İmişlidə 28 yaşlı şəxs öldürülüb
Tarix: 02-12-2022 21:14 | Bölmə: Xəbərlər
İmişlidə 28 yaşlı şəxs öldürülüb

İmişli rayonunda 28 yaşlı şəxs qətlə yetirilib.

Reyting.az
DİN-nin mətbuat xidmətinə istinadla bildirir ki, dekabrın 2-də saat 19 radələrində İmişlidə rayon sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ. Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X. Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}