15:19 / 22-10-2024
Bələdiyyələr qrant alacaq
13:15 / 22-10-2024
Sabah yağış yağacaq
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun dəyişib
Tarix: 22-10-2024 15:31 | Bölmə: Xəbərlər
“Daşınar əmlakın yüklülüyü haqqında” qanun dəyişib

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir.

Reyting.az
xəbər verir ki, bununla bağlı “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunur.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}