забыл, моя дурная голова… Извини, брат, я больше не буду, клянусь честное слово…
19 yanvar, 2020-ci il, Bakı
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək