20:08 / 25-09-2023
Rusiyanın Cənubi Qafqaz siyasəti müzakirə olunub
19:29 / 25-09-2023
Xankəndidə partlayış olub, xəsarət alanlar var
19:25 / 25-09-2023
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
18:17 / 25-09-2023
Gizli oyun aşkara çıxır: Rusiya Erməniləri İttifaqı Paşinyanın istefasını tələb edir
18:00 / 25-09-2023
Ermənilər Əsgəranı boşaldır
18:00 / 25-09-2023
Misirdə prezident seçkisinin vaxtı açıqlanıb
17:50 / 25-09-2023
Son bir həftə ərzində 229 nəfər COVID-19-a yoluxub
17:41 / 25-09-2023
Xankəndi ilə bağlı birgə işçi qrup yaradılacaq
17:36 / 25-09-2023
Əliyevi uğurlu antiterror əməliyyatına görə təbrik ediblər
17:17 / 25-09-2023
Ermənilərin döyüş texnikası və silah-sursatı müsadirə olunub - Video
17:13 / 25-09-2023
Səbuhi Məmmədlinin səhhəti yenidən pisləşib
17:01 / 25-09-2023
Rusiyanın “S-400”-ləri dünya bazarına çıxa bilməyəcək
16:59 / 25-09-2023
Ərdoğan: "Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb"
16:53 / 25-09-2023
Prezident: "Qarabağ bölgəsində yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır"
16:51 / 25-09-2023
Prezident: “Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi”
16:49 / 25-09-2023
Naxçıvanda Türkiyə-Azərbaycan 3-cü Enerji Forumu keçiriləcək
16:45 / 25-09-2023
Rusiya ilə gərginlik ABŞ-dan İrəvana səfərləri artırıb
16:30 / 25-09-2023
Ağdərə tam olaraq Azərbaycan dövlətinin nəzarətinə keçib
16:17 / 25-09-2023
Əliyev Ərdoğan Naxçıvanda: qaz boru kəmərinin təməlqoyma mərasimi olub (Yenilənib)
16:00 / 25-09-2023
NATO: Kosovoya müdaxilə etməyə hazırıq
15:52 / 25-09-2023
Məktəblini döyən icra başçısının keçmiş müavini internat məktəbinə direktor təyin olunub
15:45 / 25-09-2023
Deputat: "Rusiyadan Ermənistan dövlətçiliyinin məhvinə çağırış edirlər"
15:44 / 25-09-2023
Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib - Fotolar
15:22 / 25-09-2023
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilib - Yenilənib
15:14 / 25-09-2023
Moskva ilə İrəvan arasında diplomatik gərginlik davam edir
15:04 / 25-09-2023
Xocalıda erməni nümayəndələri ilə görüş başa çatıb - Fotolar
14:51 / 25-09-2023
Rus hərbçiləri ingilis əsgərə dəhşətli işgəncə verib
14:38 / 25-09-2023
ABŞ vətəndaşı Tehran həbsxanasında ölüb
14:33 / 25-09-2023
Batırılan Yaponiya təyyarədaşıyanının yeri müəyyən edilib - Video
14:30 / 25-09-2023
Şəhid polkovnik-leytenant dəfn edilib - Fotolar
14:13 / 22-09-2023

