20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

Dayazlığın təntənəsi
Tarix: 16-06-2016 18:10 | Bölmə: Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
Tarix: 16-06-2016 18:10 | Bölmə: Seymur BAYCAN

Bir neçə saytda qarşıma belə bir xəbər çıxdı:
"Mayın 19-da Beynəlxalq Muğam Mərkəzində Günel Anarqızının "Seçilənlər" kitabının təqdimat mərasimi keçirilib".
Gecədə müəllifin atası, xalqsız xalq yazıçısı Anar Rzayev mədəniyyət aləmində bayağılaşmanın baş alıb getdiyi bir dövrdə belə bir kitabın nəşrinin önəmini vurğulayıb, onun dəyərli və zamanında işıq üzü görmüş bir kitab olduğunu söyləyib.
Xalqsız xalq yazıçısı Anar Rzayev bildirib ki, bir ata kimi övladının kitabını vərəqlədikcə ürəyi fərəh hissi ilə dolurmuş.
Təqdimat mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Fidan və Xuraman Qasımovalar, əməkdar artist Fərqanə Qasımova, xalq artisti, pianoçu Murad Hüseynov, əməkdar artist Mehriban Zəki, vokal instrumental "Qaya" qrupunun üzvləri və digər tanınmış şəxslər çıxış edərək müəllifə təşəkkürlərini bildirib və ona yaradıcılıq uğurları arzulayıblar.
Bura qədər yazılanlarda camaatımızın təəccübünə səbəb olacaq bir şey yoxdu və yəqin ki, bundan belə yazılanlarla da camaatımızı təəccübləndirəcək bir şey olmayacaq. Əgər tarixçi-professor, siyasətimizin şeyx nəsrullahı, yoldaş Cəmil Həsənli sovetdenqalma bir təşkilatın üzvüdürsə və "dirəniş" göstərib (Əslində başqa söz yazmalı idim, sadəcə yaşından ayıbdır. Gücüm dirəniş sözün dırnaq arasında yazmağa çatdı-S.B.) ctalindənqalma təşkilatdan çıxmırsa, üstəlik, hələ ctalindənqalma təşkilatın sədrini "dostum" adlandırırsa, camaatdan nə gözləyəsən?
Doğurdan da, axı burda təəccüblənəsi nə var ki? Sovetdənqalma təşkilatların sədrləri, bu təşkilatların yan-yörəsində fırlananlar - xalq artistləri, əməkdar artistlər, sovetdənqalma Yazıçılar Birliyinin əbədi sədri Anar Rzayevin qızının yazdığı kitabın təqdimatına yığışıblar.
Camaat olsa-olsa, bu xəbərin yazı mövzusuna çevrilməsinə təəccüblənə bilər.
Camaat öz işində olsun, bu xəbərdə iki məqam bəndənizin diqqətini çəkdi. Birinci məqam ondan ibarətdir ki, Günel xanım Anarqızının kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub.
Vay, vay, vay... Yazıqlar... Yaman kasıbdırlar. Çox çətinliklə yaşıyırlar. Ağır günlər keçirirlər. Heç pulları yoxdu. Ona görə məcbur qalıb kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr ediblər.
Elə burdaca fürsətdən istifadə edib Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə, nazirlikdə çalışan digər məsul şəxslərə belə kasıb, arxasız müəlliflərə dəstək göstərdikləri üçün öz dərin təşəkkürümü bildirirəm. Həqiqətən də çox savab iş görürlər. Yorulmayasınız! Əl-qolunuz var olsun! Davam edin, düz yoldasınız!..
Xəbərdə bəndənizin diqqətini çəkən ikinci məqam ondan ibarətdir ki, Günel xanım Anarqızının mükəmməl kitabının (oxumasam da kitabın mükəmməl olmasına şübhə etmirəm-S.B.) təqdimatı may ayının 19-u keçirilib.
Xəbərdə elə belə də yazılmışdı: "Tədbir üçün seçilən gün də təsadüfi deyildi. Mayın 19-u xalq şairi Rəsul Rzanın doğum günüdür. Təqdimat mərasimini də, burada səslənən şeir və musiqini də onun ruhuna ehtiram əlaməti kimi qəbul etmək olar."
Bəh, bəh, bəh... Necə gözəl təbdir, necə gözəl mənzərə! Lenin poemasının müəllifi Rəsul Rzanın doğum günü, onun oğlu, Yazıçılar Birliyinin sədri Anar Rzayevin qızı Günel xanımın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş kitabının təqdimatı keçirilir, sovetdənqalma birliklərin sədrləri, xalq artistləri, əməkdar artistlər də yığışıb müəllifə təriflər deyirlər. Baba, oğul, nəvə...
Belə getsə nəticə, kötücə də marafona qoşulacaq. Niyə də olmasın? Bunun üçün hər cür şərait mövcuddur. Deyəndə ki, Azərbaycanda sovet hakimiyyəti davam edir, adamın sözün qəribçiliyə salırlar.
