13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Rusiya jurnalistin meyitini ölkəsinə vermir
Tarix: 22-10-2024 09:53 | Bölmə: Xəbərlər
Rusiya jurnalistin meyitini ölkəsinə vermir

Rusiya Federasiyası müharibə bölgəsində reportaj apardığı zaman itkin düşmüş və bir müddət sonra öldüyü təsdiqlənmiş ukraynalı jurnalist Viktoriya Roşçinanın meyitini hələ də Ukraynaya təhvil verməyib. Oktyabrın 18-də hər iki tərəfdən müharibə zamanı ölənlərin cəsədləri dəyişdirilən zaman da buna cəhdlər olub, lakin jurnalistin cəsədi qaytarılmayıb.

Reyting.az
xəbər verir ki, bunu əsirlərin dəyişdirilməsi məsələləri ilə məşğul olan koordinasiya qərargahının nümayəndəsi Yatsenko bildirib.

Onun sözlərinə görə, V. Roşçinanın ölümündən dərhal sonra onun cəsədinin qaytarılması üçün işlərə başlasalar da, buna nail ola bilməyiblər. “Hamısı qarşı tərəfdən asılıdır. Təəssüf ki, müharibədə həyatını itirən jurnalistin cənazəsinin geri qaytarılacağı tarixini dəqiq söyləyə bilmərik", - deyə Yatsenko əlavə edib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}