Nazarbayevin qızı sükutu pozub
Tarix: 13-01-2022 11:12 | Bölmə: Xəbərlər
Nazarbayevin qızı sükutu pozub

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə iğtişaşlarda həlak olanların ailələrinə başsağlığı verib və atasına dəstək olduqlarına görə əhaliyə minnətdarlığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə Aliyə Nazarbayeva özünün Facebook akkauntunda müraciət yerləşdirib. O, vətənində baş verən faciəli hadisələri “ürək ağrısı ilə” yaşadığını qeyd edib.

Oxucularımıza xatlrladaq ki, yanvarın 2-də Qazaxıstanın bir bölgəsində maye qazın qiymətinin iki dəfə qaldırılmasına qarşı kütləvi etiraz nümayişi ilə başlayan və bir gün sonra bütün ölkəni bürüyən qiyam və iğtişaşlarda 17 asayiş keşikçisinin, 164 mülki vətəndaşın həlak olduğu və minə yaxın insanın yaralandığı açıqlanıb. Ölkə ərazisində yanvarın 19-dək Fövqəladə vəziyyət rejimi elan olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}