17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Rusiya peykini naməlum obyektlər izləyir
Tarix: 24-10-2024 19:13 | Bölmə: Xəbərlər
Rusiya peykini naməlum obyektlər izləyir

Rusiyanın "Intelsat-33e" peyki yaxınlığında naməlum kosmik obyektlər aşkar edilib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, "Roskosmos" şirkətinin məlumatına görə, "Intelsat-33e" telekommunikasiya peyki yaxınlığında təxminən 20 naməlum kosmik obyekt aşkarlanıb. Mütəxəssislər naməlum obyektlərin Rusiya cihazlarına təsirini qiymətləndirmək məqsədi ilə bu gəmiləri izləməkdə davam edirlər.

Rusiyalı alimlərin hesablamalarına görə, bu il oktyabrın 19-dan başlayaraq peykin orbital müstəvisində görünən naməlum obyektlərin Rusiya peykini təqib etməsi şübhəsiz ki, bu obyektlərin Yer ölkəsinə, yəni Rusiyaya təsirini qiymətləndirmək üçündür və məhz həmin məqsədlə onları izləyirlər.

Dövlət korporasiyasının hadisə ilə bağlı son məlumatında deyilir:

"Mütəxəssislər hər şeyi dəqiqləşdirmək üçün koordinat məlumatları toplamaqda davam edirlər. Hazırda öz işimizi görürük və müəyyən edilmiş bu kosmik obyektlərin orbital parametrlərini öyrənirik".

Bildirilir ki, naməlum obyektlər stabil izləmə rejiminə, nəzarətə götürüldükdən sonra Rusiya dövlətinin orbital bürcünün peykləri ilə potensial və çox ciddi kosmik təhdid olaraq təhlükəli qarşılaşmaların hesablamalarına daxil ediləcək.

Qeyd edək ki, Rusiya istehsalı olan "Intelsat-33e" peyki 2016-cı ilin avqustunda Qviana Kosmik Mərkəzindən buraxılıb. Ondan Avropa, Afrika, Yaxın Şərq, Asiya və Avstraliyada kosmik təyinatı üzrə telekommunikasiya xidmətləri göstərmək üçün istifadə olunur.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}