20:55 / 20-09-2023

01:31 / 22-09-2023

22:34 / 20-09-2023

23:43 / 20-09-2023

21:37 / 21-09-2023

21:13 / 22-09-2023

23:45 / 22-09-2023

23:49 / 21-09-2023

23:26 / 23-09-2023

20:48 / 23-09-2023

21:13 / 24-09-2023

Ezamiyyə - Akif Abbasov yazır
Tarix: 19-09-2023 11:19 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Nəzərin ən çox xoşuna gəldiyi söz “ezamiyyə” idi. Ezamiyyədən ötrü sinov gedirdi. Rayonlarda yaxşı qonaqlıq verirdilər: kabab kabab üstündən, tikə, lülə, balıq, hinduşka, nə bilim nə… Camış qatığı, toyuq bulyonu, yağlı qoyun pendiri, mürəbbəli çay… Mehmanxana xərci, yol haqqı da onların boynuna. Arayış yazmaq üçün də baş sındırmaq lazım gəlmirdi. Özləri hazırlayıb qoyurdular portfelinə. Geri qayıdanda ağ balıqdan, qoz-fındıqdan, beçə balından, qara kürüdən (son zamanlar çox bahalaşdığından qəhətə çıxıb), qoyun cəmdəyindən maşının arxasındakı yük yerinə qoyurdular. İşdə də mühasib yol pulunu, mehmanxana, gündəlik yemək xərcini hesablayıb verirdi sənə.
Kim istəməzdi belə ezamiyyədə olmağı?! Hələ üstəlik yoxlama apararkən cibinə xərclik də qoyurdular. Bir də ki hansı sərfəli idi: işdə hərədən bir buyruq almaq, nə vaxt gəldiyini, nə vaxt getdiyini, nə ilə məşğul olduğunu nəzarətə almaları, yoxsa sərbəst gəzib-dolaşmaq? İşdə isə günortalar evdən gətirdiyin şor-çörəyi, yaxud soyutma yumurtanı, yağ-pendiri, bəzən də kotletlə çörəyi çıxarıb qoyurdun ortalığa. Durub özünçün çay süzürdün, ya da qızlardan xahiş edirdin sənə çay versinlər. O da qalırdı onların insafına. Ya daldada, yainki ürəklərində söylənə-söylənə sənə çay gətirələr, ya gətirməyələr.
Ezamiyyətdə olanda isə… heç kim sənə nəzarət etmir. İstədiyin zaman yuxudan oyanır, istədiyin vaxt mehmanxanaya qayıdırsan. Qulluğunda dururlar. Hamıdan sən tələb edirsən - bunu gətir, onu göstər.
Moskvada, Sankt-Peterburqda, Kiyevdə və daha haralarda ezamiyyətdə olmağın da bir özgə ləzzəti var. Düzdür, orada sənin qulluğunda duran olmur, əksinə, sən özün Bakıdan kiməsə pay-pürüş aparırsan. Mehmanxananın da, təyyarənin də, yeməyinin də pulunu mühasibatlıqdan sənə verilən ezamiyyə xərcinin hesabına ödəyirsən. Həm də o yerlərdə yoxlama aparmırsan, səni öyrənməyə, hesabat verməyə, konfranslarda çıxış etməyə, özünü təkmilləşdirməyə göndərirlər.
Nə olsun… ezamiyyə ezamiyyədir. Oralarda da sərbəst olursan, müdiriyyətin əli sənə çatmır ki, buyruq versin, tənbeh etsin. Sonra univermaqlara, mağazalara dəyir, özünə, ailə üzvlərinə əyin-baş alırsan. Satmaq üçün üç-dörd dənə pal-paltardan götürəndə bir az qabağa da düşürsən.
Hələ belə ezamiyyətin bir üstünlüyü də var. Bu barədə sonra…
Nəzər düşüncələrdən ayrıldı. Təyyarə artıq “Domodedovo” hava limanında yerə enirdi. Nəzər baqaja bir şey vermədiyindən çox gözləməli olmadı. “Diplomat” çamadanını, əl çantasını götürüb avtobus dayanacağına sarı getdi. Təxminən bir saat sonra Nəzər “Orlyonok” mehmanxanasında özünə yer aldı. Qabaqcadan yer sifariş verildiyindən çətinliyi olmadı.
Çöldə qar yağırdı. Külək əsdiyindən bu, şaxtanın təsirini bir az da artırırdı. Həyətdə qızlar, oğlanlar qar topu oynayır, xizəkdə sürüşürdülər. Ətraf, binaların yan-yörəsi, üstü, ağacların budaqları qar örtüyünə bürünmüşdü. Çöldəki havanın təsiri içəridə hiss olunmurdu. Qızdırıcılar işlədiyindən otaq isti idi.
Nəzər paltosunu, şərfini, papağını, sonra da pencəyini çıxarıb şifonerdəki asılqandan asdı. Ayqqabılarını soyunub başmaqlarını geydi. Hamama girib sabunlandı, üz-gözünə su vurdu. Sonra özüylə gətirdiyi telefon kitabçasını açıb bir-iki moskvalı tanışlarına zəng çalmağa başladı. İki-üç zəngdən sonra, nəhayət, Viktoriyanı evdə tapdı. Nəzər tez:
- Vika, eto ya, Nazar, ya tolko şto priyexal… Kak pocivayeş? Znayeş kak ya skuçal po tebe?
Söhbətləri alındı. Viktoriya onun suallarına səmimi cavablar verdi, dəvətini qəbul etdi. Nəzərin uçmağa qanadı yox idi. Hələ on gün Moskvada olacaqdı. Təzə tanış tapınca Viktoriya, ya da köhnə dostlarından kimsə - Nataşa, Valya, Nadya ona lazım idi. Moskvaya gələsən burada darıxıb gedəsən, adama nə deyərlər?!. Qayıdanda iş yoldaşları onu sorğu-suala tutacaqdılar: “Kimi gördün? Kiminlə tanış oldun?”
Viktoriya uzağı yarım saata burada olacaqdı. Nəzər tez süfrə açmaqla məşğul oldu. Araq, soyutma toyuq, göy-göyərti çıxartdı. Bufetə düşüb pivə, pendir, mineral su, şaftalı şirəsi, sosiska, xardal və çörək gətirdi. Rus qızları konyakı xoşlamadıqlarından gələndə özü ilə bir-iki şüşə araq gətirərdi. Sonra lazım olanda buradan da alırdı. Moskvanın özündə yaxşı araqlar olurdu. Bakıdan arağı özünə yük eləməyi də səbəbsiz deyildi. Buralarda araq üstə növbə olurdu.
Nəzər süfrəni düzəldib yanını yerə təzəcə qoymuşdu ki, qapı döyüldü. Ayağa qalxıb açdı. Viktoriya idi. Nəzəri görüb onun boynuna sarıldı:
- Oy Nazar,..lyubimçik…
Març Nəzərin bu üzündən, març o biri üzündən.
…Zalım balalarının özlərini adama istətmək qabiliyyətləri var da. Yoxsa bizimkilər kimi. Dilləri acıdı. Sifətlərini də mart ayı kimi bozardırlar. Ürəyindən bunları keçirən Nəzər tez Viktoriyanı qolları arasına alıb fırlatdı və dodaqlarından öpdü:
- Vika, daraqaya, kak ya rad…
Geri dönüb güzgüyə baxanda gülməkdən qəşş elədi. Dodaqları və yanaqları qıpqırmızı idi. “Olsun da, hara çıxıram, otaqdayam». Sonra öz-özünə: «Mələk xanımın gözlərindən iraq!” - deyə fikirləşib tez qonağına yer göstərdi.
- Sədist, Viktoriya, daraqaya…
Köhnə tanışlar süfrə başına keçdilər. Hal-əhval tutdular. Televizorda maraqlı film gedirdi. Tamaşa edə-edə bir-birinin sağlığına hey badə qaldırırdılar. İkinci araq şüşəsinin də ağzı açıldı. Nəzər qıza, qız da ona bir-birlərindən ötrü necə darıxdıqlarından danışır, arada qucaqlaşırdılar.
Bax beləcə köhnə tanışlar həmin gecəni bir yerdə keçirdilər. Ertəsi gün Viktoriya işə, Nəzər isə ezam olunduğu nazirliyə yollandı. Vədələşdilər ki, axşam bir yerdə olsunlar. Sonrakı günləri həm də restoranlarda, teatrlarda keçirirdilər. Dörd gün sonra Nəzər Viktoriyadan doyduğunu, daha onu istəmədiyini başa düşdü. Viktoriya da bunu hiss edib ertəsi gün daha gəlmədi və Nəzər bütün günü gah Valyanı, gah Nadyanı, gah da Nataşanı telefonla axtarandan sonra axır ki, Nadyanı tapdı və ondan bir gün sonra görüşmək razılığını aldı.
Nəzər əyin-baş bazarlığı etmək üçün evdən götürdüyü pulların başına daş sala-sala Nadya ilə restoranda görüşdü. Burada yaxşıca yeyib-içdilər, rəqs etdilər. Sonra da qızı mehmanxanaya gətirdi. Nadyanı saxlayıb sorğu-suala tutmasın deyə, yüz rubl da qapıçıya verdi.
Günləri bir-birindən xoş keçirdi. Səhərlər nazirlikdə, axşam eyş-işrətdə. Nəzər bazarlıq siyahısını tamam unutmuşdu. Geri qayıtmağa bir gün qalmış əl-ayağa düşdü. Bəzi şeyləri aldı, çoxuna pulu çatmadı. Mehmanxanaya da gec gəlib çıxdı. Nadya xeyli gözləyib çıxıb getmişdi. Viktoriya ilə müqayisədə Nadya daha gözəl idi. Uzun saçları vardı. Beli nazik, sinəsi qabarıq idi. Sifət cizgiləri də adama xoş gəlirdi. Zövqlə geyinir, özünü ədəbli aparır, sən deyən çox içmirdi.
Axşam saat onun yarısı olardı. Nəzər telefonun dəstəyini götürüb Nadyanın nömrəsini yığdı. Nadya yorulduğunu, həm də gec olduğunu bəhanə gətirərək, gəlməkdən boyun qaçırdı. Nəzər bu gün Moskvada axırıncı gecəni keçirəcəkdi. Bir də allah bilir nə zaman buraya yolu düşəcəkdi. Möhkəm acmışdı. Yemək də, içmək də vardı. Amma tək olduğundan boğazından yemək keçmirdi. Nadya gəlmədi. İnciyib. Valya tapılmır ki, tapılmır. Nataşa Orenburqa - dayısıgilə gedib. Əlac Viktoriyaya qalırdı, ancaq onu da incik salmışdı. Təzə qızlarla tanış ola bilməmişdi. Bəs indi necə olsun?
Ümidsiz halda Viktoriyaya zəng etdi. Qızın səsindən incikliyi hiss etdi. Bu neçə gündə Nəzər onu yada salmamışdı. Nəzər anladı ki, düzgün hərəkət etməyib. Şirin dilini işə saldı. Bildirdi ki, vaxtı az olub. Mehmanxanaya da bax bu günkü kimi gec qayıdıb. Sonra əlavə etdi:
- Vika, əzizim sabah yola düşürəm. Görürsən, gələndə də birinci yadıma sən düşdün. Axtarıb tapdım. Gedəndə də istəyirəm yanımda sən olasan. Bunu qiymətləndirmək lazımdır.
Vitktoriya susurdu. Nəzər başa düşdü ki, o, tərəddüd edir. Sözlərinin səmimiliyinə onu inandıra bilsə, hökmən gələcək. Odur ki davam etdi:
- Səhər yediyimin üstündəyəm. Görürsən, heç yeməyə də vaxtım olmur. Nə etməli, iş adamıyam. Oturub səni gözləyirəm. Gəlməsən, ac yatmalı olacağam. Boğazımdan yemək keçmir…
Viktoriya axır ki, daşı ətəyindən tökdü, gəlməyə razılıq verdi. Köhnə tanışlar mehmanxananın təkadamlıq nömrəsində dünyanın dərd-qəmindən uzaq deyib-gülür, şənlənir, yeyib-içir, rəqs edirdilər. Həm də səs-küy salmamağa çalışırdılar. Kənar şəxslər uzağı saat on birə qədər mehmanxanada qonaq qala bilərdilər. Xoşbəxtlikdən Viktoriya nömrəyə keçəndə növbətçi qadın aşağıya - birinci mərtəbəyə müdiriyyətə hesabat verməyə gedibmiş.
