Ordu generalı Belarusa getdi
Tarix: 14-05-2019 15:53 | Bölmə: Xəbərlər
Ordu generalı Belarusa getdi

Azərbaycan Ordusunun Raket və artilleriya qoşunları komandanı, general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” VIII beynəlxalq elmi konfransda iştirak edəcək.Sərgi mayın 18-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}