12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
UEFA reytinqi: ilk 15-lik bəlli olub - Türkiyə bir pillə irəliləyib
Tarix: 04-08-2023 10:39 | Bölmə: Xəbərlər / İdman
UEFA reytinqi: ilk 15-lik bəlli olub - Türkiyə bir pillə irəliləyib

Türkiyənin Avrokuboklarda mübarizə aparan təmsilçiləri “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Adana Dəmirspor”un son qələbələri ölkənin reytinqini artmasına səbəb olub.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə komandalarının son qələbələrindən sonra ölkə 13-cü yerdən 12-ci yerə yüksəlib.

Xatırladaq ki, "Qalatasaray" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Zalgiris"i 1:0, Konfrans Liqasında "Fənərbaxça" "Zimbru"nu 4:0, "Beşiktaş" "Tirana"nı 2:0, "Adana Dəmirspor" isə "Kluj"u 2:1 hesabı ilə məğlub edib.

Əldə olunan bu nəticələrdən sonra Türkiyə UEFA-nın ölkə xal sıralamasında 12-ci yerdə qərarlaşıb. Türkiyənin 28.350 xalı var.

UEFA-nın açıqladığı ilk 15-lik belədir:

1- İngiltərə: 88,928

2- İspaniya: 75,927

3- İtaliya: 71,569

4- Almaniya: 69,552

5- Hollandiya: 52,300

6- Fransa: 51,914

7- Portuqaliya: 46,899

8- Belçika: 35.200

9- Şotlandiya: 30,650

10- Avstriya: 29.000

11- İsveçrə: 28,475

12- Türkiyə: 28.350

13- Serbiya: 27,175

14: Ukrayna: 25.000

15: Norveç: 24,750.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər