“Azərbaycan Türkiyə ilə NATO çərçivəsində də əməkdaşlıq etməlidir” - Sülhəddin Əkbər
Tarix: 08-01-2021 17:34 | Bölmə: Slayd
“Azərbaycan Türkiyə ilə NATO çərçivəsində də əməkdaşlıq etməlidir”

“Türkiyənin NATO Çevik Qüvvələrinə komandanlıq etməsi Azərbaycan üçün də avantajdır. Öncədən bəlli idi ki, 2021-ci ildə NATO Çevik Qüvvələrinə komandanlığı Türkiyə öz üzərinə götürəcək. Bundan əvvəl həmin qüvvələrə Almaniya və Polşa rəhbərlik etmişdi”.

Bunu Reyting.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, rəsmi məlumata rast gəlməsə də, 2021-ci ildə Qara dənizdə NATO filosuna komandanlıq da Türkiyəyə təklif edilib.


S. Əkbər

Partiya sədri xatırladıb ki, 2014-cü ildə Ukrayna böhranından sonra NATO-nun Çevik Qüvvələrinin yaradılması haqqında qərar verilib: “Beləcə, bu qüvvələr yaradıldı və onun tərkibində xüsusi yüksək hazırlıqlı özəl tapşırıqlar yerinə yetirən qüvvə var. Söhbət bu qüvvələrdən gedir. Təsəvvür edin ki, bu qüvvə Polşa ərazisində yerləşir və böhranlı vəziyyətdə - münaqişə yaranacağı təqdirdə Rusiya ordusu ilə toqquşacaq ilk cəbhəni təşkil edir. İndi bu qüvvələrin komandanı Türkiyədir. Azərbaycan sözsüz ki, bu faktı - NATO daxilində Türkiyənin çəkisinin artdığını nəzərə almalıdır. Onsuz da, Türkiyə buna qədər NATO-da ikinci əsas ordu kimi qəbul olunurdu. Amma Türkiyənin Çevik Qüvvələrə komandanlıq etməsi həm də qardaş ölkənin nüfuzunun artması anlamına gəlir”.

S. Əkbər bildirib ki, ABŞ-da C. Baydenin hakimiyyətə gəlişindən sonra Rusiya məsələsi gündəlikdə olacaq: “Yəni Rusiya hədəf ölkəsinə çevriləcək. Odur ki, Azərbaycan da NATO ilə əməkdaşlığı yüksək səviyyəyə qaldırmalıdır. Türkiyə bu qurumda əsas aparıcı qüvvələrdən biridir. Düzdür, Tramp dövründə NATO-ya kifayət qədər zərbə vurulub, amma Bayden çalışacaq ki, NATO-nun əvvəlki nüfuzunu bərpa etsin. Biz Türkiyə ilə NATO çərçivəsində də əməkdaşlıq etməliyik. Eyni zamanda NATO ilə yeni strateji münasibətlər qurmalıyıq. Bunun üçün konkret standart formalar da mövcuddur. NATO-nun Gürcüstanla, Ukrayna ilə proqramları var. Biz də belə proqramlardan birinin anoloquna qoşula bilərik. Eləcədə, yeni variantın hazırlanması mümkündür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}