Rövnəq Abdullayev AFFA-dan gedir
Tarix: 01-03-2024 16:13 | Bölmə: Xəbərlər
Rövnəq Abdullayev AFFA-dan gedir

AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki Konfransında namizədliyini irəli sürməyəcək.

Reyting.az
 xəbər verir ki, o, bu barədə Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib.

Toplantıda bir neçə məsələ müzakirə olub və qərarlar qəbul edilib:

1. AFFA-nın Növbəti Hesabat-Seçki Konfransı 2 aprel tarixinə təyin edilsin;

2. Müvafiq müraciətə əsasən, adları aşağıda göstərilən futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

- İsmayıl Əliyev

- Esmiralda Ələkbərova (həkim)

- Qara Qarayev

- İqor Ponomaryov

- Vaqif Sadıqov

- Maşallah Əhmədov.

Qeyd edək ki, “Kəpəz” Futbol Akedemiyasının tikintisi ilə bağlı İcraiyyə Komitəsinə hesabat təqdim edilib.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}