17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Sumqayıtda müəssisədə partlayış olub - Yaralılar var
Tarix: 24-10-2024 12:41 | Bölmə: Slayd
Sumqayıtda müəssisədə partlayış olub - Yaralılar var

Sumqayıt şəhərində yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

Məlumata görə, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}