Tofiq Yaqubluya qan köçürülür
Tarix: 16-09-2020 16:33 | Bölmə: Xəbərlər
Tofiq Yaqubluya qan köçürülür

“İndilərdə Tofiq Yaqubluya qan köçürülür”. Bu barədə onun qızı Nigar Həzi bildirib.

Qeyd edək ki, Tofiq Yaqublu “City Hospital”da müalicə olunur. Qızı atasının vəziyyətinin ağır olduğunu deyib.

"Nizami Rayon Məhkəməsidən verilən məlumata görə, Tofiq Yaqublunun apellyasiya şikayəti sabah göndəriləcək. Ümid edirəm ki, Apellyasiya Məhkəməsini Tofiq Yaqublunun öldüyü günə təyin etməzlər", - N.Həzi əlavə edib.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T. Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, sürücüyə vintaçanla xəsarət yetirib.

T. Yaqublu ittihamları qəbul etmir. O, hökmə etiraz əlaməti olaraq 15 gündür aclıq aksiyası keçirir.

Aclıqla əlaqədar səhhəti ağırılaşan T. Yaqublu 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}