13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Bakıda məktəbin hasarı uçub, dərslər dayandırılıb
Tarix: 22-10-2024 11:53 | Bölmə: Xəbərlər
Bakıda məktəbin hasarı uçub, dərslər dayandırılıb

Azərbaycanda müşahidə edilən yağıntılı hava şəraiti səbəbindən Bakının 123 nömrəli tam orta məktəbinin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

Məktəbdən bildirilib ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib:

"Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}