Məhkəmədə təmsilçilik Qaydaları dəyişdirilir
Tarix: 07-10-2017 11:33 | Bölmə: Xəbərlər
Məhkəmədə təmsilçilik Qaydaları dəyişdirilir

Məhkəmədə təmsilçilik vasitəsilə işin aparılması Qaydaları dəyişdirilir. Bununla bağlı Mülki Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Məcəllənin 69-cu maddəsinin (Təmsilçi vasitəsi ilə işin aparılması) I bəndinə edilən dəyişikliyə görə, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş vəkili vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.

Məcəllənin 69.2-ci maddəsi isə yeni redaksiyada təklif edilir:

Hüquqi şəxslər məhkəmdə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş salahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş öz işçiləri olan nümayəndələri və ya vəkil vasitəsi ilə təmsil olunurlar.
Hüquqi şəxsin nümayəndəsi səlahiyyətlərini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından prosessual hərəkətləri həyata keçirə bilər(moder.az).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}