Azərbaycanlı aktrisa yeni klipini təqdim edib - Video
Tarix: 11-12-2019 22:53 | Bölmə: Şou-biznes / Xəbərlər
Azərbaycanlı aktrisa yeni klipini təqdim edib

“Vicdan haqqı” serialında Larisa obrazı ilə məşhurlaşan aktrisa Çimnaz Sultanova daha bir klipini təqdim edib.

Reyting.az
xəbər verir ki, Çimnaz bu dəfə musiqisi və sözləri Miro İsgəndərova məxsus “Yeni il” mahnısını ekranlaşdırıb.

Ekran işinin rejissoru Nicat Alışovdur.

Yeni il ab-havalı olan klipin çəkilişlərində Çimnaz yenə də seksual səhnə obrazı ilə diqqətləri üzərinə cəlb edib. Divanda uzanan Çimnazın üstünə göydən 100 avroluq əskinaslar səpilib.

Ekran işi studiyaların birində lentə alınıb.

Qeyd edək ki, bu, Çimnaz Sultanovanın müğənni kimi sayca üçüncü işidir.(Oxu.Az)





Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}