“Azərbaycan-Türkiyə təlimlərinin iki məqsədi var” - Deputat
Tarix: 10-04-2021 12:08 | Bölmə: Siyasət / Xəbərlər
“Azərbaycan-Türkiyə təlimlərinin iki məqsədi var”

“Türkiyə və Azərbaycan arasında planlaşdırılmış formada təlimlər hər zaman keçirilib. Amma burada xüsusi iş nədən ibarətdir? Azərbaycan Respublikasının Prezidenti elan edib ki, Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modeli olacaq. Bu xətt artıq bəyan edilib. Əlbəttə, bundan heç kimin inciməyə haqqı yoxdur. Nə NATO modeli deyil, nə də rus modeli. Birbaşa elan olundu ki, türk modeli əsasında ordu qururuq. Azərbaycanda bütün təlimlərin məqsədi buna xidmət edir”.

Bu fikirləri Reyting.az-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Türkiyə və Azərbaycan ordularının birgə təlimlərindən danışarkən deyib.

T. Kərimli əlavə edib ki, bu istiqamətdə ciddi iş gedir: “Bu strategiyadır, heç gizlətməyə də ehtiyac yoxdur. Azərbaycan hansı gücə malik olduğunu 44 gün ərzində ortaya qoydu, nəticə göz önündədir. Ancaq buna baxmayaraq ordumuz yenə də gücləndirilir. Buna da müsbət yanaşmaq lazımdır”.

Deputat bildrib ki, hərbi təlimlərin bir məqsədi də düşmənə güc nümayişi ola bilər. Onun fikrincə, təlimlərdə düşmənə mesaj da var: ağıllı olun, yerinizdə outrun!

T. Kərimli diqqətə çatdırıb ki, Türkiyə ilə Azərbaycan birliyi pozula bilməz: “Əgər düşmən nəsə etsə, layiqli cəzasını alacaq. Ancaq strateji xətt müəyyəndir: Türkiyə Ordusu standartlarının Azərbaycan ordusunda tətbiqi. Bu təlimlərin bir mühüm cəhəti də budur. İstər texniki təminat, istərsə də əsgər-zabit vərdişlərinin yerinə yetirilməsi cəhətdən”.

Reyting.az




Bölməyə aid digər xəbərlər