15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Britaniyalı polkovnik: Rusiyaya həlledici zərbəni vurmağın vaxtıdır
Tarix: 22-10-2024 14:08 | Bölmə: Dünya
Britaniyalı polkovnik: Rusiyaya həlledici zərbəni vurmağın vaxtıdır

“Rusiyanın Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə cəlb etmək tələbi onun ordusunun qeyri-müəyyən vəziyyətdə olduğunu göstərir. İndi Qərb ölkələri Ukraynanın qələbəsi üçün hər şeyi etməlidir”.

Reyting.az
xəbər verir ki, bunu Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon deyib.

O, rus qoşunlarının əhval-ruhiyyəsini aşağı qiymətləndirir, ödənişlə bağlı problemlərin olduğunu iddia edir.

Bundan əlavə, polkovnik qeyd edib ki, döyüşlər Moskva və Sankt-Peterburqun zəngin sakinləri deyil, əsasən ölkənin şərqindən olan etnik çağırışçılar arasında gedir.

Bildirilir ki, işə cəlb olunanların çatışmazlığı səbəbindən Rusiya rəhbərliyi qoşunlarını Şimali Koreyayanın hesabına gücləndirməli olub. Polkovnik əlavə edib ki, əgər ruslar Şimali Koreya kimi xarici ölkələrdən Ukraynaya qoşun yeritməyi xahiş etməli olsalar, bu, Putinin problem içində olduğuna işarədir. “İndi həqiqətən də Rusiyaya həlledici zərbə vurmağın vaxtıdır”, - deyə Hamiş de Bretton-Qordon bildirib.

Xatırladaq ki, son günlər dünya Ukraynaya qarşı müharibəyə Şimali Koreya hərbçilərinin göndərilməsini aktiv şəkildə müzakirə edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}