Həmin sovetdənqalma təşkilatlar dayanıb öz yerində. Sovet zamanı hansı işi görürdülərsə, indi də həmin işi görməkdədirlər. Sovet zamanı Lenindən, Stalindən poemalar yazıb orden, medal, vəzifə alıb, kurotlar, sanatoriyalar gəzənlərin övladları, nəvələri indi də ölkənin inkişafından, milli-mənəvi dəyərlərdən, xalçadan, muğamdan, dolmadan, bozbaşdan cızmaqaralar edib kef çəkirlər.
Əlinizi ürəyinizin üstünə qoyub düşünün. Dəyişən bir şey varmı? Lenin poemasının müəllifi Rəsul Rzanın oğlu Anar Rzayev Yazıçılar Birliyinin sədridir, Rəsul Rzanın nəvəsi Günel Anarqızının kitabı isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunur.
Kimdir Resul Rza? Ömrü boyu istedadlıların paxıllığın çəkmiş və bu paxıllıq hissini məharətlə övladına ötürmüş bir adam. Sosialist əməyi qəhramanı, xalq şairi. Müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif mükafatlar alıb. Lenin poemasının müəllifidir.
Niyə bunu belə xüsusi vurğulayıram? Ona görə ki, sovet zamanında Leninə poema, şeir yazanlar çox olub, burada mat qalası bir şey yoxdu, amma məsələ ondadır ki, Rəsul Rza qədər dərindən, hər tərəfdən Leninə tərif vuran adam olmayıb. Azad rəqabət mühitində, söz və ifadə azadlığının var olduğu yerdə Rəsul Rza kimi istedadsız, boz bir adam olsa-olsa uzaqbaşı hansısa şadlıq evində tamada ola bilərdi. Azad mühitdə onun hətta tamada ola biləcəyi də şübhə doğurur. Çünki tamada olmaq üçün adamda kolorit olmalıdır, bu də Rəsul Rzada olmayıb.
Müşviqin güllələndiyi, Cavidin sürgün edildiyi bir yerdə Rəsul Rza kimi istedadsız, boz, dayaz və həm də fürsətcil adamlar üçün geniş meydan açılmışdı. Rəsul Rza da bu fürsətdən bacardıqca geniş istifadə etdi. Dövrün tələbinə uyğun olaraq, nə lazımdırsa yazdı, nə lazımdırsa, etdi.
Gəlin Rəsul Rzanın yaradıcılığından bir nümunə ilə tanış olaq:
Stalin
Əlində üçtelli sazı
Ucalır göyə avazı
Qoca aşıq el içində
Deyir: - Budur, ömrün yazı
Yaşa-yaşa, can Stalin!
Gəlin, dostlar qulaq asın
Bu ellərin nəğməsinə
Cavanların mahnısına
Körpələrin şən səsinə.
Söyləyirlər bir ağızdan:
- Yaşa-yaşa, can Stalin!
Dillərdə dastan Stalin!
Quş keçməyən sərhədlərdə
Eldə, obada, hər yerdə
Geniş mavi dənizlərdə
Keşik çəkən qızıl əsgər
Deyir: - Yaşa, can Stalin!
Ey böyük insan Stalin!
Mən şeirdəki yaltaqlıq elementlərini qoyuram bir kənara. Məsələ ondadır ki camaatımızın Səməd Vurğun haqqında dediyi "Nə olsun partiyadan yazıb, amma necə gözəl yazıb",- sözləri Rəsul Rza üçün keçərli deyil. Səməd Vurğun haqqında deyilən sözləri Rəsul Rzaya aid eləmək olmur.
Özünə, qələmə, sözə, ümumiyyətlə şeirə bir qram, bircə qram hörmət edən adam belə boşboğazlığın və cəfəngiyyatın altına öz imzasın qoymaz. Bax, bu cür boşboğazlıqla, cəfəngiyyatla, zəngin şeirlər yazmaqla Rəsul Rza kimi boz adamlar orden, medal alıb, vəzifələrdə oturub, şair-yazıçı kimi tanınıblar.
Sovet zamanında adın yaza bilməyən çobandan, sağıcıdan necə ictimai-siyasi xadim düzəldirdilərsə, eləcə də Rəsul Rza kimi ədəbiyyata dəxli olmayan adamlardan da şair-yazıçı düzəldib xalqa "təqdim" edirdilər. Onlar da imkandan istifadə edib öz övladlarını qucaqlarında ədəbiyyata gətirib, övladlarından da yazıçı-şair düzəldirdilər.
İndi də bu adamların övladları vəzifələrindən, əllərindəki imkanlardan istifadə edib istedasız atalarını böyük şair kimi hələ də təbliğ etməkdədirlər.
Bunu hər fürsətdə deməkdən, yazmaqdan yorulmayacam. Bu gün ölkəmizdə hökm sürən total zövqsüzlüyün və bayağılığın ən başlıca səbəblərindən birini sovet dövründə şair, yazıçı, ictimai xadim adı ilə millətə soxuşdurulmuş Rəsul Rza kimi dayaz, boz adamlarda, onların yüksək tirajlarla dərc olunmuş əsərlərində axtarmaq lazımdır.
Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır