15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
COP29-a qarşı kampaniya qəbuledilməzdir - Bəyanat
Tarix: 20-10-2024 21:59 | Bölmə: Slayd
COP29-a qarşı kampaniya qəbuledilməzdir

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi nə qədər müsbət və əhəmiyyətlidirsə, son zamanlar bu tədbirdən sui-istifadə edərək bəzi qrupların Azərbaycana qarşı kampaniya təşkil etməsi bir o qədər iyrənc və qəbuledilməzdir. Biz hesab edirik ki, bu mötəbər tədbir ərəfəsində ölkəmizə qarşı kampaniya təşkil edən qruplar anti-Azərbaycan, anti-Türk qüvvələrdir və Azərbaycanın son illərdə əldə etdiyi uğurları, xüsusilə də işğal altında qalan torpaqlarımızın azad olunmasını, Qələbəmizi heç cür həzm edə bilmirlər”.

Reyting.az
xəbər verir ki, bu sözlər Deportasiya Qurbanları Cəmiyyəti İdarə Heyətinin (DQC) bəyanatında yer alıb.

Azərbaycanın beynəlxalq tədbirlər keçirmək təcrübəsinin olduğuna diqqət çələn sənəddə vurğulanır ki, erməni lobbisi və ermənipərəst xarici dairələrin həyata keçirdiyi anti-Azərbaycan kampaniyası bu əhəmiyyətli işə kölgə sala bilməz:

“COP29 tədbiri ən yüksək səviyyədə həyata keçiriləcək, Azərbaycan növbəti dəfə qlobal iqlim probleminin həllinə öz töhvəsini verəcək”.

Bəyanatda qeyd olunur ki, başda Fransa dövləti olmaqla, bu kampaniyada iştirak edən, xarici dairələr son 35 ildə bir dəfə də olsun, Qərbi Azərbaycandan qovulan 100 minlərlə soydaşımızın dərdindən, itirilən mülklərindən, dağıdılan müqəddəs məscidlərdən, viran qoyulan tarixi ellərimizdən bəhs etməyib, bu, dəhşətli deportasiya aktını beynəlxalq müstəviyə çıxarmağa cəhd göstərməyib: “Erməni dairələrin marağını ifadə edən qüvvələr anlamalıdır ki, onların istəyindən asılı olmayaraq Qərbi Azərbaycandan qanunsuz olaraq deportasiya edilən insanlar günün birində öz ata-baba yurdlarına hökmən qayıdacaqlar. Bu bizim müqəddəs amalımızdır”.

DQÇ xatırladır ki, son 35 ildə indiki Ermənistan ərazisindən ən sərt formada milli, irqi və dini ayrı-seçkiliyə məruz qalan və qovulan azərbaycanlıları unudan xarici dairələrin indi COP29 ərəfəsində fəallaşması onların iç üzünü bir daha ortaya qoyur.

Qərbi Azərbaycan icmasının yaradıldığını, bu qurumun keçən dövr ərzində Qərbi Azərbaycanla bağlı müsbət işlər həyata keçirdiyinə diqqət edən Deprtasiya Qurbanları Cəmiyyəti bəyan edir ki, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyirlər.

E. KAMAL






Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}