17:55 / 24-10-2024
İranda zəlzələ baş verib
12:55 / 24-10-2024
Sabah yağış yağacaq
Avropa Liqası: "Qarabağ" "Ayaks"a uduzub
Tarix: 24-10-2024 22:45 | Bölmə: Xəbərlər
Avropa Liqası: "Qarabağ" "Ayaks"a uduzub

Avropa Liqasının Liqa mərhələsinin III turunda “Qarabağ” bu gün Niderlandən məşhur komandası "Ayaks"ı Bakıda sınağa çəkib.

Reyting.az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda 20:45-də başlayan oyunun 15-ci dəqiqəsində "Qarabağ"dan Julio Romao kobud oyuna görə qırmızı vərəqə alıb.

10 nəfərlə qalan "Qarabağ" 35-ci dəqiqədə qapısında qol görüb - 0:1.

İlk hissə bu hesabla başa çatıb.

74-cü dəqiqədə qonaqlar penaltidən fərqi artırıb - 0:2.

Bu qoldan 3 dəqiqə sonra qonaqlar daha bir qola imza atıb - 0:3

Oyun bu hesabla başa çatıb(Mia.az).





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}