Kütləvi turizmə qarşı etiraz aksiyası keçirilib
Tarix: 22-10-2024 09:04 | Bölmə: Xəbərlər
Kütləvi turizmə qarşı etiraz aksiyası keçirilib

İspaniyanın Kanar adalarında minlərlə insan kütləvi turizmə qarşı etiraz aksiyası keçirib.

Reyting.az
xəbər verir ki, “Kanar adalarının sərhədi var!” şüarı ilə toplaşan nümayişçilər arxipelaqın yeddi əsas adasındakı turistik yerlərə yürüş ediblər.

Turizmə məhdudiyyət qoyulmasını tələb edən nümayişçilər Kanar adalarından biri olan Tenerife çimərliyində aksiya keçiriblər.

“Bu çimərlik bizimdir!”,- deyən fəallar günəş vannası qəbul edən turistləri həm təəccübləndirib, həm də qorxudublar. Həftə sonu 10 min insanın iştirak etdiyi etirazlar, arxipelaqda mənzil qiymətlərinin azalmasına və işçi qüvvəsinin ucuzlaşmasına reaksiya verən aprel etirazlarının davamı olub.

Qeyd edək ki, Afrikanın şimal-qərb sahillərində yerləşən Kanar adaları bütün il boyu dənizi və günəşli havası ilə 2023-cü ildə 16,2 milyon turisti özünə cəlb edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}