Viktoriya ilə Nəzər divanda yanaşı oturmuşdular. Televizora baxırdılar. Nəzər bayaqdan işığı söndürmüşdü. Otağı televizorun ekranından düşən işıq işıqlandırırdı. Keflənmiş Nəzər Viktoriyaya öz ürəyini açırdı:
- Sabah gedirəm, Vika. Sənə o qədər öyrəşmişəm ki, bilmirəm orada necə dözəcəyəm…
Viktoriya zarafatla:
- Şəklimi verim, darıxanda baxarsan.
Nəzər kövrələrək:
- Şəkil axı cansızdır, Vika. Sənin bu gözəl saçların, göy gözlərin, ağappaq dərin…Bəs bunları haradan alım?!
Viktoriya:
- Onda məni də özünlə apar.
Nəzər sanki yatmışdı, oyandı. Onun sözlərini gerçək sanıb narahat oldu. Gözlərinin qarşısında arvadı Mələk, uşaqları, qayınanası Nisə canlandı. Öz-özünə: “Dərimə saman təpərlər”, - deyə düşünüb:
- Bilirsən, Vika, aparardım. Ancaq hara aparım? Bizim arvadlar yaman qısqanc olurlar. Heç sənin şəklini də arvadıma göstərə bilmərəm.
Viktoriya özünü sındırmadan:
- Nazar, doroqoy, bir zarafatdır elədim…
Nəzər başını onun çiyninə qoydu. Gözləri yaşarmışdı. İçki də öz təsirini göstərmiş, onu kövrək etmişdi. Viktoriya onun doluxsunduğunu görüb nəvaziş göstərdi. Nəzərin saçlarına sığal çəkdi. Nəzər başını əyib göz yaşlarını Viktoriyanın açıqda qalmış sinəsinə tökdü. Viktoriya onu qucaqlayıb:
- Nazar, milıy, daha bəsdir. Dur, yataq. Sabah yola düşəcəksən. Dünyanın axırı deyil ki…
Viktoriya televizoru söndürdü. Qaranlıq otaq onları ağuşuna aldı...
* * *
Yatıb yuxuya qalmışdılar. Nəzər saata baxıb tələm-tələsik geyindi. Aşağı düşüb bir saatdan sonra nömrəni təhvil verəcəyini bildirdi. Geri qayıdanda Viktoriyanı geyinmiş gördü. Bir-iki tikə yemək yeyib xudahafizləşdilər. Viktoriya işə getməli idi.
Moskvada günləri nə qədər xoş keçsə də, Nəzər Bakıdan, ailəsindən ötrü darıxmışdı. Təyyarədən düşən kimi acgözlüklə şəhəri seyr etməyə başladı. Avtobus gözləməyə səbri çatmadı. Taksiyə oturdu. Evə gələn kimi hamı başına yığışdı. Hətta qayınanası Nisə də eşidib gəlmişdi. Xoş-beşdən sonra arvadı Mələyin ərinə birinci sualı bu oldu:
- Yazdıqlarımı ala bildin?
Nəzərin boğazı qurudu. Cavab verməkdə çətinlik çəkdi. Necə deyəydi ki, pulları Viktoriyaya, Nadyaya xərcləyib. Bir təhər özünü ələ alaraq:
- Hamısını yox, bəzilərini almışam, - dedi.
Mələk:
- Yaxşı, baxarıq, görək nə almısan. İndi isə get, əyin-başını dəyiş, hamama nə lazımdırsa qoymuşam. Alt paltarına kimi hamısını at paltar maşınının içərisinə. Özün də gir duşun altına. Mehmanxanadır, oteldir, moteldir, nədir, başım belə şeyləri götürmür, özün bilirsən. Evə bit-birə gətirərsən…Di, tərpən…Mən də gedim yemək hazırlayım.
Nəzər hələlik yaxşı qurtardığını düşünüb tez hamama girdi. Lüt anadangəlmə olub ilıq suyun altında dayandı. Qurulanıb təmiz paltarları əyninə geydi. Sonra fikrə getdi: “Alınan şeylərə baxandan sonra, arvad pulun qalanı ilə maraqlanacaq. Nə cavab verəcəyəm?! Gərək deyəm borc vermişəm. Onda da soruşacaq: kimə? Bəlkə deyim oğurlayıblar. Onda deyəcək: fərsizsən…Əşi, cəhənnəmə desin. Başqa əlacım yoxdur…Yorulmuşam, acam, bu məsələləri sonra yoluna qoyaram”.
Yeməyini yeyəndə Mələk Nəzərin başının üstünü kəsdirdi:
- Ay Nəzər, elə aldığın onlardır?!
Nəzər udqundu. Az qala yemək boğazında qalacaqdı.
- Ay arvad, nə tapmışam, onu da almışam da…
- Bəs pulun qalanı hanı?
Nəzərin ən çox qorxduğu bu idi. Birdən qeyri-ixtiyari:
- Borc vermişəm, - sözləri çıxdı.
Arvad təəccüblə:
- Pulun artıq düşmüşdü? Burada borc alıb, Moskvada borc verirsən? Kim idi o bəxtəvər? Sən almadığın şeyləri gedib sənin pullarına alıb…
- Yaxşı görək, ay arvad, heç allahına şükür eləmirsən. Sağ-salamat gəlib çıxmışam evə. Birdən təyyarə havada partlasaydı, bu aldıqlarımı da görməyəcəkdin….
Mələk matı-mutu qurumuş halda durub ona baxırdı. Nə isə demək istəyirdi ki, Nəzər onu qabaqladı:
- Arvad, yorulub ölürəm. Bir az yatım, durandan sonra danışarıq.
Nəzər belə deməklə həm də vaxt qazanmaq istəyirdi. O, keçib yatağa uzandı. Dərhal da yuxuya getdi. Mələk rezin əlcəklərini geyib ərinin əynindən çıxanları paltaryuyan maşına saldı və maşının düyməsini basdı.
Mələk taxta tutacaqla paltarları ora-bura çəkəndə birdən əl saxladı. Əvvəlcə gözlərinə inanmadı. Sonra cəld əyilib Nəzərin əynindən çıxardığı qısa alt tumanını götürüb baxdı. Qıraqları zərlə işlənmişdi. Mələk az qala dəli olacaqdı: “Bu ki qadın tumanıdır. Nəzərin əynində nə gəzir?”
Sonra öz alt paltarlarını gözü önünə gətirdi. Bəlkə çaşıb öz alt tumanını Nəzər üçün dəyişik qoyub. Yox, beləsindən onun yoxdur. Deməli…
Mələk hövlnak özünü Nəzər yatan otağa saldı. Ərini dümsükləyərək hönkürdü və ucadan bağıraraq:
- Nəzər! Nəzər! - deyə onu çağırdı. - Səni görüm nəzərə gələsən, Nəzər!
Nəzər cəld ayağa sıçradı. Arvadının nə üçün belə bağırdığını və ağladığını başa düşməyərək:
- Dedim ki, qoyun bir az yatıb özümüzə gələk! Nə xəbərdir?
Mələk göz yaşları içərisində əlindəkini göstərərək:
- Nəzər, bu nədir?
Nəzər heç nə başa düşməyərək:
- Məndən niyə soruşursan? Alt tumanıdır da, - dedi.
Mələk:
- Kimindir, Nəzər? - deyə xəbər aldı.
- Mən nə bilim kimindir. Falçıyam? Yəqin səninkidir.
Mələk hiddətlə:
- Yox, Nəzər, bu sənin əynindən çıxıb! Sənin!
Nəzərin rəngi ağardı. Yalnız bu sözlərdən sonra fikir verib gördü ki, bu alt tumanı ona tanış gəlir. Öz-özünə: “Viktoriyanın alt tumanı burada nə gəzir?” - sualını verdi. Sonra yadına düşdü: “Ey dadi-bidad, səhər tələsdiyimdən baxmayıb əynimə keçirmişəm. Yəqin Viktoriya da mənimkini geyib gedib”.
Nəzərin key-key onun üzünə baxdığını görən Mələk zənnində yanılmadığına bir daha əmin olaraq, bir az da səsini qaldırdı. Alt tumanını göstərərək:
- Mən də deyirəm bu kişinin niyə ezamiyyədən ötrü ürəyi gedir. Buna görə, o rus qızlarına görə tez-tez ezamiyyətə gedirsən? Səninləyəm cavab ver!
Suala cavab tapa bilmədiyindən Nəzər susurdu.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər