00:03 / 15-10-2025
İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

“Şərikli” atalar sözləri
Tarix: 16-12-2018 20:06 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(hekayə)
“Şərq Tərəfdaşlığı” çərçivəsində Brüsseldə təşkil olunan növbəti tədbirə ədəbiyyatşünaslar qatılmışdılar. Mərasimə Cənubi Qafqaz ölkələri də dəvət olunmuşdu. Bu dəfəki müzakirələrin mövzusu atalar sözləri ilə bağlı idi. Tədbir sanballı alınsın deyə, Avropa İttifaqının maliyyə dəstəyi ilə hər bir ölkə öz atalar sözlərindən ibarət ingilis dilində kitab hazırlamışdı. Həmin kitablar bir neçə ay əvvəldən iştirakçılara paylanmışdı ki, müzakirələr daha dolğun keçsin.
Toplantının başlanmasına xeyli vaxt qalsa da, qonaqlar mərasimin keçirildiyi məkana təşrif buyurmaqdaydılar. Özü də gələn-gələn erməni ədəbiyyatşünasların ətrafında cəmlənirdi. Qızgın deyişmələr ara vermirdi. Yaxınlaşan-yaxınlaşan dığaları “top atəşi”nə tuturdu. Ələxüsus da, ingilis, fransız, italyan, yunan, rus və digər millətlərin nümayəndələri lap özlərinə əl qatmışdılar, az qala yaxalarını cıralar. Hikkələrindən bəbəkləri ovuclarına düşməkdəydi.
- Türklərin torpaqları ilə yanaşı milli-mənəvi dəyərlərinə də göz dikdiyiniz hamıya bəllidir. Di gəl, heç yatanda da yuxumuza girməzdi ki, sən demə, bizlərin atalar sözlərinə də yiyə çıxmaq eşqinə düşmüsünüz. Bu, heç bir kitaba sığmır. Axı, bizim yazılı mənbələrimiz əsrlərin ənginliklərinə dirənir. Saxtakarlığın da həddi-hüdudu olar da?!
Erməni ola, nəyisə boynuna ala, hay-hay. Bunu onlardan gözləmək ən azı sadəlövhlükdür. Dədələri gəlsə də, haylar çırpışdırdıqlarını kimsəyə güzəştə getməzlər, etiraf onlarlıq deyil. “Ucsuz-bucaqsız Ermənistan”ın quş lələyi ilə qələmə aldıqları “tarix”inə istinad edərək bir vay-şüvən qoparacaqlar ki, tamaşasına dörd göz gərəkdi. Utanmaq, qızarmaq onlara yaddır.
Əcnəbilər dəlil-sübut kimi əllərindəki kitabları ermənilərin gözlərinə soxsalar da, nə faydası. Dığalar yaxa ələ vermək fikrindən uzaqdılar, bir ucdan dır-dır üyüdürdülər. Birini eşidəndə, beşini döşəyirdilər. Əcnəbilər də az aşın duzu deyildilər, dillərinə-dilçəklərinə yazıqları gəlmirdi:
- Dərd orasındadır ki, bizim atalar sözlərinin xeylisinin heç nöqtə-vergülünü də dəyişməmisiniz. Necə var öz dilinizə çevirərək dədə malı kimi özəlləşdirmisiniz. Barı, azacıq da olsa özünüzə əziyyət verib, bu atalar sözlərimizin də o biriləri kimi orasına-burasına əl gəzdirəydiniz də...
- Biz etiraz edirik, bu qınaq qətiyyən bizlik deyil. Siz yanılırsınız, bizimkilər bu kəlamları atalarından necə eşidiblərsə, eynilə yazıya alıblar. Bir də ki, deyəsən unudursunuz ki, erməni əlifbası dünyada ən qədim əlifbadır. Buna nə sözünüz?!
Həmin dəmdə türk ədəbiyyatşünasların səbri tükəndi, var gücləri ilə hayqırdılar:
- Ay qurumsaqlar, sizin bu “kitabınız”dakı atalar sözlərinin çoxusu Türkiyə və Azərbaycan türklərinindir. Mümkündürmü, buradakıların hamısı haqsızdır, bircə siz aydan arı, sudan durusunuz?! Belə olmur, axı. Yəni bu qədər millət o günə qaldı ki, sizin atalar sözlərinə göz diksinlər. Görün, sizdən başqa hansısa bircəcik də olsun digər millətə qarşı bu cür ittihamlar irəli sürülür?! Bir mənliyiniz olsun da...
- Bütün dedikləriniz cəfəngiyyatdır, bizə şər atmayın, erməniləri heç cür gözünüz götürmür. Biz bu kitabdakılara başımızla cavabdehik, bunlar məhz bizim atalarımızın kəlamlarıdır, vəssalam. Gözünüzə su verin də, nə düşmüsünüz qabağa, görün, heç Azərbaycan türklərinin cınqırları belə çıxırmı?! Onlar sizdən fərqli olaraq həqiqətin gözünə dik baxırlar... Yaxşı, bunu qoyaq kənara... Ey bizim din qardaşlarımız, bu türk alimlərini bir təhər başa düşməyə çalışırıq, bizdən yanıqlıdırlar, bəs, siz niyə bizə düşmən kəsilmisiniz?!
Bu yerdə deyiblər e, dəlidən doğru xəbər... Hamının sual dolu baxışları istər-istəməz Azərbaycandan olan ədəbiyyatşünaslara yönəldi. Onların bayaqdan ağızlarına su alıb matdım-matdım bu mənzərəni sadəcə seyr etmələri heç bir sağlam məntiqə sığmırdı. Azərbaycanlıların başlarının hərəkəti ilə ermənilərin dediklərini təsdiqləmələri isə tədbir iştirakçılarında lap çaşqınlıq yaratdı, onların gözləri bərələ qaldı. Nəhayət, Azərbaycan türklərindən biri bu qeyri-müəyyənliyə son qoyaraq həmyerlilərinin qənaətini dilə gətirdi:
- Bu yerdə biz deməyə bir söz tapmırıq... Belə ki, istər bu dığalar olsun, istərsə də onların dədə-babalarının əksəriyyəti türklərin, ingilislərin, fransızların, yunanların, italyanların, rusların, daha nə bilim kimlərin, kimlərin törəmələridirlər. Onların belindən dünyaya gəliblər də. Bunu bilməyən kimsə yoxdur. Daha bir danılmaz fakt... Sonluğuna “yan” şəkilçisini yamamalarına baxmayaraq bu dığaların soyadlarının kökü də çox şeydən xəbər verir. Bizi üzürlü sayın, mübahisə etdiyiniz məsələylə bağlı əlavə edəcəyimiz daha heç nə yoxdur...
Bayaqdan cin atına minən əcnəbilərdən qəfil bir şırıqqa qopdu ki, gəl görəsən, az qala şappıltısı göyə dirənə. Hamı şad-xürrəm toplantıya yollandı, o cümlədən, dığalar da.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır