16:58 / 26-04-2024
“Krokus”dakı terror aktına görə daha bir şübhəli saxlanılıb
16:56 / 26-04-2024
Prezident İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşüb
16:11 / 26-04-2024
Azərbaycanda partiya rəhbəri həbs edilib
16:05 / 26-04-2024
Əli Əsədov daha bir qərar imzalayıb
15:52 / 26-04-2024
Qəzzada daha 51 dinc sakin həlak olub
15:46 / 26-04-2024
Avtomobil şirkəti daha bir yeniliyə imza atıb - Fotolar
15:33 / 26-04-2024
Keçmiş rektor son söz üçün məhkəmədən yenə vaxt istəyib
15:14 / 26-04-2024
Azərbaycan prezidenti Almaniya kansleri ilə görüşüb - (Yenilənib) - Fotolar
14:43 / 26-04-2024
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə gəliblər
14:06 / 26-04-2024
Rusiyanın yeni silahı ABŞ-a məxsus peykləri vura biləcək
13:54 / 26-04-2024
"Qarabağ" klubu cərimələnib
13:28 / 26-04-2024
Naxçıvan Nazirlər Kabinetinə Aparat rəhbəri təyin edilib
13:21 / 26-04-2024
Tehran-Tel-Əviv qarşıdurmasının növbəti dayanacağı haradadır?
13:07 / 26-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
13:01 / 26-04-2024
Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"
12:48 / 26-04-2024
Sabah hava necə olacaq? - Proqnoz
12:43 / 26-04-2024
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
12:34 / 26-04-2024
XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:29 / 26-04-2024
Kosmik Stansiyada tapılan təhlükəli bakteriyalar insanlar üçün əhəmiyyətli ola bilər
12:14 / 26-04-2024
İlham Əliyev: "Bizim Avropa bazarlarına nəql ediləcək resurslarımız var"
11:46 / 26-04-2024
Ukraynaya qarşı savaş Kremldəki kabinetlərə keçir - Politoloq
11:44 / 26-04-2024
Şirvanda əməliyyat: saxlanılanlar var
11:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
11:21 / 26-04-2024
“Neftçi”nin şikayəti təmin olunmayıb
11:21 / 26-04-2024
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb - Fotolar
11:05 / 26-04-2024
Ən yaşlı albatros "aktiv görüş" rejiminə keçib
10:49 / 26-04-2024
İki elm adamı Ali Attestasiya Komissiyasını məhkəməyə verib
10:34 / 26-04-2024
Deputat: "Əlilliyin təyin edilməsi ilə bağlı boşluq var"
10:15 / 26-04-2024
Xocavənddə 74 mina və 110 partladıcı aşkarlanıb - Saxlanılan var
10:02 / 26-04-2024
Avropa Məhkəməsi Azərbaycanı cərimələyib - İki şikayət üzrə
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:05 / 23-04-2024
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
11:30 / 26-04-2024
İlham Əliyev Almaniyada tədbirə qatılıb - (Yenilənib) - Fotolar
Ölkə səhiyyəsindəki son dəyişiklik: Kimi müsbət qarşılayır, kimi də... - Ekspertlər
Tarix: 22-12-2018 21:53 | Bölmə: Slayd
Prezident İlham Əliyev dekabrın 20-də Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərman ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədi daşıyır.
Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmalı və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirməlidir.
Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilir.
Müəyyən edilib ki, TƏBİB bu fərmanın 2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir, bu fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir. TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir, TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir, bu fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini (o cümlədən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsini) TƏBİB həyata keçirir.
Mövzu ilə bağlı “Reytinq”ə açıqlama verən Tibb Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Əli Əliyev deyib ki, Azərbaycan prezidentinin imzaladığı fərman çox önəmli olduğu qədər də, xeyli gecikmiş sənəddir. Onun fikrincə, səhiyyədəki mövcud şərtlər nə tibb personalını, nə də əhalini qane edir:
“Həkimlər ölkənin ən çox sıxışdırılmış təbəqəsidir. Büdcə təşkilatları arasında ən aşağı maaş alan həkimlərdir. Bu siyasət neqativ, yazılmamış qaydaların yaranmasına gətirib. Belə münasibətlər sistemi isə əhalinin əksər hissəsini narazı salır. Dərinə getdikdə isə, vəziyyətdə nə həkimlərin, nə də sosial müdafiəsiz buraxılmış əhalinin təqsiri var. Təqsir bu yarıtmaz şərtləri formalaşdıran hakimiyyətdədir”.
Əli Əliyevin sözlərinə görə, hələlik fərmandan görünən yalnız niyyətdir: “Yəni 2020-ci ilə qədər tibbi sığortanın tətbiqinə başlanması istəyidir. Hakimiyyətimizi tanıdığımızdan, bunun hələlik istək olduğunu deyirəm. Fərman mürəkkəb hüquqi dildə yazılıb. Müddəaların arxasında nələrin gizləndiyini qavramaq olmur. Sırf administrativ səhiyyədə olanlarla da söhbətdən başa düşmüşəm ki, hələlik onların da detallardan xəbəri yoxdur. Öz adımdan deməliyəm ki, millətimizin haqqı var ki, deklorativ deyil, real, əlçatan tibbi xidmətə malik olsun. Bir qədər gözləməyin tərəfdarıyam. Gözləməklə yanaşı ictimai diqqəti də bu prosesə yönəltmək zəruridir”.
Həkim, tibb sahəsi üzrə ekspert Həsrət Rüstəmov isə qeyd edib ki, islahatlar ayrıca götürülmüş bir sahədə uğurlu ola bilməz.
Onun fikrincə, bütün sahələrdə, o cümlədən siyasi sistemdə islahatlar eyni zamanda və əlaqəli şəkildə həyata keçirilməlidir:
“Hərçənd tibbi sığorta ilə bağlı söylənilənlər islahat deyil, buna cəhd adlandırıla bilər. Bildiyiniz kimi “İcbari tibbi sığorta haqqında” qanun on ildən çoxdur ki, qəbul olunub. İndiyədək yalnız ötən ildən başlayaraq iki rayonda pilot layihə həyata keçirilib və məndə olan məlumata görə, təklif olunan model özünü doğrultmayıb. Hətta hakimiyyəti səmimi olaraq səhiyyə islahatları aparmaq istəyən tərəf kimi təsəvvür etsək, yenə də bu cür astagəlliklə nəyəsə nail olacağına inanmaq qeyri-mümkündür”.
H. Rüstəmov bildirib ki, səhiyyə, tibbi xidmət böyük vəsait və ağır əmək tələb edən sahədir. Belə bir sahəni hakimiyyətin hazırda təklif etdiyi kiçik vəsaitli sığorta ilə maliyyələşdirmək qeyri-mümkündür: “Əsas maneçiliklərdən biri də ölkədə əmək haqlarının həddən artıq az olmasıdır. Hətta özəl sektorda çalışanların böyük qismi öz əməkhaqqı ilə normal tibbi sığorta ödəmələri etmək iqtidarında deyil. Ona görə də hələlik bu sahədəki addımları ümidverici hesab etmirəm”.
İqtisadçı-ekspert Natiq Cəfərli fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, ölkədə paralel strukturlar yaradılır, açıq-aşkar görünür ki, köhnə, ənənəvi dövlət-hökumət qurumları islaholunmaz səviyyəyə qədər korlanıblar.
Onun fikrincə, bunu o zaman alqışlamaq olardı ki, bu, ümumi strategiyanın tərkib hissəsi olardı, paralellik aradan qalxardı, yeni qurumlara verilən səlahiyyətlər köhnə strukturlardan alınardı - amma bu baş vermir, çox təhlükəli "paralel dövlət" modeli qurulur: “Daha betəri odur ki, qanunlara görə pulsuz xidmət göstərməli olan dövlət-hökumət qurumları rüşvət çirkabına batıblar deyə, indi paralel publik qurumlar yaradıb həmin xidməti vətəndaşa pulla göstərirlər-göstərəcəklər.
Daha bir səbəb odur ki, ənənəvi dövlət-hökumət qurumlarında çalışanlara rəsmi yüksək maaş verə bilmirlər, ya da bunu istəmirlər, əvəzində özünümaliyyələşdirən publik şəxslər yaradıb orada işçilərə yüksək maaşı büdcədən deyil, vətəndaşdan yığılan pulla verməyi düşünürlər. Nəticədə, məsələn, əvvəl 150 manatı yekəqarın məmurun cibinə ötürüb 3 günə pasport alırdınsa, indi həmin 150 manatı gülərüz gənc xanıma ödəyib əvəzinə çek alırsan - vəssalam. Vətəndaş necə 150 manat verirdisə, elə də 150 manatı ödəyir. Məhz bu səbəbə görə ASAN, ABAD, DOST kimi kreativ abreviaturalar düşünüb paralel stukturlar qurulur”.
Ekspert onu da vurğulayıb ki, bu gün yeni bir kreativ ad fikirləşiblər - TƏBİB, açması Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi deməkdir. “Bu yeni yaradılan publik şəxsə Səhiyyə Nazirliyinin, demək olar ki, bütün səlahiyyətlərini veriblər. İndi TƏBİB tam qanuni pullu xidmət göstərəcək, həkimin cibinə gedən indi TƏBİB-in kassasına girəcək. Nəticədə əhaliyə pullu tibb xidmət üçün hüquqi əsas yaranacaq. Bir daha təkrar edirəm: Əgər bu addımlar strateji hədəflər üçün atılsaydı dəstək görərdi. Yəni, çıxıb desələr ki, Nazirlər Kabineti artıq atavizmdir, lazım deyil, ləğv ediləcək, sərt vertikala söykənən prezident respublikasında bu orqan artıq gərək yoxdur, sonda birbaşa prezidentə tabe cəmi 5-6 nazirlik və bir neçə publik agentlik olacaq, bu da idarəetmədə yeni mərhələ açacaq - mən bu addımı alqışlayardım. Amma indi bu dördhərifli kreativliyi, paralelliyi dövlət üçün problem, vətəndaş üçün isə əlavə maliyyə yükü kimi görürəm”.
Parlamentin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərkibində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs yaradılması ilə bağlı ölkə prezidentinin imzaladığı fərmanı şərh edib.
“Qafqazinfo”ya danışan deputat bildirib ki, sözügedən fərmanla Azərbaycanda icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar olaraq tibb müəssisələrinin böyük bir hissəsinin idarə olunması agentliyin idarəçiliyinə verildi: “Bu məqsədlə də cənab prezident agentliyin nəzdində TƏBİB publik hüquqi şəxsin yaradılması barədə fərman verdi. Bu, təbii ki, səhiyyə sistemində keçirilən islahatlarla bağlıdır. Məqsəd əhaliyə göstəriləcək tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, tibbi xidmətlərin əlçatanlılığının asanlaşdırılması, maliyyələşdirilmənin optimallaşdırılması bütövlükdə vətəndaşa göstərilən tibbi xidmətin yeni bir modeldə, yəni sığorta sistemində tətbiqinə şərait yaratmaqdır”.
Deputat xatırladıb ki, icbari tibbi sığorta ilə bağlı 2008-ci ildən bu yana işlər həyata keçirilir: “Cənab prezidentin dəfələrlə bu barədə sərəncamı olub. Qanunvericilikdə bununla bağlı dəyişikliklər edilib. Agentlik 2015-ci ildə yaradılıb.
Pilot şəklində Gəncə, Yevlax, Ağdaş və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda icbari tibbi sığorta uğurla tətbiq olunub. Gələn il onun bütün ölkə ərazisində tətbiqi ilə bağlı hazırlıq işləri görüləcək. Bu tibb müəssisələrinin publik hüquqi şəxsin idarəçiliyinə verilməsi, aparılacaq hazırlıq işləri ilə bağlıdır. Bunun üçün vahid informasiya bazası olmalıdır. Kadrlarla bağlı hazırlıq işləri getməlidir. Səhiyyə müəssisələrinin icbari tibbi sığortanın tələblərinə uyğun şəkildə qurulması, müəyyən maliyyələşmə sisteminə hazırlanması üçün sözügedən fərman verilib. Fərmanın icrası səhiyyə müəssisələrinin TƏBİB-ə keçməsi 2020-ci ilin yanvarın 1-dən, qalan məsələlər isə fərman imzalandığı gündən qüvvəyə minir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:07
Füzuli şəhərinə növbəti köç karvanı gedib - (Yenilənib)
Dünən, 19:45
Dünyada 282 milyon insan acdır - BMT
Dünən, 17:46
Dünyada iqlim böhranı başlayır
Dünən, 17:08
İlham Əliyevlə Qırğızıstan prezidenti Füzuli və Ağdamda olublar - (Yenilənib) - Fotolar
Dünən, 14:43
Malıbəylidə kütləvi məzarlıq aşkarlanıb - Fotolar
24-04-2024, 19:29
İran qoşunları Suriyanı tərk edir
24-04-2024, 16:56
Rus ordusu daha bir yaşayış məntəqəsini ələ keçirib
24-04-2024, 16:30
Avropa qeyri-adi vəziyyətlə üzləşib
24-04-2024, 13:21
Azərbaycanda Rusiya əleyhinə ikinci cəbhə olmayacaq
24-04-2024, 09:07
Ukraynanın şərqinə genişmiqyaslı hücum gözlənilir
23-04-2024, 14:10
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
23-04-2024, 11:59
İran və İsrailin bir-birinə mesajı... - Kölgə müharibəsinin yeni mərhələsi başlayıb
23-04-2024, 00:11
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
22-04-2024, 18:36
Zərərli isti dalğası güclənir
22-04-2024, 17:38
ABŞ-nın yardımı Ukraynanı xilas edəcəkmi?
22-04-2024, 14:04
Xəbərdarlıq: nüvə müharibəsi təhlükəsi sovuşmayıb
22-04-2024, 12:00
Bakı və İrəvan arasında ilk: özləri razılaşıblar
22-04-2024, 11:54
Nazirlikdə 143 milyon manatlıq mənimsəmə: "Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik"
22-04-2024, 09:25
Rusiya ordusuna daha 300 min nəfər cəlb olunub
20-04-2024, 10:37
Rusiyalı ekspert: Cənubi Qafqazın Rusiya üçün əhəmiyyəti böyükdür
20-04-2024, 09:12
BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış edib
20-04-2024, 09:06
Blinken 4 kəndin qaytarılması ilə bağlı razılaşmanı alqışlayır
19-04-2024, 20:29
Qəzza müharibəsi qloballaşır
19-04-2024, 17:18
Mustafayevlə Qriqoryan sərhəddə görüşüb - 4 kənd Azərbaycana qaytarılır
19-04-2024, 15:47
Tovuzda 22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin tökərək yandırıb
19-04-2024, 09:19
Bu gün səhərə yaxın İsrail İrana zərbələr endirib
18-04-2024, 14:20
QHT-lər Nobel Komitəsinə məktub göndərib
18-04-2024, 12:24
İsrail İrana zərbəni niyə ləngidir?
18-04-2024, 11:51
46 mindən çox şagird buraxılış imtahanı verəcək
18-04-2024, 11:09
Prezident nazir müavini təyin edib - Sərəncam
18-04-2024, 10:57
60 milyard dollarlıq yardımın önü açılır
18-04-2024, 10:00
Dövlət Departamenti Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə münasibət bildirib
18-04-2024, 00:40
Ermənistan qanunsuz mühacir alverinə qoşulur