Elmar Vəliyevlə şöbə müdiri arasında insident yaranıb
Tarix: 20-10-2016 14:28 | Bölmə: Xəbərlər


Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsən Məmmədov tutduğu vəzifədən azad edilib. Bunu icra hakimiyyətindən də təsdiqləyiblər.

Reyting.az Unikal.org-a istinadla xəbər verir ki, H.Məmmədovun işdən azad edilməsinə səbəb icra başçısı Elmar Vəliyevlə aralarında yaranmış insidentdir.

H.Məmmədov unikal.org-a deyib ki, səhhətində yaranan problemlə bağlı xəstəxanadadır: ”Heç nədən xəbərim yoxdur. Hazırda müalicə alıram, səhhətim normal deyil, sağlamlığımla məşğulam. Vəzifə də ömürlük ola bilməz”.

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}