Zelenski Putinin məsuliyyətə cəlb ediləcəyinə inanır
Tarix: 17-03-2023 23:37 | Bölmə: Siyasət
Zelenski Putinin məsuliyyətə cəlb ediləcəyinə inanır

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsində işin real perspektivə malik olduğuna əmindir.

Reyting.az
-ın xəbərinə görə, V. Zelenski ukraynalılara axşam videomüraciətində deyib ki, beynəlxalq ədalət Putinə qarşı sanballı qərar verib və bunun real perspektivi var: “Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib. Bu, tarixi məsuliyyətin başlayacağı tarixi qərardır”.

Zelenski əlavə edib ki, ukraynalı uşaqların deportasiyasında, minlərlə uşağın qanunsuz olaraq terrorçu dövlətin ərazisinə keçirilməsində dövlət və Rusiyanın digər rəsmiləri şübhəli bilinir.

Ukrayna prezidenti diqqətə çatdırıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılan cinayət prosesində artıq 16 mindən çox ukraynalı uşağın işğalçı tərəfindən zorla deportasiyası faktı qeydə alınıb. Lakin deportasiya edilənlərin real, ümumi sayı bundan çox ola bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}